Kişinin diqqətini üzərinizə çəkmək üçün mifologiyadakı ilahələrə bənzəmək məcburiyyətində deyilsiniz. Böyük ehtimalla sizin də gözəlliyiniz var. Sadəcə, hələ bunun fərqində deyilsiniz. Əriniz, sevgiliniz, ya da idman salonundakı yaraşıqlı müəlliminiz bu detallara diqqət edib sizin üçün dəli-divanə olur. Bunları yadınızda saxlayın və üstünlüyə çevirin. Tək bir gülüşünüz və ya özünə inamlı baxışlarınız ətrafdakıların diqqətini üzərinizə çəkə biləcəyini unutmayın.
Baxımlı olmaq şərtdir, lakin bu, yalnız fen və makiyajdan ibarət deyil. Təbii ki, hər kişini eyni məxrəcə qoymaq doğru ola bilməz. Ancaq görünən odur ki, əksəriyyətin axtardığı xüsusiyyətlər ortaq məxrəcdə birləşir.
Gəlin kişilərin bəyəndiyi qadın tipləri ilə tanış olaq.
Evlənmək və əylənmək bir yerdə olmalıdır; gəzməyi-əylənməyi sevən, özünə inamı olan qadınlar diqqət çəkməyə daha çox meyilli olurlar. Təkbaşına qaldığı zaman da xoşbəxt olmağı bacaran qadınlar kişilər üçün cəlbedicidir.
Dürüst, düşündüklərini yalnız rəfiqələri ilə deyil, həyat yoldaşı ilə də paylaşan qadınları həqiqətən də çox axtarırlar. Çünki sevgili olmaqla yanaşı dost olmağı bacarmaq da çox önəmlidir ki, hər kəs də bunu bacarmır.
İdman edən, sağlam bəslənməsinə diqqət edən, siqaret istifadə etməyən, enerjisi yüksək olan qadın. Tərəf müqabilinə enerji bəxş edən qadınları kişilər çox bəyənir. Amma bu tip qadınları tapmaq artıq samanlıqda itmiş iynəni axtarmağa çevrilib.
Hər hansı mühitdə fikir ayrılığına düşsə, qısqansa da yoldaşının gözünün içinə baxan və onu dəstəkləyən qadın. Evdə isə hakimiyyəti əlinə alıb idarənin özündə olduğunu isbat etməyi bacaran iradəli xanımlar hal-hazırda axtarışdadır.
Hər cür mühitə uyğunlaşan, yoldaşına dəstək olan qadın. İncə, uzun, cazibədar olmaq əlbəttə ki, seçim səbəblərindən bir neçəsidir. Lakin özünə yaraşanı geymək daha əhəmiyyətlidir. Çox kişilər hündürdaban ayaqqabıda güclə gəzən, mini ətəyini və dekolte köynəyini iki dəqiqədən bir çəkişdirən qadının itələyici bir gücə sahib olduqlarını bildirir.
Yetkin kişi hansı tip qadınları xoşlayır?
Bu tip kişini əldə etmək çox çətindir. Çünki nə istədiyini çox yaxşı bilir. Duyğularını və məntiqini çox yaxşı tarazlayan bu kişilər asanlıqla təslim olmazlar. Ağıllı olduğu üçün qarşısında boş bir qadın görmək istəməz. İşi onun üçün çox əhəmiyyətlidir, hətta həyat tərzidir. Buna görə də birlikdə olacağı qadının buna mane olmasını və problem yaratmasını istəməz. Özü də işini ciddi qəbul edən və karyera sahibi olan qadınlardan xoşlanarlar.
Qadın sadə və baxımlı olmalıdır. Onun üçün gözəllik nisbi anlayışdır. Bir günlük əlaqələrdən qaçar. Evlənməsi də uzun davamlı əlaqədən sonra baş tutur. Ciddi, lakin sevimli, yerinə görə zarafat edən qadınlardan xoşlanarlar. Özünün də çox gözəl yumor hissi vardır. Nəzakətli olduğu üçün qadının zərif və incə olmasını istəyir.
Bu tip kişilərdə gecə həyatı məhduddur. Onu asanlıqla ortalıqlarda görə bilməzsiniz. Həyatı proqramlıdır, buna görə sizin də eyni həyat tərzinə etina etməyinizi istəyər.
Çox çətin bağlanar, ancaq bağlandığında da çox yaxşı aşiq olarlar. Evliliyə və ailə qurmağa uyğundur.