Qadin.NET / Həyatınızı dəyişdirəcək 5 sual

Həyatınızı dəyişdirəcək 5 sual

Həyatınızı dəyişdirəcək 5 sual

Bəzən insanlar özlərini həyatın axışına buraxırlar. Əsən külək onları hansı istiqamətə sovursa, o istiqamətə doğru da gedirlər. Siz də bu cür insanlar qrupuna aid olduğunuzu düşünürsünüzsə, bu xəbəri oxumağınızda fayda var. Həyat yolunuzun “kapitanı” ola bilmək üçün yüzlərlə suallara cavab tapmaq lazım gəlir. Lakin mən sizə cəmi 5 sadə sual təqdim edirəm.   Hansı ki, məhz onlara verəcəyiniz cavablar sayəsində öz həyatınızın  “kapitanı” ola biləcəksiniz. 

Həyatınızı dəyişdirəcək 5 sual

1. Qorxu dolu bir həyat yaşayıram?

  Çox zaman həyatımızdakı qərarları məhz qorxularımıza nəzərən vermiş oluruq. İstəyimizə və arzularımıza görə deyil. Məsələn, pulsuzluqdan o qədər qorxuruq ki, sevmədiyimiz, hətta günü gündən-geriyə doğru addım atdığımız işimizdən imtina etməyə cəsarət tapmırıq. Halbuki, qorxumuzu boğaraq istəyimizə, arzularımıza uyğun olan qərarları vermiş olsaq, həyat da bizə öz gözəl surprizlərini bəxş etmiş olar. Məsələn, bir yol ayrıcındasınız. Biri daha əvvəl heç keçmədiyiniz yoldur. Ora sizə çox maraqlı olmaqla yanaşı, tam arzuladığınız kimi həyat bəxş edə bilər. Digər yol isə adət etdiyiniz, hər gün təkrar keçdiyiniz yoldur. Çox zaman insan hər hansı bir qorxuya əsasən atacağı addımı yüz dəfə ölçür. Əgər siz qorxu dolu bir həyata sahib olduğunuzu dərk etsəniz, bilin ki, indən belə atacağınız addım sizin əlinizdədir. 

Həyatınızı dəyişdirəcək 5 sual

2. İçində olduğum bu vəziyyəti dəyişdirə bilərəmmi?

Bu suala cavabınız “bəli” olarsa, bütün gücünüzü bu vəziyyəti dəyişdirməyə sərf edin. Yox əgər cavabınız “xeyir” olarsa, onda heç bir cəhdə ehtiyac yoxdur. Sadəcə, var olan vəziyyətlə barışmaq yetərlidir. Lakin unutmayın ki, baş verən hər bir şey biz insanların xeyri üçündür və heç nə səbəbsiz deyil. 

Həyatınızı dəyişdirəcək 5 sual

3. Bu günə kimi etdiyim səhvlər nələrdir? 

Həyatımızda etdiyimiz səhvlərdən dərs almaq və bu dərslər sayəsində yetişmək çox gözəldir. Həyat özü də bir “məktəbdir”. Etdiyimiz ilk səhvlər normaldır. Bir gözəl ifadə var: Ən böyük səhv səhv etmək deyil, səhv edib ondan nəticə çıxartmamaqdır.

Eynşteynin fikrincə, ”Heç zaman səhv etməmiş insan, yenilik etməmiş insandır”. “Səhv etməkdən qorxmayın”.  “Səhvsiz insan yoxdur. İnsanlıq səhvini qəbul etmək və düzəltməklə olur.” 

Siz də bu günə kimi etdiyiniz bütün səhvləri özünüzdən soruşun. Lakin bu zaman eqonuz sizin haqlı olduğunuzu hiss etdirəcək. Səhvi sizin deyil, başqasının etdiyini “pıçıldayacaq”. Eqonuzun dediklərinə qulaq asmayın. Ən ədəbli insan səhvlərini rədd edən deyil, qəbul edib onları bir daha təkrarlamayandır. Bunu unutmayın. 

Həyatınızı dəyişdirəcək 5 sual

4. Nələri həqiqətən sevirəm və nələri heç sevmirəm?

Əslində necə də sadə sualdır. Elə deyilmi? Bu sualı heç yemək bişirərkən özünüzə vermisinizmi? “Mən yemək bişirməyi sevirəmmi? Yoxsa məcburam, ya da ailəmə bacardığımı göstərmək üçünmü bişirirəm?” Əslində sevməyərək bişirdiyiniz yeməyin dadı və ləzzəti də olmur. Bilməyərəkdən ona neqativ hisslər aşılamış olursunuz. Bu məntiq hər bir işdə qarşımıza çıxır.

Sevməyərək etdiyimiz heç bir işdə uğur əldə edə bilmərik. Hər şey bir kənara, sevmədiyimiz bir işi görmək bizim özümüzü bədbəxt hiss etməyimizə səbəb olur. Əlbəttə belə bir vəziyyətdə öz öhdəliyinizdə olan işləri unutmamalı və heç bir işə özünüzü məcbur etməməlisiniz. Uzun müddət sevmədiyiniz bir şi görməyə məcbur deyilsiniz. 

Həyatınızı dəyişdirəcək 5 sual

5. Niyə də olmasın?

Əlbəttə, yuxarda qeyd etdiklərim sizin öz əlinizdədir. Onları reallaşdırmaq sizin əlinizdədir. Amma sizə çox sadə sual təqdim edim. Niyə də olmasın? Misal olaraq deyək. "Əgər gitara çalmağı öyrənsəm, nəticə olaraq yaxşı olacaq, yoxsa pis?" kimi sadə sual.  Ya da "Yola getmədiyim insandan ayrılsam, nəticəsi yaxşı olar, yoxsa pis?" kimi ciddi suallarla qarşı-qarşıya qala bilərsiniz.

Nəticə olaraq məlumdur ki, bu sual sizin gələcək addımınıza kömək ola biləcək bir sualdır. O sizə cavabı demir. Siz cavabı dərk edirsiniz. Əgər nə etmək lazım olduğunu bilmirsinizsə, onda sizdə qorxu hissi yüksələcək. Qorxu isə irəliyə addım atmaqda bizim ilk maneəmizdir. Nə etməyiniz gərək olduğunu beyninizdə həll edin və nə olursa olsun verdiyiniz qərardan əmin olun. Qorxu hissinin baş qaldırmağına imkan verməyin.  Hər mövzuda qərar verməyiniz üçün inamlı olmaq çox işinizə yaraya bilər. 

14 may 2014
GO BACK