Hər zaman sizi xoşbəxt edə biləcək və eyni zamanda lazımlı məsləhətlər veririk. Budur, bütün qadınların bilməsi lazım olan xoşbəxtlik düsturları ilə tanış olun.
1. Sağlamlığınızdan daha vacib heç nəyin olmadığını unutmayın!
Pulla ala bilməyəcəyiniz tək şeyin sağlamlıq olduğunu bilin və sağlam olduğunuza şükür edin.
2. Özünüzü heç kimlə müqayisə etməyin!
Məşhur şəxslərin lüks həyatlarına paxıllıq edərək, ən az onlar qədər rahat həyat yaşamaq xəyalları ilə üzülməyin! Hər kəsin özünəməxsus dərdi və çətinlikləri olduğunu unutmayın.
3. Həyatınıza daxil olan hər kişi ilə ailə qurmaq məcburiyyətində olduğunuzu düşünməyin!
Əvvəl onun sizin üçün doğru adam olduğundan əmin olun.
4. Üzr istəməyi qəbahət bilməyin!
Səhvsiz insan olmadığını və üzr istəməyin böyüklük olduğunu unutmayın.
5. Uşaqlardan soruşun!
Bəli, əyninizdəki paltarın sizə yaraşıb-yaraşmadığını və ya ağlınızdakı hər hansısa bir sualı uşaqdan soruşun! Uşaqların hər zaman həqiqəti söyləyəcək qədər saf və dürüst olduqlarını unutmayın.
6. Yuxunuzun yetərli olduğundan əmin olun!
Gündə 8 saat yuxunun yetərli olması haqda yalanı unudun. Hər kəsin maddələr mübadiləsi, yemək-içmək və həyat keyfiyyəti kimi faktorlardan asılı olaraq fərqli yuxu saatlarına ehtiyac duyduğunu bilin! Yuxusuzluğun sizi aqressivləşdirəcəyini unutmayın.
7. Özünüzə qarşı dürüst olun!
Ağlınızdakı fikir və ya şəxs haqqında həqiqətləri bəzəyərək doğru olduğuna inanmağa çalışmayın. Həqiqətlərdən qaçmağın xəyalların puç olmasına səbəb ola biləcəyini unutmayın.
8. Hədiyyə verərkən qarşılığını gözləməyin!
Həyat yoldaşınıza aldığınız bir hədiyyənin dəyərində başqa bir hədiyyənin də sizə veriləcəyini düşünməyin. Gözlənti ilə xoşbəxtliyin tərs mütənasib olduğunu unutmayın.
9. İldmana vaxt ayırın!
"İdmana vaxtım yoxdur" bəhanəsini unudun. Hərəkət etməyin idman salonlarından ibarət olmadığını düşünərək nədənsə başlayın. Gün ərzində edəcəyiniz 40 dəqiqəlik qaçışın belə sizə müsbət təsir edəcəyini unutmayın.
10. "Hə" ilə "yox" arasında qalmayın!
Məsələn, çağırıldığınız yerə getmək haqda səslənən fikrə yaxınlarınızın və ya yoldaşınızın xətrinə dəyməmək üçün "bəlkə", ya da "fikirləşərəm" kimi qərarsız cavablar verməyin. Qəti olaraq ya "hə", ya da "yox" deyin. Qərarlı olduğunuz zaman həm özünüzün, həm də başqalarının fikrinə hörmət etmiş olacağınızı unutmayın.
11. Kübar davranışın sizin xeyrinizə olduğunu unutmayın!
Xüsusilə əsəbi və gərgin bir vəziyyət zamanı bu yolla sakitləşə bilərsiniz. Siz kübar davrandıqca qarşınızdakının da yumşaq davranacağını unutmayın.
12. Ananızın fikirləri çox zaman doğrudur!
İnsan xasiyyəti haqqında səslənən fikirlərində az yanılan ananıza daim etibar edin və ondan dəyərli məsləhət istəməkdən çəkinməyin.