Amerikalı psixoloq Con Qotman öz araşdırmaları nəticəsində ortaya belə bir nəticə çıxarıb ki, kişilər daha çox emosional həssasdırlar və gərginlik içində daha çox qalırlar.
Belə ki, gərgin mübahisənin və ya dava-dalaşın başlanğıcında kişilərdə ürək döyüntüsü anidən sürətlənir və təzyiqi də qalxmağa başlayır. Buna görə də, kişilər qadınlara nisbətən belə bir halda davamlı zaman kəsiyində qala bilirlər. Elə bu səbəbdən də onlar çox vaxt infarktdan əziyyət çəkirlər. Onların daxili qoruyucu sistemi bu cür hallara dözmür. "Ciddi mübahisə" zamanı kişilərin ürək döyüntüsü normasından 20-30 dəfə artıq döyünməyə başlayır. Onun orqanizmində baş verən dəyişiklik ildırım sürətilə hərəkət edir ki, kişi də mübahisədən sonra özünə gələ bilmir.
Qadınlarda isə, əksər hallarda, nəbz ümumiyyətlə dəyişmir. Bu da onu göstərir ki, qadın öz iradlarını daha rahat ifadə edə bilir. Yəni özünü uyğun və münasib durumda hiss edir. Əgər bir qadın incikliyi barədə susursa, o zaman uzunmüddətli depressiyaya düşə bilər. Hətta mədə və yoğun bağırsaq xorasına tutula bilər. Qadına özünə mənfi emosiyaları yığıb saxlamaq olmaz, bunları bayıra çıxartmaq üçün o, yalnız öz nigarançılıqlarını dilə gətirməklə edə bilir. Kişilərdə isə, əksinə, susmağı üstün hesab edirlər ki, daxilindəkiləri çölə boşaltmasınlar. Bununla da özlərini-ürək və beyinlərini əlavə stresə salmasınlar. Əksər hallarda kişilər bunu şüuraltı edirlər. Bunu da qeyd etmək lazımdır ki, kişilər qadınlar kimi kinli olmurlar. Onlar üçün problemi unutmaq daha rahatdır, nəinki onu danışıq zamanı qabartmaq.
Psixoloqlar cütlüklərə məsləhət görür ki, hər halda, susmasınlar və öz problemləri barədə danışsınlar, çünki problem də elə bu cür həll oluna bilər. Lakin bunu çox səliqəli etmək lazımdır. Bəzədilmiş neqativ replikalar atmaqdan çəkinmək lazımdır və bacarılan qədər "sən" əvəzliyini daha az işlətməklə onu şəxssiz sözlərlə əvəz edilməsi məsləhət görülür.