Dünyada ölüm səbəbləri arasında birinci yerdə iştirak edən ürək xəstəlikləri hər keçən gün daha çox adamı təsiri altına alır. Daha çox irəli yaşlardakı insanlarda görüldüyü düşünülən ürək xəstəlikləri iş dünyasındakı gəncləri də öz təsiri altına almağa başladı.
Ürək narahatlıqlarının ən əhəmiyyətli səbəbləri arasında stressin olduğunu ifadə edən mütəxəssislərin iş həyatında stressi azaltmaq barəsində bu təklifləri var:
1. Sevdiyiniz adama zəng edin
Diqqətin pozulması məhsuldarlığa da təsir edir. Bu səbəbdən stress altında olarkən nə qədər məşğul olsanız da bir neçə dəqiqə ara verin və sevdiyiniz birini axtarın. Bu vəziyyət həm daha məhsuldar bir şəkildə işinizə, həm də stresdən bir az uzaqlaşmağınıza fürsət verər.
2. Şokolad yeyin
Aparılan araşdırmalar şokolad yeməyin rahatlanmağa kömək etdiyini göstərir. Hər gün kiçik bir parça yemək şərtilə stress keçirdiyiniz zamanlarda siyirmədə həmişə şokoladınız olsun. Pəhrizdəsinizsə, pəhriz şokoladları yeyə bilərsiniz.
3. Gülməyə vaxt ayırın
Gülmək stressdən xilas olmağın ən yaxşı yoludur. Bu səbəbdən yaxşı vaxt keçirə və gülə bilmək üçün özünüzə 3-5 dəqiqə vaxt ayırın. Bunun üçün komik video seyr edə bilərsiniz.
4. Ünsiyyət qurun
Ara vermədən çalışmaq insanları daha da bədbəxt edərək, depressiyaya düşməsinə səbəb ola bilər. Buna görə də birlikdə çalışdığınız yoldaşlarınızla söhbət edin. İnsanlarla ünsiyyət qurmaq qısa bir zaman üçün də olsa işdən uzaqlaşmağınıza köməkçi olar.
5. İş yoldaşlarınıza güvənin və məsuliyyətinizi bölüşün
Hər işi təkbaşına etmək mümkün deyil. Bu vəziyyət həm işlərin daha uzun müddətdə tamamlanmasına, həm də sizin daha çox yorularaq stressə düşməyinizə səbəb olar. Buna görə də məsuliyyətlərinizi paylaşın. Beləcə, stressi də paylaşmış olarsınız.
6. Ofisinizi əyləncəli məkana çevirin
İnsanlar zamanın böyük bir qismini iş yerlərində keçirirlər. Bu səbəbdən çalışdıqları mühitin rahat və insanları xoşbəxt edəcək şəkildə olması lazımdır. Özünüzü daha xoşbəxt edə bilmək üçün masanıza sevdiyiniz şəxslərin şəkillərini qoyun. Mümkünsə sevdiyiniz bir neçə kiçik xüsusi əşyanızı da ofisinizə gətirin. Beləcə, özünüzü daha rahat hiss edəcəksiniz.