Uzunömürlü ailə sahibi olmaq yeni ailə quran hər bir gəncin arzusudur. Bəs uzunömürlü ailələrin sirri nədir?
Qarşılıqlı hörmət
Ailədə birinci qayda olaraq qarşılıqlı hörmətdir. Ailədə nə qədər problem olsa da, tərəflər bir-birlərinə qarşı hörməti əsirgəməməlidir. Ər-arvad arasında kobud söz olmamalıdır.
Sevginizi gizlətməyin
"Mən sevgimi biruzə verə bilmərəm" cümləsi lüğətinizdən çıxarılmalıdır.Tərəflər sevgi dilinə uyğun metodlar seçməlidir. Bəzən kiçik bir hədiyyə, şirin bir söz də köməyinizə çata bilər.
Bir-birinizə zaman ayırın
Ailədə tərəflər bir-birlərinə vaxt ayırmalıdır. İş, sosial həyat buna imka verməsə də tərəflər birlikdə söhbət etməyi, gəzməyi, yemək yeməyi unutmamalıdır.
Fədakarlıq etməkdən çəkinməyin
Fədakarlıq ailədə ən vacib şərtlərdən biridir. Çünki bir-birlərini sevən iki şəxsin istəkləri bir müddət sonra tükənə bilər. Belə ola halda ər və arvadın qarşılıqlı fədakarlıq göstərmələri onlar arasındakı sevgini əsl məhəbbətə çevirər.
Ailələrə qiymət vermək
Tərəflər bir-birlərinin ailələrinə öz ailələri kimi qiymət verməli, hörmət göstərməlidirlər. Bu, onların bir-birlərinə olan hörmətindən irəli gələn təbii davranış olmalıdır. Hətta ailə üzvlərinə göstərilən hörmət bəzi hallarda ər-arvad arasında yaşanan müəyyən anlaşılmazlıqların ortadan qaldırılmasında ən təsirli amil kimi özünü göstərir.
Əvvəl həyat yoldaşı, sonra uşaq
Bəzən tərəflər uşaqları ön plana çıxararaq bir-birlərinə qarşı vəzifələrini arxa plana atırlar. Halbuki tərəflər arasında ünsiyyət nə qədər möhkəm olsa, bu ailədəki uşaqların psixoloji inkişafına da bir o qədər müsbət təsir göstərər.
Bir-birinizi boşanmaqla hədələməyin
Hər bir ailədə bu və ya digər şəkildə mübahisələr ola bilər. Ancaq tərəflər arasında pərdə götürülmədiyi təqdirdə bu, ailə həyatının davam etdirilməsi üçün o qədər də təhlükəyə səbəb olmaz. Əksinə, bəzən belə mübahisələr səhvləri görmək baxımından ailənin gələcəyinə müsbət təsir göstərər. Mübahisələr zamanı yol verdiyimiz ən böyük səhvlərdən biri də qarşılıqlı hədə-qorxulara baş vurmaqdır. Bəzi ailələr bir-birlərinə qarşı sevgilərindən istifadə edərək aralarında yaranan kiçik mübahisələrdə belə tez-tez boşanma məsələsini ortaya atırlar. Öz fikirlərində bir-birlərinə göz dağı verməyə çalışırlar. Bu davranış ilk vaxtlar istənilən nəticəni versə də, zaman keçdikcə adiləşməyə başlayır və təhlükəyə çevrilir. Mübahisə zamanı zarafatla da olsa boşanma sözünü dilinizə gətirməyin. Və ən başlıcası boşanmanın bir ailənin dağılması demək olduğunu unutmayın.