Qadin.NET / Cütlük terapiyası və problemlər

Cütlük terapiyası və problemlər

Cütlük terapiyası və problemlər

Gündəlik həyatında bir çox insan ailə və digər insanlarla münasibətləri ilə əlaqəli bir çox problemlə qarşı-qarşıya qalır. Cütlük müalicəsi də mübahisədə olan iki insanın təsirlənməsini dəyişdirmək üçün təşkil edilmiş bir müalicə şəkilidir. Cütlüklərarası münasibətdə təkrarlanan hallar xaricində münasibətləri dəyişdirən bəzi durumlar və bu durumlara uyğunlaşma bacarığı münasibətin tarazlığı baxımından vacibdir. Hamiləlik, doğum, təqaüdçülük kimi yaşam dövrünü təsirləndirən hadisələr cütlüklərin yeni tarazlıq halı qurmasını vacibləşdirir. Cütlük anlayışı dəyişik dəyərlər sistemi, həssas, düşüncəli və davranışlı fərqliliklər daşıyan ən azından iki dəyişik sistemin birləşməsi mənasına gəlir. Çox bəsit görünsə də, nə vaxt yemək yeyəcəyi, hansı sabunu istifadə edəcəyi, ailələrin nə vaxt ziyarət ediləcəyi və buna bənzər bir çox açıq olmayan ortaqlıq şərtlərindəndir.

Cütlük terapiyası və problemlər

Cütlüklərin müalicəyə nə vaxt ehtiyacı olar?

1. İqtisadi səbəblər ən vacib məsələdir: Pulun necə qazanılacağı və necə xərclənəcəyi ilə bağlı dəqiqliyin olmaması, cütlüklərdən birinin razılığı olmadan başqalarına maddi dəstək verməsi (xüsusilə qadın və ya kişinin qohumlarına).

Cütlük terapiyası və problemlər

2. Valideynlərin uşaqları ilə bağlı ortaq qərara gələ bilməməsi problemi: Uşaqlara kimin baxması, təhsillərinin necə olması, nizam-intizamın necə yaradılacağı ən vacib mübahisə mövzusudur. Ümumiyyətlə, cütlərdən birinin valideynlik vəzifəsini bütünlüklə öz öhdəsinə götürən və ya bir tərəfin bu işi yaxşı bildiyi düşünülən ailələrdə bu problemlər daha çox yaşanır. Valideyinlər uşaqları ilə bağlı problemləri bərabər həll etməyə çalışsalar, bu zaman münasibətləri də zərər görməz.

Cütlük terapiyası və problemlər

3. Cütlər bir-birlərinə vaxt ayırmazsa, mübahisə başlayır: Cütlərin bir-birinə, uşaqlarına, dostlarına, qohumlarına ayırdıqları zamanın miqdarı və keyfiyyəti əsasdır. Bir-birlərinə lazımınca zaman ayırmamaları cütlük olmalarına mane ola bilər. Cütlərin daha çox şikayətləndikləri şey “biz danışa bilmirik” və ya “artıq danışılacaq bir şey tapa bilmirik” tərzində ifadələr olur.

Cütlük terapiyası və problemlər

4. Bütöv ailə ola bilməmək münasibətə ziyan vurur: Cütlərdən birinin, xüsusilə kişinin ailəsilə yaşamaq ya da onlardan birinin valideynlərinin evində qalmaqdır. Bu, məsləhətə gələn cütlərin daim mübahisə etdiyi bir mövzudur. “Sən onların sözündən çıxmazsan.”, “Bu evdə mənim mövqeyim nədir?” kimi cümlələr günahlandırıcı olaraq təkrar edilir. Bunun bir az fərqli şəkli də valideynlərlə bərabər yaşadıqdan sonra ayrı yaşamağa başlayan cütlərin münasibətlərini irəlilədə bilməmələridir.

Cütlük terapiyası və problemlər

5. Cinsi münasibətin istənilən vaxtlarda və yaxşı olmaması: Münasibətin istənilən səmimilikdə, keyfiyyətdə olmamasıdır. Bu, evlilik üçün ən vacib mövzudur. Çünki münasibətin əsası odur. Bu münasibət olmadan sağlam münasibətdən bəhs etmək mümkün deyil.

8 noyabr 2014
GO BACK