Uğurlu insanlardan biri olmaq istəyirsiniz? Odur ki, bu xəbərimi diqqətlə oxuyun və üzərinizdə tətbiq etməyə çalışın.
1. Başqaları əllərini yanlarına saldığı və təslim olduğu məqamlarda, onlar yeni fürsətlər axtarır və onu tapırlar.
2. Digərlərinin uğursuzluq hesab etdiyi hadisədən nəticə çıxarmağı, dərs almağı bacarırlar.
3. Onlar düşünülmüş qərarlar qəbul edirlər.
4. Digərlərinin nə vaxtsa uğurun onları tapmasını gözlədiyi halda, bu insanlar özləri məqsədyönlü şəkildə və daima uğura gedəcək yol salırlar.
5. Onlar da digərləri kimi qorxu hissi yaşayır, lakin bu hissin onlara hakim kəsilməyinə icazə vermir, qorxu onları deyil, onlar qorxunu idarə edir. Qorxu sadəcə ehtiyat deməkdir.
6. Onlar düzgün sual verir- bu suallar tam və hər tərəfli cavablandırma tələb edirlər.
7. Onlar şikayətlənmir – bu əlavə güc sərfidir. Onların bütün şikayətləri məhkəmələrə gedir.
8. Onlar günahı başqasının üzərinə yıxmır. Onlar öz fəaliyyətlərinə və onun nəticələrinə görə tam məsuliyyəti öz üzərilərinə götürürlər.
9. Heç də məcbur deyil ki, onlar fantastik talant sahibi olsun, lakin onlar həmişə mövcud potensiallarını maksimal şəkildə reallaşdırmaq üsulu tapırlar. Onlar həmişə özlərinə qarşı tələbkar olur.
10. Onlar məşğul, yaradıcı və punktualdırlar. Hamının bekar gəzdiyi, işsiz dayandığı və sanki işləyirmiş kimi davrandığı yerlərdə və anlarda – onlar həqiqətən işləyirlər.
11. Onlar ətraflarına həmfikir olduğu insanları toplayır — vahid və bütünləşmiş komanda qədər başqa heç bir amil qarşıya qoyulmuş məqsədə nail olmağa kömək edə bilməz.
12. Onlar şöhrətpərəst olur və həmişə özlərinə belə bir sual verirlər –niyə də mən olmayım? Bu onlara talelərini idarə etmək imkanı verir, onlar hamı kimi sadəcə axına tabe olmurlar.
13. Onlar öz həyatlarını necə görmək istədiklərini yaxşı bilirlər və məhz bunun üçün nə lazımsa onu edirlər, digərləri isə öz həyatlarına kənardan sadəcə seyr edici kimi baxırlar.
14. Onlar kimisə təqlid etmir, öz yollarını açır, öz üslublarını yaradırlar.
15. Onlar heç nəyi təxirə salmır, bu isə o deməkdir ki, onlar həyatlarını nəyi isə gözləyərək keçirmirlər.
16. Onlar bütün həyatları boyu öyrənirlər. İstənilən həyat təcrübəsi –bir dərsdir.
17. Onlar optimistdirlər, buna görə də hər şeydə fayda görürlər.
18. Onlar etməli olduğu idi edirlər, onlar həmin an özlərini necə hiss etməsi heç bir önəm kəsb etmir.
19. Onlar riskə gedir –istər psixoloji, istər emosional, istər maliyyə, istər də peşəkar.
20. Onlar problemlərdən qaçmır, onlar ilə üz-üzə dayanırlar.
21. Onlar ürəklərində arzu tutub, bəxtin onlara güləcəyini və xoşbəxt şansı gözləmir, bu insanlar özləri-öz talelərini qururlar.
22. Onlar hadisələri qabaqlamağa çalışır və hər hansı bir hadisə baş verməmiş ona qarşı tədbir görürlər.
23. Onlar emosiyalarını idarə etməyi bacarırlar. Onlar da hamının hiss etdiyini duyğuları yaşayır, lakin öz hisslərinin əsirinə çevrilmirlər.
24. Bu insanlar kommunikasiya məharətinə sahibdirlər və daima bu bacarığı təkmilləşdirirlər.
25. Bu insanların müəyyən həyat planları olur və onlar bu plana riayət edirlər. Onların həyatı səliqəsiz və dağınıq hadisələr yığnağı deyil.
Ardı var