Qadin.NET / Yaxşı ailə necə olmalıdır?

Yaxşı ailə necə olmalıdır?

Yaxşı ailə necə olmalıdır?

Ailə mövzusunda araşdırmaları ilə tanınan Prof. Dr. Nevzat Tarhana görə yaxşı ailə orkestr kimi olmalıdır. "Orkestrdəkilərin ortaq bir musiqi ahənginin olduğunu bildiyi və bir-birlərini tamamladıqları kimi, ailədəki xoşbəxtliyin sirri də bundadır".

İndiki vaxtda ailənin əhəmiyyətinin getdikcə artdığı və ya azaldığı barədə gedən müzakirələr yeni ölçülər qazanıb. Eyni zamanda klassik ailə quruluşunun yenidən necə canlandırılacağı haqda da bəzi fikirlər yaranıb. Nevzat Tarhanla ailə anlayışını müzakirə edək.

Üslub yumşaq olmalıdır

Ailə problemlərinə asan həll yolu axtarırsınız. Ailə fərdləri arasında sülh elçisi kimi davranırsınız. Niyə belə bir üslubu seçirsiniz?

Dr. Nevzat Tahran: Yaşadığımız dövrün zərurətlərini yerinə yetirmək lazımdır. Hər dövrün bir üslubu var. Hər insan fikrini, həmsöhbətlərinin anlayışını nəzərə alaraq sözünü söyləməli, yazısını yazmalıdır. Əks təqdirdə, yazmaq və söyləmək hobbi olmaqdan o yana gedə bilməz və fantaziya olaraq qalar. Günümüzün insanı təzyiqdən, kobud davranışdan xoşlanmır. Daha doğrusu, insan ruhu zorakılıqdan, zəriflik xarici davranışlardan mənfi təsirlənir. Bu baxımdan kobud və sərt ifadələrdən uzaq, ağlı razı salacaq insan psixologiyasına uyğun davranmaq lazımdır.

Doğru davranış forması 

Ünsiyyət hər sahədə əhəmiyyətlidir, amma ailə daxilində daha əhəmiyyətlidir. Ünsiyyətsizlik yaxşı deyil, ailədə olması isə dəhşətlidir. İnsanlar danışmadığı, səssiz qaldığı zaman hadisələrin üstünü örtdüyünü düşünür. Hər davranış bir ünsiyyət formasıdır əslində. "Qızıl orta nöqtə qaydası" adlanan bir anlayış var. Bu, tərəflərin gözləmələri, fiziki, ruhi və romantik ehtiyacları haqda danışıldığı zaman hər iki tərəfin bir addım ataraq orta nöqtədə görüşüb razılığa gəlməsidir. Yenə diqqət göstərilməsini istədiyimiz "yaxşı zənn" qaydası vardır. Yoldaşların əsəbi, hirsli və ya maraqsız olduğu zaman yaxşı zənnlə yaxınlaşmaq əhəmiyyətlidir. "Qarşınızdakına hücum haqqı tanımalısınız" cümləsi də unudulmamalıdır. Yoldaşınızın əsəbi olmasının səbəbi sizinlə əlaqədar olmaya bilər. Ona hücum haqqı tanımaq kimi gözəl bir hədiyyə versəniz, "fırtına"ya fürsət verməzsiniz. Ailə fərdlərinin ən çox etdikləri səhvlərdən biri də davamlı özlərini sübut etmək ehtiyacında olmalarıdır. Özünə güvənən insan özünü isbat etməyə ehtiyac duymaz.

 

Yaxşı ailə necə olmalıdır?

 Hakim kimi olmalısınız

Duyğular ağ və qara şəklində deyil, boz tonları daha çoxdur. Sevgi dəyişəndir, qarşımızdakı hadisələrdə fərqli duyğular göstərək. Zidd düşünmə hüququnun tanınması da ailədaxili ünsiyyətin qızıl halqalarından biridir. Vəkil kimi deyil, hakim kimi olmalıdır. İşlər tərs getdiyi zaman səhv haradadırsa, obyektivliyi ilə hərəkət etmək lazımdır. Mənim "Həyat yoldaşım haqsız da olsam, məni dəstəkləyir" düşüncəsini analiz etmək lazımdır. Hadisələri qiymətləndirərkən obyektiv olmaq lazımdır. Evlilik razılaşma sənətidir.

Evlilikdə uyğunlaşma şərtdir

Yaxşı ailə orkestr kimi olmalıdır. Eyni orkestrdə olanlar uyğun olmanın eyni musiqi ahəngində titrəmə olduğunu bilirlər. Bir orkestrdə heç bir alət digərlərindən üstün deyil, hamısı bir-birini tamamlayır. Hər biri orijinaldır, unikaldır. Bunun üçün heç kim digərindən üstün deyil. Amma özünü inkişaf etdirmiş insan daha yüksəkdədir. Bunu bilmək lazımdır; şüurlu evlilik xüsusi qabiliyyət tələb etməz, xüsusi səy tələb edər. Öyrənmək istəyən hər kəs bir musiqi alətində çala bilər. Uğurla çalmaq üçün uyğunlaşmanın gözəlliyini dadmaq lazımdır. Həyatın zənginliyini, hər gün yeni bir gözəlliyini dadmaq üçün eyni musiqi ahəngində titrəşmələrin təmin edilməsi lazımdır. Kainatda titrəşən və yellənən musiqi bir enerji deyilmi? Kainatdakı ahəngə tabe olmaq insanın mənfəəti deyilmi? Quşlar, ağaclar, dağlar, daşlar, böcəklər, ağcaqanadlar, çiçəklər - hamısı kainatla eyni musiqi ahəngində titrəşirlər, ancaq insanın kiçik iradəsi kainatdakı nizama qarşı çıxır. Nəticədə də bədbəxtliklə əvəzini ödəyir.

Şəfqət çox əhəmiyyətlidir

Nevzat Tarhan şəfqətin əhəmiyyətinə diqqət çəkir. O, ən çox üzərində dayandığı məqamları belə açıqlayır:

* Yoldaşının davranışlarını dəyişdirməyə çalışmamaq;

* Sosial təzyiq və qadağalara sağlam reaksiya;

* Boşanmaya diqqət;

* Fərqli düşünməyi təmin etmək;

* Nəzarət duyğusunu hesaba qatmaq;

* Fırtınalara fürsət vermək;

* İzləyib gözləmək üsulu;

* "Ah... olsaydı" sindromuna diqqət;

* Şəfqətin əhəmiyyəti.

Yaxşı ailə necə olmalıdır?

Əvəzi uşaq ödəyir

Hər ailənin problemləri vardır. Ancaq praktikada müşahidə edilən ən əhəmiyyətli məsələ anlaşılmazlıq məsələsidir. Evlilik romantik bir əlaqə ilə başlayır və gedərək güc mübarizəsinə çevrilir. Şəxsiyyətlər zidd düşə və təzyiq yarana bilər. Nəticədə ruh sağlamlığı zərər görər. Ən çox da əvəzi uşaq ödəyir. Ailəyə problemi həll etmək üçün edilən kənardan müdaxilələrlə məsələni daha çox böyüdə bilərsiniz. Əgər tərəflər ağıllı və ya şanslıdırsa, yaşadıqlarını uğur halına çevirərlər və bağlılıq inkişaf edər.

9 aprel 2014
GO BACK