Qadin.NET / Günə gümrah başlamaq üçün 4 addım

Günə gümrah başlamaq üçün 4 addım

Günə gümrah başlamaq üçün 4 addım

Həyat bir hərəkətdir. Zaman dayanmaq bilmir. Siz də bu qaçhaqaçın içində dayanmadan qaçaraq, bir şeyləri yaxalamağa çalışaraq özünüzü yorursunuz. Özünüzə yaxşı baxın. Siz sizi sevənlərə lazımsınız...

Günə enerjili başlayıb gün boyu gümrah qalmaq istəyirsinizsə, məsləhətlərimizə əməl edin.

1. Nəyi bacarmaq istədiyini düşünərək tap

İşlərini son təslim tarixindən əvvəl bitir. İş yoldaşlarından geri qalma. Xoşbəxtliyini təmin edən şəxsi keyfiyyətlərini kəşf et. Bu, səni sadəcə yüksəltməyəcək, eyni zamanda gün boyunca kefinin yerində olmasına kömək edəcək. Heç də pis başlanğıc deyil.

2. Nə üçün şükür etdiyini düşün

Böyük bir xoşbəxtlik üçün şükür etməlisən, bu əslində bir sirr deyil. Niyə ilk gözünü açdığın zaman gözəl sabaha oyandığın üçün şükür etmirsən? Bu, sadəcə günə xoşbəxt başlamağına kömək etməyəcək, eyni zamanda stresini atmağa da kömək edəcək. Həyat problemlərlə birlikdə davam edir və sən bunları həll etmək məcburiyyətindəsən. Həll edərkən stresə düşə bilərsən. Ancaq şükür etmək stresin qarşısını ala bilər.

Günə gümrah başlamaq üçün 4 addım

3. Sevdiklərinizi hər oyandığınıza görün

Həyat şərtləri sizə hər zaman sevdiklərinizlə bir arada olmağa imkan yaratmaya bilər. Oyanığınızda görə biləcəyiniz ən uyğun yerə onların şəkillərini qoyun. Araşdırmalara görə, sevdiyiniz insanları düşünmək, ananız, sevgiliniz, körpəniz sizi neqativ düşüncələrdən qurtarar.

Günə gümrah başlamaq üçün 4 addım

4. Sonunda heç bir şey düşünməyin

Son zamanlarda səssizlik səni nə zaman qucaqlayıb? Özünlə əlaqə qura bilmirsənsə, səssizliyinlə görüşməlisən. Səssiz bir yerdə otur, fikrini cəmlə, yaradıcılığını ortaya çıxar. Bu, günün başlamasına yaxşı təsir edəcək. Yatmazdan əvvəl özünə bir-neçə dəqiqə ayır və səhər üçün hazırlan. Sabah hər şey mükəmməl olacaq!

29 iyul 2014
GO BACK