Qadin.NET / Qış depressiyası

Qış depressiyası

 Qış depressiyası

Fəsillərin dəyişməsi bəzi insanlarda depressiyaya səbəb olur. Əvvəlcədən müəyyən qədər problemlərimiz varsa, fəsil dəyişəndə, əsasən də qış fəslində bu, özünü daha çox biruzə verir.

Havanın tutqun olması insanlarda ruhi yorqunluğa səbəb olur. Evdən çölə çıxmaq istəmir, daim yatmaq istəyirik. Baş və bədən ağrıları çoxalır. Enerji azlığı, yorğunluq, halsızlıq isə ruhunuzun yorğunluğunu bildirir. Səbrsizlik, əsəbilik də bundan irəli gəlir. 

Qış depressiyası

Depressiyadan necə xilas olaq?

İdman edin və hər zaman hərəkətdə olun.

Hərəkətdə olaraq artıq çəkidən xilas ola bildiyimiz kimi stresdən də uzaqlaşa bilərik. Nə qədər fəal olsanız, bir o qədər halınız yaxşı olar. Özünüzü gümrah hiss edərsiniz. Özünüzü sərbəst hiss etdiyiniz insanlarla daha çox əlaqə saxlayın. Ailədən və doslarınızdan aldığınız dəstək sizi depressiyadan uzaqlaşdırar. Həyat sevgisi çox olan insanlarla daha çox əlaqə saxlayın. 

Qış depressiyası

Vaxtınızı yatmaqla keçirməyin

Qış aylarında insanlar yatmağa çox meylli olur. Düşünmək, kitab oxumaq, müxtəlif işlərlə məşqul olmaq əvəzinə yatmağa daha çox üstünlük veririk. Bu, ruhən bizi yormaqdan başqa bir işə yaramır. Çox yatmaq bizi halsız edir, özümüzü yorğun hiss edərik. Bütün günü yatmaq əvəzinə 10-20 dəqiqə yatsaq, bütün yorğunluğumuzu çıxarmış olarıq. Və bütün günü gümrah olarıq.

Qış depressiyası

Vaxtında və sağlam qidalar qəbul edin

Vaxtında və xeyirli qidalardan istifadə etmək sizin gün ərzində beyninizi oyaq saxlayar. Bəzi yeyinti məhsulları sizi həssas edə bilər. Məsələn, şəkər və ağ çörəyi çox qəbul etsək, həssaslaşa bilərik. Sağlam qida və hər məhsulu miqdarında qəbul etməklə həssaslıqdan uzaqlaşa bilərik. 

Qış depressiyası

Evdən kənarda daha çox vaxt keçirin

Qış fəsli digər fəsillərdən daha uzun keçir. Hava tez qaralır. Buna görə insanlar çöldə az vaxt keçirir və demək olar ki, günün faydasını hiss etmir. Bu hal insanları depressiyaya salır və həssaslaşdırır. Çalışın qış aylarında bacardıqca çöldə çox vaxt keçirin. Sevdiyiniz dostlarınızla birgə olun, qonaqlıqlara gedin. Getdiyiniz yerdə pencərə önündə, günəş düşən yerlərdə oturmağa çalışın ki, özünüzü rahat və gümrah hiss edəsiniz.

İçkidən uzaqlaşın

Qış aylarında insanlar açıq havaya çıxmaqdansa evdə oturub və ya bağlı məkanlarda içki içməyi seçirlər. Ancaq içkinin ruhumuza ziyan verdiyini və bizi yorduğunu yaddan çıxarmayaq. Çox içki içmək bizi ruhən yorar və bizə halsızlıq verər. Buna görə içkidən nə qədər uzaq olsaq, o qədər yaxşıdır. 

Qış depressiyası

Özünüzə vaxt ayırın

İşləmək, iclaslarda iştirak etmək məcburiyətində olduğumuz qədər özümüzə də vaxt ayırmağa məcburuq. Çünki hər gün maksimum 1 saat dincəlib yorğunluğumuzu atlamıyıq. Özümüzə ayıracağımız 1 saatı pəncərə önündə durub hava almaq, təbiəti seyr etmək, bu gözəllikdən zövq almağa çalışmaqla keçirə bilərik.

Əgər sizdə də qışda depressiya əlamətləri olursa, məsləhətlərimizdən faydalanaraq çalışıb özünüzü depressiyadan çıxarın. Əgər alınmırsa, həkimə müraciət edin. Depressiya ciddi problemdir.

21 dekabr 2013
GO BACK