Qadin.NET / Qorxudan sonra...

Qorxudan sonra...

Qorxudan sonra...
İnsanlar iki duyğunu bildirməkdən çəkinirlər: qorxu və sevgi. "Qəmginəm", "Əsəbiyəm", "Günah işləmişəm", "Xoşbəxtəm" sözlərini hisslərimizi tam ifadə etməkdənsə daha rahat deyirik. Xüsusilə kişilər daha kiçik yaşından "Kişi qorxmaz" kəlməsini eşidərək böyüyür. Böyüdükdən sonra isə bu hissi əsəb və zorakılıq pərdəsi ardında gizlətməyə üstünlük verməyə  başlayırlar.
Qorxu hər bir canlıda var və bu, təbii bir duyğudur. Funksiyası isə çox əhəmiyyətlidir: fiziki təhlükə zamanı təhlükədən özünü qorumaq.
Orqanizmimizə qarşı hər hansı bir təhlükə yarandığı zaman adrenalin fibroinindən olan liflər ifraz hormonlarını beyinə köçürərək "Ya qaç,  ya da döyüş " əmrini verir. Yəni instinktlərə bağlı olaraq qorxu hissi yaranan kimi insana təcili "əmrlər" verir və gələn təhlükəni  qiymətləndirərək davranışındakı seçimi təyin edir. Üzərinizə hücum edən adam və ya vəhşi heyvana qarşı qaçmaq, ya da döyüşmək üçün lazım olan əlavə enerjini adrenalin təmin edir.
Amma çox təəssüflər olsun ki, hal-hazırda insanlar qorxu hissinin əsl funksiyasını unutmuş və onu həyatın bütün sahələrinə yayıb - duyğulara, zehnə, ruha.  
Qorxudan sonra...
İnsanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur, sevilməkdən qorxur. Özünü sevilməyə layiq görmədiyi üçün bu hisslərdən qaçır. Özünə məsuliyyət gətirəcəyi üçün düşünməkdən qorxur. Tənqid olunmaqdan qorxduğu üçün danışmaqdan qorxur. Yox cavabı almaqdan, lağa tutulacağından qorxduğu üçün duyğularını dilə gətirməyə qorxur. Gəncliyinin qiymətini bilmədiyi üçün yaşlanmaqdan qorxur. Pulsuz qalmaqdan qorxur, xəstəlikdən qorxur, tək qalmaqdan qorxur. Ən əhəmiyyətlisi özünə inamı olmadığı üçün gələcəkdən qorxur və əslində yaşamağı bilmədiyi üçün ölməkdən qorxur.
Qorxular həyatımızı istiqamətləndirir və bir xərçəng kimi bizim bütün bədənimizə yavaş-yavaş yayılır. Gücümüzü azaldır, xəyallarımızı reallaşdırmağa mane olur və həyata olan sevincimizi yox edir. İstəsəniz, evhamla başlayaq işə. Ehvam nədir? Özümüzün və ya sevdiyimiz bir adamın gələcəkdə başına gələ biləcəyi  pis hadisələr beynimizi məşğul edərək  sadəcə o haqda düşünməyə məcbur edir.
Yanlış fikirli insan həm özünün, həm də ətrafındakıların beynini yorur. Çünki öz beynində düzüb-qoşduğu pis fikirlərin həyata keçdiyi kimi rəftar edir, özünü yeyib-bitirir.
Qorxudan sonra...
Sizcə, gələcək qorxusuyla yaşayan insanın anı yaşamağı mümkündürmü? Amma həyat sadəcə yaşadığımız anda mövcuddur. Yaşamadan itirdiyimiz hər an yaşanmamış keçmiş olur. Həyatı yaşanmamış keçmiş, yaşanmamış anlarla dolu bir insanın özünün yaşadığını zənn edə bilərmi? Sonra da həyatın nə qədər boş və mənasız olduğundan şikayətlənərik. Həyatımızın ssenarisini özümüzün yazmış olduğumuzun belə fərqində olmadan onu puç edirik. Düşüncələrimiz həyatımızı istiqamətləndirir, yoldaşlar. Başı hər zaman mənfi düşüncələrlə dolu olan adamın xoşbəxt olması mümkündürmü?
Qorxu yaradıcı bir duyğudur. Sevgi də onun kimi. Həyatımıza uyğun olaraq mütəmadi yaradarıq; bəzən mənfi, bəzən müsbət.
"Qorxunun əcələ faydası yoxdur" və ya "Qorxduğu başına gəlir" deyirlər. Bunlar doğrudur. Səhv düşünən bir adama söz izah etmək çətindir. Çünki bu insanlar romantik mazoxistdirlər . Belələri ağrı  çəkməkdən və şikayət etməkdən bir qədər həzz də duyarlar. Heç bir zaman "indi və burada" olmağı bilmədikləri üçün də davamlı doyumsuzluq duyğusu içində yaşayarlar.
İnsanı həqiqi mənada həyata doyduran sevgidir.
Qorxudan sonra...
Sevgi yalnız duyğu deyil, şüur ölçüsüdür.
Sevdiyi şəxsin yerinə başqa şəxsin arxasında gizlənərək  sevgiyə doyacağını düşünən insanları gözləyən şey sevgi içində belə təklik hissi və özünə yad olmaqdır. Yaşayan insan, sevib sevilən insandır və qorxu ilə sevgi eyni vaxtda, eyni dam altında özünə yer tapa bilmir.
Seçim sizindir. Hər zaman sevgi dolu həyat içində olmağınızı arzulayıram.
28 aprel 2014
GO BACK