Bu məqalə sizin həyat yoldaşını seçməyinizi daha da asanlaşdıracaq. Tövsiyələrimizə qulaq verdikdən sonra birlikdə sürdüyünüz həyat uzun və ahəngli olacaqdır.
Qarşı cinsi yaxşı tanımaq bir çox olacaq çətinliklərin həyata keçmədən yox edilməsi yolunda ən önəmli şərtlərdən biridir. Bir-biriylə sevişərək, anlaşaraq evlənən cütlüklər niyə xeyli vaxtdan sonra istənməyən mübahisənin tam mərkəzində olurlar? Başlanğıcda ən uyğun seçim kimi görünən sevgili, yaxud həyat yoldaşı niyə getdikcə köhnə görünüşdən uzaqlaşır? Bu məsələyə əngəl olmaq üçün nələr etməliyik? Görəsən, bu hədəflə xoşbəxtliyin yolları haradan keçir? Bütün bu sualların cavablarını bu məqalədə tapacaqsınız.
Xoşbəxt bir evlilik və münasibət üçün bir çox məqalələr hazırlanmışdır. Bu məqalələr ancaq uyğun şərtlər saxlananda həyata keçə bilər. Qadınlar və kişilər biri-birindən fərqlidirlər. Biri o birindən daha yaxşı deyil, ancaq fərqlidir. Elm adamları, antropoloqlar, sosiobioloqlar illərdir bu həqiqəti bilirlər. Bu gün hakim olan fikir qadın və kişinin istedadı, bacarıqları ilə bir-birindən fərqli olmadıqları isitiqamətindədir.
Bir çox münasibətin uğursuz olmasının ən birinci səbəbi kişilərin bir çox səbəblərdən qadınların kişi kimi düşünməməsini qavraya bilməmələridir. Qadınlarda isə kişilərin bir qadın kimi qadağa görməməsidir. Xanımlarla daha incə davranmalı, onlara qayğı göstərilməli və onların yaşını da nəzərə almalıdırlar. Xanımınızla gecə söhbətləri etməli, onu dinləməli və onunla danışmalısınız. Xanımların haqsız olduqları sübut edildikdən sonra öncə nəsihət verməli, onu başa salmalısınız.
Qısqanclığın zəhərli dumanları da evliliyi boğur. Qadın dırdırı ilə yoldaşını evdən qaçırır. Kişilərin xanımlarıyla yola getməmələrinin ən önəmli səbəblərindən biri də budur. Xanımının ona inandığını bilən kişi ayaqüstə dik durar və güclü olar. Evlilikdə vacib şey yalnız həyat yoldaşı tapmaq deyil, eyni zamanda arzu edilən yoldaş olmaqdır. Həyat yoldaşınıza önəm verin. Onu olduğu kimi qəbul edin. Qadının xoşbəxt və evinə bağlı olması üçün əri tərəfindən xoş rəftar görməsi mütləqdir. Xoşbəxt olmağınız üçün siz bir-birinizə daha çox lazımsınız.
Əgər hər ikiniz yeri gələndə susmağı bacarsanız, inanın, bir o qədər də hər şey sakit və yolunda gedəcək. Adi xoş sözlə və xoş dillə bir-birinizin qəlbində və həyatınızda daha yaxşı mənada dərin izlər buraxacaqsınız.
Xoşbəxtlik insanın öz əlindədir, çalışın xoşbəxt olun...