Qadin.NET / Özünüzə dəyər verin

Özünüzə dəyər verin

Özünüzə dəyər verin

Hər gün necə oyanırsınız? Yataqdan necə qalxırsınız? Bəlkə də əsəbiləşirsiniz. Sakit olun!

Gününüzün daha gözəl və xoşbəxt keçməyi üçün, işlərinizdə daha bacarıqlı olmağınız və xəyallarınızı reallaşdıra bilməyiniz üçün hər səhər durarkən özünüzü müsbət enerji ilə yükləyin. 

Özünüzə dəyər verin

Məni sevən və önəm verən insanlar var: Sizi sevən və önəm verən insanları düşünün və sizi sevən şəxslərə bağlı olduğunuzu xatırlayın.

Sevgi içimdədir: Əyləncədən işləməyə qədər, həyatınızdakı hər şeydə içinizdəki sevgini istifadə edirsiniz. Axtarığınız sevgi içinizdədir. 

Özünüzə dəyər verin

Olmaq istədiyim kimiyəm, etdiklərimdən qürur duyuram: İnanclarıniza uyğun etdiyiniz hər iş doğrudur. Bu isə bacarıqlısınız deməkdir.

Səhvlərimi düzəldəcəyəm: İcazə verməyin ki, etdiyiniz səhvlər sizə pis təsir etsin. Onları tez həll edin. Qoy, insanlar sizin bir problemsiz olduğunuzu düşünsün.

Özünüzə dəyər verin

Həyatdaki çətinliklərin fərqindəyəm: Bir hədəfə çatmaq üçün qarşınızda olan hər bir maneəni aşın və arzularınızı reallaşdırın. 

Həyatımın memarıyam və onu yaxşı həyata çevirəcəyəm: Hər kəz öz etdiyinə cavabdehdir. Həyatınızın qəhrəmanı sizsiniz. Bunu unutmayın. Bütün əldə etdikləriniz də sizindir.

Sağlamam: Özünüzü sağlam bir şəxs olaraq görün. Sağlam bir yaşam tərzini sürün. Bəsləyici qidalar və idmana üstünlük verin. 

Gülmək gözəldir: Asan gülə bilməyi öyrənin və hər fürsətdə gülün. Gülmək beynin yükünü yüngüllədər, stresi azaldar. 

Özünüzə dəyər verin

Mərhəmətliyəm: Nəzakət və hörmət ilə həll edilməyəcək çox az bir şey vardır. Əsas odur ki, qəlbinizdə mərhəmət üçün yer ayırın.

Paylaşmaq gözəldir: Çünki təbiətdə hər şeydən hər kəsə çatacaq qədər var. Qəlbinizi bölün, verdiyinizdən də artığını geri alacaqsınız.

12 iyul 2014
GO BACK