Qadin.NET / Xoşbəxtlik üçün 20 addım(2)

Xoşbəxtlik üçün 20 addım(2)

Xoşbəxtlik üçün 20 addım(2)

Xoşbəxtlik və rahatlığın da öz resepti var. Kimdən çəkinirsiz ki, onları tez-tez təkrarlamaq üçün? İnsanlar nə üçün xoşbəxt olmaq istəyini dilə gətirməkdən utanır, "eee yox əşşi nəyimə lazımdır?" cümləsini də deyir üstəlik. Gəlin birlikdə təkrarlayaq, utanmadan, çəkinmədən.. Mənə də bu təkrar vaxtaşırı lazım olur.

11. İşlərini sonraya saxlamaq

Bəsdir, "hər şeyi sabah edəcəyəm" haqqında düşündün. Bu günlə yaşa və cəhənnəm olsun hər şey, artıq bunu et. Hər şeyi öz zamanında. Zamanı öz imkanlarınla uyğunlaşdır. Ən vacib məsələləri bacardığın qədər tez elə. Hər işi vaxtında görsən, stressdən və həyəcandan azad olacaqsan və sənin sevdiyin işlərlə məğul olmağına zamanın qalacaq.

12. Təcrübə

Ömrümüzdə bir dəfə də olsa çox sevdiyimiz insanlar bizi incidir. Mənfi emosiyaları artırmaq gələcək münasibətlər üçün heç də yaxşı nəticələr yaratmır. İki eyni insan olmur heç vaxt, ona görə də indiki dostunu və ya sevgilini köhnələri ilə müqayisə etməyə dəyməz. Çalışın yeni münasibətləri təmiz səhifədən başlamağı bacarın.

13. Neqativ

Düşüncələr reallığa çevrilir, ona görə də düşüncələrini idarə etməyi bacar. Həyatı yarıya qədər dolu, yarıya qədər boş stəkan kimi qəbul etməyi burax. Həyatda şükr etməli olduğun çox şeylər var, sadəcə sən heç vaxt bu haqda düşünmürsən. Optimist insan üçün mümkün olmayacaq şey yoxdur. 

Xoşbəxtlik üçün 20 addım(2)

14. Başqalarını müzakirə etmək

Nə üçün axı başqalarının həyatında nə baş verdiyi hər zaman digərlərini bu qədər maraqlandırır? Əgər biz başqalarının davranışına ayırdığımız diqqəti özümüzün davranışımıza ayırsaydıq, həyatımızın mənası indikindən də qat-qat çox olardı. Sən heç zaman təsəvvür belə edə bilməzsən ki, başqalarının həyatında əslində nə baş verir, ona görə də onun hərəkətlərini qınamağa heç bir haqqın yoxdur.

15. Qısqanclıq

Xoşbəxtlik istədiklərinizi əldə etməklə bitmir - bu sadəcə sənin istədiklərinin səndə olmasıdır, vəssalam. Bəsdir başqalarının paxıllığını çəkdinz. Əlində olanları qiymətləndirməyi bacar. Hər bir insanın həyatı əvəzolunmazdır, unikaldır. Elə ona görə də, sözüsüz ki səndə də elə şeylər var ki, o digər insanlarda yoxdur. Qısqanclıq axı mənfi hisslərdən başqa heç nə gətirmir.

16. Özünə inamsızlıq

Xoşbəxt insanlarda, bir qayda olaraq yüksək dərəcədə özünü qiymətləndirmə bacarığı var. Onlar özləri olmaqdan xoşbəxtdirlər. Belə insanlar özünə inam saçır, bununla fəxr edir və ətrafdakı hamıya pozitivlik yayır. Əgər özündə olan bəzi nüanslardan utanırsansa, onda bacardığın qədər çalış onları düzəldəsən. Yalnız özün özünü yaxşı tərəfə dəyişə bilərsən. 

17. Xoşbəxt olmaq üçün başqalarından asılı olmaq

100%  şikayət edə biləcəyin yeganə insan var - o da sən özünsən. Bir çox insanların etdiyini sən etmə, öz xoşbəxtliyini başqalarının əlinə vermə. Əgər sən özün özünü xoşbəxt etməyi bacarmırsansa, münasibət bu boşluğu doldura bilməz. Xoşbəxtliyini başqası ilə bölüşməmişdən əvvəl, özün öz xoşbəxtliyini tapmalısan. 

Xoşbəxtlik üçün 20 addım(2)

18. Keçmiş

Bəsdir keçmişlə yaşadın! Sən keçmiş səhvlərində batıb qalmaqla heç nə əldə edə bilməz, heç nəyə çata bilməzsən.Keçmiş təcrübədir bunu unutma və davam et. Sən hər dəqiqə arxaya çönüb baxsan xoşbəxt gələcəyə gəlib çata bilməyəcəksən. Həyatda axı hər şey baş verə bilər. Heç nəyə birmənalı yanaşma və davam et.

19. Hər şeyə nəzarət etmə ehtiyacı

Bəzən sadəcə həyatı öz axarı ilə getməyə icazə vermək lazımdır. Nəzarət edə bilmədiyin şeylərə görə bütün ömrün boyunca həyəcan keçirə bilmzəsən axı. Rahatla bir az, qoy nə olar olar. Naməlumluqla barış və görəcəksən ki əslində onda da həyat necə maraqlı olur.

20. Gözlənti

Gözləntini idarə etmək - xoşbəxtliyin açarıdır. Əgər gözlənti hissindən xilas olmağı öyrənsən - heç vaxt məyus olmayacaqsan. Biz çox tez-tez düşünürük ki, başqalarına qarşı necə münasibət göstəririksə onlar da bizə o cür münasibət göstərəcəklər. Təəssüf ki, bu hər zaman baş vermir. Gözləmə ki, baş vermiş bir hadisə hər zaman eyni cür həll olunacaq. Hər zaman yeni təcrübələrə açıq ol.

Və ən əsası yadında saxla - öz həyatını özün qurursan və onun məsuliyyətini yalnız özün daşıyırsan.

Vəsilə Abbas

23 yanvar 2015
GO BACK