Qadin.NET / Məhəbbəti necə qoruyub saxlamaq olar?

Məhəbbəti necə qoruyub saxlamaq olar?

Məhəbbəti necə qoruyub saxlamaq olar?

İndiki dövrdə bir çox insanlar ikinci yarından uzaqda yaşayır. Bunun bir çox səbəbləri ola bilər, məsələn, təhsil almaq və ya karyerasında yeni perspektivləri ilə bağlı. İstənilən halda münasibətlərdə məsafə sevgi üçün ciddi sınaqdır.

Məsafədə münasibətlərin hansı üstünlükləri və çatışmazlıqları var? Onları qorumaq üçün nəyə xüsusi diqqət yetirmək lazımdır? Uzaq məsafədə əlaqələri qoruyub saxlamaq daha çətindir, nəinki adi, hər iki insan tərəfindən xüsusi səy tələb olunur. Sevdiyi insandan uzaqda yaşamaq məcburiyyətində olanlara bir neçə faydalı məsləhətimiz var.

Məhəbbəti necə qoruyub saxlamaq olar?

Məsafədə münasibətlərin nöqsanları göz qabağındadır. Sevgililər bir-biri üçün çox darıxırlar və həsrət gündəlik həyatda xoş əhval-ruhiyyə vermir. Digər problem ondan ibarətdir ki, belə münasibətlərdə tez-tez göstərilən qısqanclıq və xüsusilə gələcək üçün qorxu ehtimalları yüksəkdir. Bundan başqa, aydındır ki, uzaq məsafədə olan insanlar bir-birləri ilə ünsiyyətə az vaxt tapırlar. Müvafiq olaraq uzaqlaşmaq ehtimalı da artır.

Uzaq məsafədə məhəbbətin öz üstünlükləri də var ki, bunları unutmaq olmaz. Nadir hallarda bir-birini görən cütlüklər, bir-biri ilə münasibətlərdə ehtiras və hisslərin təravətini həsrətlə saxlayırlar. Onlar birlikdə keçirilən zamanı qiymətləndirir və onu daha romantik, rəngarəng keçirməyə çalışırlar. Münasibətlərdə uzaq məsafədə olan insanların öz fərdiyyətini saxlamaq daha asan ola bilər. Onlar müstəqil qalır, özünü tapır və həyatda daha çox imkanlar əldə edirlər.

Uzaq məsafədə münasibətləri saxlamağın 3 sirri:

1. Ünsiyyət sevinci

Mümkün qədər tez-tez öz tərəfdaşınızla əlaqə saxlayın: Hətta telefonla, skaypla görüntülü olaraq və yaxud da poçt vasitəsilə məktubla. Guya siz lap yaxında imiş kimi bir-birinizlə həm mühüm xəbərləri, həm də xırda məsələləri danışın, müzakirə edin.

2. Ağılla mübahisə edin

Yalnız istirahət günləri görüşən bir çox cütlüklər bu dəyərli vaxtlarını münaqişə və mübahisələrə sərf etməkdən qorxurlar. Birbaşa qarşıdurmadan çəkinin, mübahisəni konstruktiv məcraya yönəltməyə çalışın. Münaqişələr həll olunmalıdır. Konstruktiv mübahisələr münasibətlərinizi daha sabit və parlaq edə bilər.

3. Bir yerdə gələcək üçün qəsr düzəldin.

Siz tərəfdaşınız ilə birgə gələcəyi müzakirə edin. Birlikdə qurduğunuz gələcək, planlar sizi bir-birinizə daha yaxın edəcək.

Münasibətləri saxlamaq üçün hər iki tərəfdaş ciddi səylər göstərməlidir. Yaranmış vəziyyətin müsbət tərəfləri haqqında həmişə düşünmək lazımdır, heç nədən qorxmaq lazım deyil, hər şeyin yaxşı olacağına inanmaq lazımdır. Məsafələr nə qədər uzaq olsa da sevgidə əsas məsələ inamdır. İnam hər sevgini möhkəmləndirir.

 Allah heç kimi sevdiyindən ayıran uzaq məsafələrlə sınamasın.

9 aprel 2014
GO BACK