Qadin.NET / Müsbət düşün və stresə qalib gəl

Müsbət düşün və stresə qalib gəl

Müsbət düşün və stresə qalib gəl
Günümüzdə minlərlə fərqli stress qaynaqları ətrafımızı sarmaşıq kimi sarmış vəziyyətdədir. Bütün bunlarla mübarizə aparmağın yolu müsbət düşünmək və yaxşı olmaqdan keçir. “İnsan ancaq müəyyən şərtlər yaradaraq və əvvəl özünü tanıyaraq müsbət düşünməyi və bunu vərdiş halına gətirməyi bacarmalıdır” deyən fiziki müalicə və reabilitasiya professoru Doktor Mehmet Portakal bunun üçün nə etmək lazım olduğunu sıralayıb.
Müsbət düşün və stresə qalib gəl 
1. Özünüzə vaxt ayırın
Həyatınızın çox hissəsini insanların çox olduğu yerlərdə keçirirsiniz. Ondansa daha sağlam yaşaya bilmək üçün arada fasilə vermək və özümüzlə baş-başa qalmaq özümüzü daha yaxşı hiss etməyimiz üçün olduqca faydalıdır. Özünüzə vaxt ayıraraq pozitiv düşünmək üçün ehtiyacınız olan addımları daha yaxşı planlaya bilərsiniz. 
Müsbət düşün və stresə qalib gəl
2. Ürəyinizin və beyninizin səsini dinləyin
Həyatımızın hər sahəsində başqalarıyla birlikdə olmaq məcburiyyətində qalırıq. Buna görə də içində olduğumuz vəziyyət elə bir vəziyyətdir ki, bu  zaman ən cüzi mənfilik belə bizə güclü təsir etməyə başlayır. Digər insanların bizim nə düşündüyümüzlə və nə etdiyimizlə yaxından maraqlandıqları fikri mənfi düşüncələrin çox tez ortaya çıxmasına yol aça bilər. Özümüzə olan inamı artırmaq və ətrafımızdakı insanların üstümüzdə yaratdığı təzyiqdən xilas olmaq üçün atılan hər addım pozitiv düşünmək üçün bizə kömək edəcək. Hadisələrin və ya insanların sizin vaxtınızı almasına imkan verməyin. 
Müsbət düşün və stresə qalib gəl
3. Həyatdan zövq alın
Həyatın zövq verən yaradıcı və xoş istiqamətlərinə diqqətinizi verin, özünüzə güvənin. Ətrafınızda müsbət, yaxşı insanları saxlayın. 
Müsbət düşün və stresə qalib gəl
4. Sağlamlığınız üçün idman edin
Sağlam qidalanmaq və idman etmək insanın fiziki olaraq özüylə maraqlanması və zehni qabiliyyətlərini öz idarəsi altında daha müsbət bir səviyyəyə çatdırması üçün önəmlidir. Özünüzü fiziki olaraq rahat hiss etsəniz, düşüncələrinizin də müsbət olması və daha müsbət bir baxış tərzinə sahib olmağınız asanlaşar. 
Müsbət düşün və stresə qalib gəl
5. Keçmişi keçmişdə saxlayın
Həyat hər gün yenidən başlayır. Dünya hər səhər yenidən qurulur. Pis xatirələr mənfi hisslərin meydana çıxmasına səbəb olur. Keçmişdə baş verən pis hadisələri daim xatırlayaraq mənfi hisslər üzərində köklənər və dolayısı ilə də zehni olaraq həmin günlərdə ilişib qalarıq.  Biz demirik ki, onları unudun. Sadəcə olaraq, onların xatirənizdə tutduğu mənfi yeri azaltmağa çalışın və bu tip hadisələrə çox önəm verməməyə çalışın. Keçmişin önəmini azaldaraq onun düşüncələrinizə olan mənfi təsirini də azalda və ya tamamilə dayandıra bilərsiniz. Keçmişi elə keçmişdə saxlayaraq gələcəyə doğru irəliləmək çox gözəl addımdır.
4 iyun 2014
GO BACK