Əgər bir şeydən xoşunuz gəlmirsə, o şeyi dəyişdirin. Əgər dəyişdirmirsinizsə də, o şey haqqındakı düşüncələrinizi dəyişdirin.
Mary Engelbreit
Bəzi insanlar çöldəki hava necə olursa olsun, hər zaman öz başlarındakı yağış buludları ilə gəzirlər. Onların mənfi auraları sizin də ruh halınızı dəyişər. Bəzən belə hallar üçün edə biləcəyiniz bir şey olub-olmadığını fikirləşirsiniz. Əslində həmişə edə biləcəyiniz bir şeylər olduğunu yaddan çıxarmayın.
Əgər mənfi auralı insanların öhdəsindən gəlmək və müsbət düşünmək istəyirsinizsə, etməyiniz lazım olan şey aşağıdakı maddələri tək-tək həyata keçirməkdir.
Onlarla keçirdiyiniz vaxtı azaldın.
Əvvəlcə belə insanlarla mümkün qədər az görüşməyə çalışın. Bir çizgi film xarakterindən də daha xoşbəxt bir adam ola bilərsiniz, amma sizin bu enerjinizə mənfi aura saçan bir dostunuz mənfi təsir göstərə bilər.
Olduğunuz vəziyyətə görə bir az hiyləgərlik edirsiniz kimi görünsə də, mənfi insanlarla daha az vaxt keçirməyə cəhd göstərsəniz, öz ruh sağlamlığınız üçün daha gözəl olar.
Fikirlərinizi bildirin.
Sizin üçün deyilən fikirlərin hamısını elə həmin an qəbul etməyin. Qulaq asarkən sürətli, danışarkən yavaş olmaq yaxşıdır, amma çox səssiz qalmaq, qarşınızdakı insan nə deyirsə, qəbul ediləcəyi hissini verir.
Dediklərinin doğru olduğu təəssüratını ona göstərməyin.
Çox asan düşə bilinəcək bir tələdir bu. Qarşınızdakı insana daim mənfiləri düşünməyinin yaxşı bir şey olmadığını deyin. Qarşınızdakı insanın həqiqətən yaxşılığını istəyirsinizsə, mənfi şeyləri düşünməyinin yaxşı olmadığını ona bildirin və bu yolda ona kömək edin.
Onların problemlərini öz probleminiz halına gətirməyin.
Daim bir tanışımızın və ya ailəmizdən birinin bir şeylərdən şikayət etdiyini eşitsək, onların yükünü paylaşırıq. Bu, həqiqətən, pis bir vərdişdir, xüsusilə də yükünü paylaşdığımız insan hər zaman mənfi düşüncələrə sahib biridirsə. Bu tip insanlar simpatiya qazanmaq üçün hadisələri özlərinə görə fikirləşdiyi və istədikləri kimi dəyişdirməyə meyillidirlər.
Mövzunu dəyişin.
Bir söhbətin mənfi bir istiqamətə getdiyini hiss etdiyiniz zaman mövzunu dəyişdirərək müsbət olma yarışında çempion olun. Təbii ki, bunu qarşınızdakının nə dediyinə də fikir verərək etməlisiniz. Dediyi sözləri təsdiq edin, amma ona hər zaman çıxış yolu olduğunu da deyin. Mövzunu dəyişərək onun fikrini yayındırın. Məsələn, nğvbəti qaydanı bu zaman dövriyyəyə salın.
Problemlərdən deyil çıxış yollarından bəhs edin.
Mövzunu dəyişdirmək bəzən yaxşı bir variant ola bilər. Amma bu müsbət düşüncələrinizi qoruya biləcəyiniz demək deyil.
Bunu etmənin ən yaxşı yolarından biri "Bu problemi necə həll edə bilərik" ya da "Bu mövzuda nələr edə bilərik" kimi suallar soruşmaqdır. Dostunuzun dünyaya və hadisələrə baxış tərzini dəyişdirməsinə kömək edəcək həll yolları tapmağa çalışsanız, daha yaxşı olar.
Onlari keçmişdə saxlayın.
Təəssüf ki, bəzən belə mənfi auralı dostlarımızı geridə buraxıb öz yolumuza davam etməyimiz lazım ola bilər. Xüsusilə də xoşbəxt bir əlaqə qurmaq üçün bu qədər səy sərf etdik, müvəffəqiyyətsiz olduqdan sonra bunu etməyi çox istəyirik. Əgər bu insan ailəmizdən biridirsə, o adamla hələ davam edən bir əlaqəmiz ola bilər təbii ki. Amma bu insanların sizin sağlamlığınıza olan mənfi təsirlərini ortadan qaldırmaq üçün o adamlarla əlaqələrinizi məhdudlaşdırmalısınız. Mənfi auralı insanlara həyatınızda yer verməyin. Ya onları dəyişdirin, aya da onlarla aranızda sərhəd qoyun.
Bəs sizin mənfi auralı insanlarla rəftarınız necədir?