Qadin.NET / Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?

Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?

 

Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?

 

Bir əlaqəni bitirmək asan ola bilər, ancaq birini həyatınızdan çıxarmaq təəssüf ki, o qədər asan deyil. Onunla birlikdə olarkən ortaq nöqtələriniz vardır - yoldaşlarınız, tanışlarınız, dostlarınızla getdiyiniz məkanlar, hobbiləriniz  və s. Bu səbəbdən ayrıldıqdan sonra da ondan xəbər almağınız və qarşılaşmağınız qaçılmaz haldır. Bəs keşmiş sevgilinizlə eyni mühitdə olanda necə davranmanız lazım olduğunu bilirsinizmi?

Diqqət çəkmək üçün geyinin

Əgər keçmiş sevgilinizlə eyni mühitdə olacağınızı əvvəldən bilirsinizsə, həmişəkindən bir az daha gözəl geyinin. Lakin bunu çox şişirtməyin! Nəticədə onun sizinlə yenidən birlikdə olma ehtimalını qiymətləndirməsini deyil,  onsuz daha xoşbəxt olduğunuzu xatırlatmaq üçün geyinirsiniz. Əgər qarşı tərəf ayrılan adamdırsa, qəşəng geyinmək və onun sizə baxdığını görmək özünüzə olan inamınızı da artıracaq. Yaxşı görünməyiniz özünüzü yaxşı hiss etməyinizə kömək edəcək və onunla eyni mühitdə olmaq sizi narahat etməyəcək. Özünüzə qarşı dürüst olun.

Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?


İlk öncə duyğularınız barədə özünüzə qarşı dürüst olun. Hələ ona qarşı bir şey hiss hiss etməməyiniz çox əhəmiyyətlidir. Ona qarşı olan hissləriniz sizin davranışlarınıza təsir edəcək. Əgər hələ onunla birlikdə olmaq istəyir, amma bəzi səbəblərdən ötrü ola bilmirsinizsə, aranıza məsafə qoymağa çalışın. Əgər mütləq birlikdə zaman keçirmək məcburiyyətində qalırsınızsa, duyğularınızın fərqində olun və onları qəbul edin. Amma başqa heç bir şey etməyin. Əgər ayrı olduğunuz üçün həyatınızdan məmnunsanız, onun yanında olarkən bunu unutmayın. Bədbəxt olduğunuz bir əlaqəyə təkrar başlamayın.

Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?

Onunla birlikdə olmadan əvvəl necə bir insan olduğunuzu xatırlayırsınızmı? Həmin adam olun və sizi kədərləndirən duyğularınızı bir kənara buraxın. Hər zamankı əyləncəli və şən adam olun. Hələ də ondan xoşlandığınızı düşünməsinə icazə verməyin. Əgər keçmiş sevgilinizlə söhbət etməyə başlasanız, ayrılmağınızdan söz açmayın. Mövzunu ayrılığınıza gətirməyə çalışıb bu mövzu haqqında danışmaq istəmədiyinizi söyləyin. Təklikdə söhbət etməyin və söhbətə özgələrini də daxil edin. Beləcə, mövzunu köhnə anlarınıza gətirməz və hər kəsin danışmaqdan xoşlanacağı mövzularla məhdud tutarsınız.

Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?
Özünüzü həmişəki kimi aparın

Biz keçmiş sevgilimizi gördüyümüz zaman çox vaxt bir addım qabaqda olmağa çalışırıq. Bu, həmişəkindən daha yüksək səslə və daha çox gülmək və ya digər kişilərlə şişirdilmiş münasibətlər qurmaq şəklində ola bilər. Bunu etməyin! Çünki bu, onun tərəfindən ümidsiz səy kimi qəbul ediləcək və aranızda daha çox gərginlik yaradacaq. Əgər bunu o etsə, bu davranışlarını görməməzliyə vurun. Bunu sizi hirsləndirmək üçün edir və siz buna icazə verməməlisiniz.

Onu unuda bilməmisinizsə, danışın

Əgər bütün taktikaları sınamış, amma yenə də onun yanında necə davranacağınızı bilmir və hər dəfə gərgin olursunuzsa, onunla açıq-aşkar danışın. Onu artıq yalnız yoldaş kimi gördüyünüzü və eyni mühitdə vaxt keçirərkən ordan getmək istəmədiyinizi deyin. Əgər ikiniz də bu mövzuda eyni fikiri paylaşırsanızsa, bu danışıq ikinizin də bir arada ikən daha rahat olmasını təmin edəcək.

12 yanvar 2014
GO BACK