Nişanlısızsa, hələ borclarınız varkən evlənməməniz üçün bir çox səbəb olduğunu bilməlisiniz! Sözdə borc yoxkən evlənməyin məsləhət görülməsinin asan olduğunu bilirəm, xüsusilə də avtomobil kreditləri və tələbə krediti varkən. Bu tərz borcları toydan əvvəl həll etməyi bacarmasanız da, "Bəli!" deməzdən əvvəl kredit kartı borclarını ödəməkdə fayda var. Budur, sizə hələ borclarınız varkən evlənməməyiniz üçün yeddi səbəb təqdim edirik.
Ev almağa imkanınız olmaya bilər.
"Bəli" dedikdən sonra bir ev almaq məcburi olaraq siyahının ilk səhifəsində olacaq. Təəssüf ki, sizin və ya yoldaşınızın çox kredit kartı borcu varsa, kredit götürməyiniz çox çətinləşəcək. Bu, borclarınız varkən evlənməmək üçün ən böyük səbəblərdən biridir. Kreditə pul götürsəniz də, borclar, götürəcəyiniz miqdarın faizini geri qaytarmaq sizi çox yoracaq.
Bəzi hallarda maddi olaraq çətin vəziyyətə düşərsiniz.
Əgər sizin və ya yoldaşınızın tonlarla kredit kartı borcu varsa, yəqin ki, hər ay bir neçə yüz manat sadəcə bu borclara gedəcək. Bu ödənişlər pul yığmağınıza mane olacaq. Əgər yığılmış pulunuz azdırsa, təcili vəziyyətlərdə o yığdığınız pul da əldən çıxacaq.
Pul problemləri çətinləşdirər.
Kredit kartı borcunuz sadəcə təcili vəziyyətlərdə özünü göstərməz, eyni zamanda gündəlik ev xərcliyində də özünü büruzə verəcək. Hal-hazırda bu maaşdan gələn maaşa çətinliklə dolanırsızsa, ayda 400-500 manat kredit kartına vermək maliyyə vəziyyətinizi baltalaya bilər.
Evlilik kifayət qədər çətindir və son narahatlığınızsa borclar olmalıdır. Evliliyə gözəl başlanmaq üçün təmiz bir maliyyə vəziyyətinə sahib olmaq vacibdir. Borclarınızın çoxunu və ya hamısını evlənmədən əvvəl verə bilsəniz, yoldaşınızla möhkəm bir gələcəyə gözəl ilk addım atmış olarsınız.
Problemlər çətinləşə bilər.
Sizin və ya yoldaşınızın kredit kartı borcu toy planları əsnasında belə problem yaradırsa, vəziyyətin daha da pisləşməsi ehtimalını görməməzlikdən gələ bilməzsiniz. Borclarınızı ödəyərək bir-birinizə (və bəlkə özünüzə) pulunuzun idarəsinə sahib olaraq irəlidə daha məntiqli seçimlər etməyə hazır olduğunuzu sübut edərsiniz.
Digər tərəfin yorulma ehtimalı.
Sevirsiz və toy planlaşdırırsızsa, gələcəkdəki yoldaşınızın borcları olması böyük bir problem deyilmiş kimi fikirləşə bilərsiniz. Ancaq əgər siz pulunuzu diqqətli xərcləyirsizsə və yoldaşınızın borcları evləndikdən sonra sizi maliyyə olaraq sıxırsa, yorulmağa başlaya bilərsiniz. Əgər ikiniz də bu vəziyyəti evlənmədən həll etsəniz, bu problemi də başdan həll etmiş olarsınız.
Uşaq sahibi olmaq üçün can atırsınızsa, bu planınızı təxirə salmaq ürək incidici ola bilər. Ancaq həqiqət budur ki, əgər siz və yoldaşınızın çox borcu və az pulu vardırsa, bu, yaxın gələcəkdə ailə qurmaq planlarınıza təsir edə bilər. Borcları ödəmədən uşaq sahibi olsanız, bu qərar ailəniz üçün daha da böyük maliyyə problemlərinə yol aça bilər.
Təəssüf ki, bir ev və ya bir avtomobil almağı planlaşdırır ya da universitetə ​​gedirsinizsə, borclanmağınız təbiidir. Ancaq bu, bütün həyatınızı maliyyə cızığından çıxarıb başınızı yalnız buna görə yormalı olduğuz mənasını daşımır! Evlilik həyatınızda yeni bir səhifədir. Buna görə maliyyə həyatınızı nizama salmağınızın yeni həyatınıza gözəl başlamaq üçün nə qədər əhəmiyyətli olduğunu yadınızdan çıxartmayın.