1.Partnyorunuza intim əlaqədə olmaq istəyinizi necə bildirərsiniz?
A.Onu sığallayaraq
B.Bunu bir başa söylərdiniz
C.Yüz ildir ki,sekslə məşğul olmadığınızdan gileylənərdiniz.
2.Hansı jestlə partnyorunuza mehribanlığınızı göstərərdiniz?
A.İkinizə məlum olan xüsusi üsulla.
B.Qucaqlamaqla
C.Onu həddən artıq həssas hesab edirsiniz
3.Gecə partnyorunuzun sığallamasından ayılırsınız,nə qərara gəlirsiniz?
A.Ona tabe olmalısınız
B.İstədiyini etsin təki məni oyatmasın –deyə fikirləşirsiniz
C.Ona müqavimət göstərib başqa yerdə yatmağa gedərsiniz
4.Partnyorunuzun sizdən hazırladığı yeməyi bəyənib bəyənmədiyinizi soruşur,siz
A.Necə olmasından aslı olmayaraq tərifləyərsiniz
B.Heç nəyə baxmayaraq düzünü söyləyərsiniz
C.Susardınız,amma gələn dəfə restoranda şam edərdiniz
5. Partnyorunuzun sizi dəvət etdiyi tamaşa darıxdırıcı olarsa ,nə edərdiniz?
A.Səhər tez durmalı olduğunuzu söyləyərsiniz
B.Kreslodan qalxıb onu dalınızca çağırardınız
C.Əsnəyib darıxdırıcı sima alardınız
6. Partnyorunuz yatağa duş qəbul etmədən girsə,siz
A.Onu birlikdə duş almağa çağırarsınız
B.Bədənin təbii ətrinin həmişə ehtiras yaratmadığını söyləyərsiniz
C.Otağa hava təravətləndiricisi vurardınız
7. Partnyorunuzla vacib məsələni nə vaxt həll edirsiniz?
A.Axşam yatanda
B.Səhər yemək masası arxasında
C.O,işdən qayıdanda
8 .Niyə partnyorunuz,adətən sizin dediklərinizi edir?
A.O sizə heyrandir
B.O sizdən bir balaca qorxur
C.Sizin əzminiz daha güclüdür
9. Partnyorunuzu necə qarşılayırsınız?
A.Təbəssüm və öpüşlə
B.Bir neçə xoş sözlə
C.Etməli olduğu işlərin siyahısı ilə
10.Onunla incə məsələni müzakirə edərkən ,siz
A.Hiss edirsiniz ki,o,hər şeyi anlayır
B.Ona bir neçə dəfə başa salırsınız
C.Diqqətlə qulaq asması üçün az qala onu vurasınız
11. Partnyorunuzla nə üçün bir yerdəsiniz
A.Birlikdə xoşbəxtsiniz
B.Münasibətinizi adətə çevirmisiniz
C.Situasiya sizin üçün tələyə çevrilib,bəzi səbəblərə görə çıxa bilmirsiniz
12.Bilmədən partnyorunuzun xətrinə dəysəniz nə edərsiniz?
A.Zəng vurub üzür istəyərsiniz
B.Ona peşmanlıq məktubu yazarsınız
C.Onu həddən artıq həssas hesab edərsiniz
13.Bir anlıq o,etiraf edirki, özünə əmin deyil,onda siz
A.onu dəstəkləyərsiniz
B.Bunu dava zamanı ona qarşı istifadə edərsiniz
C.Zəifliyə qarşı tab gətirmədiyinizi söyləyərsiniz
14.Evdən çıxada partnyorunuz sizə yaxşı geyinmədiyinizi deyir,siz
A.Paltarınızı dəyişərsiniz
B.Əsəbləşər və ağlayarsınız
C.Deyərsiniz ki,yaxşısı budur özünə bax
15. Partnyorunuz eyni problemlər barədə sizə dəfələrlə danışır,siz
A.Ona daha nə məsləhət verə bilməniz barədə düşünürsünüz
B.Qəzet oxuya və ya TV-yə baxarsınız
C.Onun müalicəyə ehtiyacı olduğunu başa salardınız
Nəticələri hesablayaq;
"A''-cavabına görə 3 xal
“B”–cavabına görə 2 xal
“C” -cavabına görə 1 xal
15-25 xal;Dəhşət, deyəsən münasibətləriniz dözülməz həddə çatıb.Siz bir–birinizlə soyuq müharibə şəraitində yaşayırsınız.Ailə və nigah məsələləri üzrə mütəxəssislərdən məsləhət alın.
26-35xal:Münasibətlər nümunəvidir.Siz qarşılıqlı anlaşma və simpatiya şəraitində yaşayırsınız.
Amma bəzən bir –birinizdən narazı olursunuz.Partnyorunuzda neqativ reaksiya yaratmamaqdan ötrü söhbət üçün uyğun zamanı və səs tonu seçin.
36-45 xal: Əla. Siz xöşbəxtsiniz -əgər evlilər kateqoriyasina aid deyilsinizsə .Bu ona görə belədir ki ünsiyyətdə yaxşı cəhətlərinizi həddindən artıq qabardırsınız.
Hamınıza ugurlar!