Hər kəsin həyatında olması lazım olan yoldaş tipləri:
Ənənəvi dost
Ənənəvi model bizi digərlərindən daha yaxşı tanıyan, bir neçə dəqiqədə əhvalımızı düzəldib ağıl verən dostlardır. Bu dost modeli sizə qarşı saf, sadiq və mənfəətsiz bir sevgiyə malikdir.
Ənənəvidostlardan birincisi anadır! Bizi qeydsiz-şərtsiz, ən saf sevgi ilə sevən anamız bizi əslində ən yaxşı anlayan və yaxşılığımızı istəyən dostumuzdur. Hərdən fikirlərimiz üst-üstə düşməsə də, anamız bizim hər anımızı paylaşan dostumuzdur. Yaş ötdükcə bunu fərq etmək daha asan olur! İkinci ənənəvi model isə uşaqlıq dostudur. Hər şeyin ilkini birlikdə yaşadığınız, sizin hər xasiyyətinizi bilən və sizin hər xasiyyətinə bələd olduğunuz uşaqlıq dostunuz.
Stilist dost
Stilist dost bizi bütün gündəlik sıxıntılarımızdan uzaqlaşdıran, yeni trendlərlə tanış edən ən nikbin dostumuzdur. Bu dost modeli enerjisiylə sizləri xoşbəxt edəcək, fikirləriylə zövqünüzə zövq qatacaq.
Stilist dost daxil olduğu hər mühitdə maraqları üzərinə çəkməyi bacaran, nitqi ilə hər kəsə təsir edən enerjiyə sahibdir. Bizə sıxıntının nə olduğunu unutdurub ən çox qəhqəhəni onların yanında atmağımızı təmin edərlər. Geyindikləri geyimlərdən tutmuş hazırladıqları yeməklərə, getdikləri konsertlərdən oxuduqları kitablara qədər hər şeyləri diqqət çəkici, təəccüblü və zövqlüdür. Onlarla və onların enerjisiylə dost olmaq gözünüzün, qəlbinizin açılmasına, özünüzü bu tip sahələrdə inkişaf etdirməyinizə səbəb olacaq. Diqqət yetirməniz lazım olan tək məsələ aranızda qısqanclığın olmamasıdır.
Təbii dost
Hər sualınıza sizi incitsə belə səmimiyyətlə doğru cavab verən dost modelidir. Təbii dostlar adından da aydın olduğu kimi, olduqları kimidirlər. Bu dostunuzla aranızda yalan, hiylə, saxtakarlıq olması o qədər də mümkün deyil.
Təbii dostların sahib olduğu ən əsas xüsusiyyət dürüstlüktür. Dürüst dostdan heç bir zaman zərər gəlməz. Bu tip dostlar fikir istədiyiniz zaman ən etibarlı qaynaqlardır. Soruşduğunuz suallara verdikləri cavablar bəzən sizi incitsə də, unutmayın ki, başqaları kimi fikrini saxlayıb yalan, səhv danışmır, nə düşünürsə, onu söyləyir. Buna görə də hər zaman darda olduqda onlara müraciət edə bilərsiniz.
Güclü dost
Həm subay, həm də iş xanımı olan dost modeli bu kateqoriyaya aiddir. Ortaq xüsusiyyət olaraq fərdi müvəffəqiyyət, təkliklə baş etmək və həyatlarını istədikləri kimi idarə edə bilmək də bu tip insanlara aiddir.
Bu dostlarla ünsiyyət bəzi hallarda çətinləşir. Məsələn, iş xanımı dostunuz hər görüşünüzə gec gələr, fikri dağınıq olduğundan söylədiyiniz hər şeyi unudar və s. Hər zaman bəhanəsi də hazırdır: "İncimə, işimiz o qədər çox olur ki!"
Amma bu tip dostlar sizə təxmin edə biləcəyinizdən çox şey bəxş edər, motivasiyanı, güclü olmağı, məntiqli düşünməyi, intizamı ən yaxşı onlar bilirlər. Bir də subay dostlar var - azadlıqlarına düşkün, yalnız özlərini düşünən, istədikləri kimi plan quran, əylənməyi ən yaxşı bilən, hər şənlikdən xəbərdar olan, telefonu susmaq bilməyənlər...
Subay dostlar hər şeyin həddini bilmək şərtilə sizə çox gözəl bir gün bəxş edə bilərlər. Bundan əlavə, sizin təkbaşına ayaq üstə dura bilmək gücünə sahib olduğunuzu sizə sübut edərlər.