Qadin.NET / Adəm və Həvva (psixoloji test)

Adəm və Həvva (psixoloji test)

Adəm və Həvva (psixoloji test)

 

 

Siz nə qədər kişi,nə qədər qadın xasiyyətlisiniz?

 

 Əgər siz şüuraltı olaraq kişilik və qadınlıq əlamətləri kimi başa düşülən keyfiyyətlərin sizdə nə dərəcədə mövcud olduğunu bilmək istəyirsinizsə bu psixoloji testi nəzərdən keçirin. Suallara “hə” və ya “yox” cavabını verin. Çətinlik çəkdikdə sual işarəsi qoyun. 

1. İmkan dairəsində cəmiyyətdə diqqət mərkəzində olmağı xoşlayıram.

 2. Çətin və ya mübahisəli vəziyyətlərdə ən yaxın adamlardan kömək gözləyirəm

 3. Hər bir işdə asanlıqla qərar qəbul edə bilirəm.

 4. Həssaslığımla seçilirəm, məndə mərhəmət hissi oyatmaq çox asandır.

 5. Öz nüfuzumu qorumağı bacarıram.

 6. Xarici görünüşümün qayğısına qalıram və bu mənə zövq verir.

 7. Adətən, şəraitə uyğunlaşmağa çalışıram, ilk ağlıma gələni etməyə tələsmirəm.

 8. Hərdən əks cinsin nümayəndələrinə naz qəmzə etmək xoşuma gəlir.

 9. Böyük psixi gücə malikəm, hərəkətlərimdə sərbəstəm.

 10. Həmişə yanımda güzgü gəzdirirəm.

 11. Nəinki uzun müddət kin saxlayıram, hətta mütləq əvəzini çıxıram.

12. Səbirsizəm, heç bir şeyə laqeyd qalmağı bacarmıram.

13. Hesab edirəm ki, məhəbbət gizli, çox mərhəm duyğudur və kənar müdaxiləyə ehtiyacı yoxdur.

14. Mən romantik insanam.

15. Mənim xasiyyətim atamın xasiyyətinə oxşayır.

1, 3, 5, 7, 9, 11, 13, 15-ci suallara “hə” cavabına görə 10 xal, “yox” cavabına görə 0 xal.

2, 4, 6, 8, 10, 12, 14-cü suallara “hə” cavabına görə 0 xal, “yox” cavabına görə 10 xal. 

 100-150 xal – Psixoloji cəhətdən siz 100% kişisiniz. Qətiyyətlilik, müstəqillik, sərbəstlik, sizin qüvvətli tərəfinizdir. Başqa insana dayaq olmağı bacarırsınız və bu həyatda nə üçün yaşadığınızı bilirsiniz. Sizin həyat prinsipləriniz insanlar tərəfindən hörmətlə qarşılanır. Əgər siz kişinisizsə, cavablarınız sizin kişilik haqqında bir qədər sxematik və stereotip düşüncə tərzinə malik olduğunuzdan xəbər verir. Yox, əgər qadınsınızsa özünüzdən razısınızmı? 

 50-99 xal – Tələbatdan asılı olaraq siz həm tipik kişi həm də klassik qadın xarakter cizgilərini biruzə verir, zərifliklə qətiyyətin, həssaslıqla ağlın ahəngini yaratmağı bacarırsınız. Ola bilsin ki, bəzən həyat şəraiti sizdən əks cinsə xas olan hərəkətlər etməyi tələb edir, buna baxmayaraq, uyğunlaşmağı bacarırsınız və böyük psixi çevikliyiniz hər hansı şəraitdə sizin müttəfiqiniz olacaq. 

 0-49 xal – Psixi cəhətdən siz 100% qadınsınız. Hal-hazırda bu, nadir rast gəlinən insan tipidir. Əgər siz xörək bişirməyi, ev işləri ilə məşğul olmağı, uşaq tərbiyə etməyi sevirsinizsə, əgər siz zərif və itaətkarsınızsa, onda kişilərin ideal qadın mücəssəməsinə çevrilmək ehtimalımız vardır. Ancaq ideal xəyaldır. Əsl kişi sizi olduğunuz kimi qəbul edəcək. Onun sizi sevməyi kifayətdir.Əgər siz kişisinizsə onda sizə qibtə etməyə dəyməz.

Diqqət! Əgər sizin cavabınızda 5-dən çox sual işarəsi varsa, onda siz, yəqin ki, nəinki qətiyyətsizsiniz, həm də özünüzün hansı cinsə aid olduğunuzu da dəqiq bilmirsiniz.

13 fevral 2011
GO BACK