Qadin.NET / Pis xatirələri yuxuda yaddaşınızdan silin

Pis xatirələri yuxuda yaddaşınızdan silin

 Pis xatirələri yuxuda yaddaşınızdan silin

Siz yatarkən beyin həmin gün edilən işlərlə "məşğul olur" və həmin işlər daha sonra xatırlanır. Ambienin (bir növ yuxu dərmanı) təsiri altında ikən yuxunun pis xatirələri ağla gətirdiyi deyilir. Ancaq yeni bir araşdırma yuxunun verdiyi şeyləri elə yuxunun özünün geri ala biləcəyini də göstərir. Qorxu dolu xatirələr qorxu "xəbərdarlıqlarına" məruz qalaraq yuxu əsnasında yox edilə bilər. 
Nortvestern Universiteti mütəxəssislərinin apardığı araşdırmada göstərilmişdi ki, qorxu səbəbindən ortaya çıxan qorxunc xatirələr iştirakçıların yuxu müddətində o qorxuya məruz qalması ilə azaldılır. Araşdırmaçılar insanlara yüngül elektrik şokları verərək, tər və FMRI (funksional maqnetik rezonans göstərmə) daramaları ilə insanlarda qorxu meydana gəlməsini təmin edib. İnsanlar şokda ikən iki fərqli üz görüb və hər biri üçün müəyyən bir qorxu keçirib. 
Pis xatirələri yuxuda yaddaşınızdan silin
İştirakçılar yatarkən yavaş dalğa yuxusu əsnasında elektrik şokunun təsiriylə əlaqələndirməyə öyrəndikləri qorxulardan birini qəbul etmişlər. Yuxudan oyandıqda yatdıqları zaman həmin qorxu ilə əlaqələndirilmiş üzü görmüş və daha az reaksiya vermişlər. 
Qorxu və onu yox etmə üzərində çalışan nevropotoloq Katerina Hauner öz şərhində "Qorxu üzərində kiçik, amma əhəmiyyətli bir azalma oldu. Əgər bu, daha əvvəldən var olan qorxu üzərinə də edilsə, yuxu zamanı fobiyaların öhdəsindən asanlıqla gəlmək olar".
Pis xatirələri yuxuda yaddaşınızdan silin
Pis xatirələri yaddaşdan silmək üçün aparılan bu araşdırma ilk cəhd deyil. Keçən ilin payızında Stanfordda yatan siçanlar üzərində araşdırma aparılaraq qorxulu xatirələr müvəffəqiyyətlə silinmişdi. Keçən həftə MİT və Cambridge Whitehead Biotibbi Tədqiqat İnstitutu xatirələrin yox edilməsində əhəmiyyətli rol oynayan Tet1 adlı geni təyin etmişdilər. Mütəxəssislər bu geni inkişaf etdirərək PTSD (zədə sonrası stress pozğunluğu) xəstələrinin pis xatirələrini rahatlıqla unutmalarını təmin edəcəklərini bildirmişdilər. 
Eyni zamanda Nortvestern araşdırmaçıları romantik xatirələrin yuxu əsnasında müvəffəqiyyətli şəkildə idarə edilə biləcəyini söyləyiblər.
4 fevral 2014
GO BACK