Qadin.NET / Birlikdə əylənin

Birlikdə əylənin

Birlikdə vaxt keçirən cütlər bir müddət sonra sıxılmağa başlayırlar. Birlikdə keçirdiyiniz zamanın keyfiyyətini artırmaq üçün nəyləsə məşğul ola bilərsiniz. Birlikdə maraqlı bir məşğuliyyətə başınız qarışdığı zaman vaxtın necə keçdiiyni belə hiss etməyəcəksiniz.

Masaj

Birlikdə masaj etdirin. Həm gərginliyiniz gedər, həm də əylənərsiniz. 
Fitness
Fitness sağlamlığın açarıdır. Ona görə də birlikdə bununla məşğul olmağınız məsləhətdir. Həm sağlamlığınızı qoruyarsınız, həm də birlikdə gözəl bir zaman keçirərsiniz.
Birlikdə əylənin
Qaçış
Tək qaçmaq əvəzinə sevdiyiniz biri ilə qaçın. Qaçarkən insanın yanında yoldaşının olmağı qaçış müddətini maraqlı və əyləncəli edir.
 Şəxsi testlər həll edin
Əgər bir-birini yeni tanıyan evli və ya sevgilisinizsə, birlikdə fərdi testlər həll edin. Həm barəsində söhbət edə biləcəyiniz əyləncəli bir mövzu yaranmış olar, həm də həmin insanı sizin soruşmaq məcburiyyətində qalmadığınız suallarla tanımış olarsınız.
Birlikdə əylənin
 At sürün
Birlikdə at sürün. At elə gözəl bir canlıdır ki, onun varlığı insana rahatlıq verir. Təbiət qoynunda gözəl bir gəzinti hər iki tərəf üçün xeyirli olar.
Birlikdə əylənin
Balıq tutun
Birlikdə göldə, dənizdə balıq tutmağa cəhd göstərə bilərsiniz. Əmin olun ki, bunu edərkən çox gözəl bir zaman keçirmiş olacaqsınız.
Yemək bişirin
Mətbəxdə birlikdə hər hansısa bir yeməyi bişirə bilərsiniz. Bu yemək yoldaşınızın çox sevdiyi bir yemək olsa, onun üçün daha maraqlı olar.
Birlikdə əylənin
 Futbol oynayın
Kişilərin bizi başa düşmədiyindən demək olar ki, hər zaman gileylənirik. Başa düşülmək üçün əvvəlcə başa düşmək lazımdır. Onunla futbol oynayın. Yaxşı oynamağı bacarmasanız belə, çox əylənəcəksiniz.
 Özünüzə baxın
Birlikdə bir mərkəzə gedib dərinizə, bədəninizə qulluq etdirin. Daim birlikdə əylənin.
Yaxşı, bəs sizin kişilərlə vaxt keçirərkən birlikdə edə biləcəyimiz nə kimi fəaliyyət təklifləriniz var? İnanın, bunlar əlaqəni canlı saxlamaq üçün çox işə yarayır və sağlam əlaqələr üçün daha da çoxuna ehtiyacımız var.
18 mart 2016
GO BACK