Qadin.NET / "İlin sonu" sindromu

"İlin sonu" sindromu

"İlin sonu" sindromu

Bayrama hazırlıq və  bayram özü bizim üçün xüsusi vaxtdır. Məhz bu dövrdə həyat eyni adətlərin çərçivəsindən kənara çıxır və həyat prinsipləri, əhval-ruhiyyə dəyişir. Və belə anlarda psixoloqların fikrincə, davalar və münaqişələr tez-tez yaranır.

 

"İlin sonu" sindromu
Səbəb yeni il bayramları üçün tipikdir. Xatırlayın ki, hər şey illərin axırına yaxın bizi narahat etməyə başlayır: işdə haqq-hesab yığını, uşaqlarda yarımilliyin sonu, tələbələrin imtahanları, mağazalarda kütləvi endirimlər, mövsümün sağlamlığı  pozması və sonda pis yorğunluq. Və ölkənin bir çox bölgələrində qış özü-özünə oxşamır – nəmişlik, palçıq və tutqun hava insanı depressiyaya salır.

Məhz bu dövrdə korporativ münasibətlərə hazırlaşmaq, bir çox işgüzar partnyorlara təbrik məktubları göndərmək, bütün qohumlar üçün hədiyyələr almaq, şam ağacının başına uşaqları toplamaq, öz geyimini, saç düzümünü və makiyajını fikirləşmək  və s. tələb olunur. Çox insanda belə hiss yaranır ki, onu sanki şənlənməyə "məcbur edirlər". Və daha çox depressiyaya düçar olur, bu da onu kədərlənməyə, küsməyə və münasibətləri müəyyənləşdirməyə məcbur edir.

"İlin sonu" sindromu
"İlin sonu" sindromunun öhdəsindən necə gəlmək olar? 
Qışda bizim orqanizmimiz qayğıya daha çox ehtiyac duyur, buna görə də öz sağlamlığımız haqqında düşünməyin əsl vaxtdırDaha çox vitaminli qidalardan istifadə edin, ot çayları dəmləyin, çaya limon əlavə edin.
Daha çox dincəlin və ailənizlə ünsiyyətdə olun. Təmiz havada gəzin, xizəklə sürüşün, atla gəzintiyə çıxın, təbiətə çıxın. Aktiv qış istirahətinə ailə üzvlərini də cəlb edin. Bütün ailəylə birgə qartopu oynamaq, öz komandası üçün vuruşmaq, qarda şıltaqlıq etmək və ya qar təpələrindən sürüşməkdən böyük sevinc yoxdur. Bu vəziyyətdə davalar olmayacaq, olsa da yüksək həddə çatmayacaq.

Gözəl bir duş qəbul edin. Səhər duşu insanı həvəsləndirir və axşam isə bütün yorğunluğu çıxardır. Rejimə riayət edin. Özünüz üçün yuxunun lazımlı normasını hesablayın və yuxu rejimi təşkil edin. Həmişə eyni vaxtda yatmağa çalışın. Unutmayın ki, öz orqanizmindən qiymətli saat hər hansı işlərin yerinə yetirməsi deyil, bunun üçün yuxunuza haram qatmayın, həm də fikirləşin ki, heç kəs sizə belə qurbanlar üçün təşəkkür etməyəcək.

Dekabrın 30-dan 31-nə keçən gecə doyunca yatın. İlin son gününü tələsmədən başlayın, istirahətlə işləri növbələyin. Özünüz üçün bayram vəziyyətini təmin edin – xoş musiqi qoşun, yeni il proqramlarına baxın, uşaqlardan sizə şeirlər danışmağı, mahnılar oxumağı xahiş edin. Yeni il haqqında qohumlarla söhbət edin, bayram münasibətilə bağlı şən və gülməli tarixləri yadınıza salın və bunu qohumlarla bölüşün.

Yeni il tədbirlərini planlaşdırın. Əgər onlar lap çoxdursa, hər şeyi saat üzrə bölüşdürün. Əgər hiss edirsinizsə ki, öhdəsindən gəlməyəcəksiniz, ailə üzvlərinin arasında vəzifələri bölün  və ya ən az əhəmiyyətli işlərdən imtina edin.

"İlin sonu" sindromu
Fikir uyğunsuzluqları
Bu səbəbə daha çox  partnyorlar arasında rast gəlinir. Məsələn, qız yeni ili  ev yeməklərindən həzz alaraq evdə qarşılamağa öyrəşib və evdə olmaq istəyir, amma oğlan isə yeni ili Taylandın çimərlik disko klubunda qarşılamaq istəyir. Hər kəs xoş hissləri yeni ilindən gözləyir.

Fikir ayrılıqlarından necə qaçmaq olar?

Özünüzlə təklikdə düşünün: "Bəs  mənim hisslərim  bu qədər dəhşətli olacaq? Məgər mən bayramı sevgilimin ssenarisi üzrə keçirməyə razılaşacağam? Əgər evdə qalacamsa, həyat yoldaşımla birlikdə bir çox müxtəlif dadlı yeməkləri hazırlayacağamsa, əsl şam ağacının ətiri ilə nəfəs alacağamsa və Yeni ildə fişənglər atmağa gedəcəyəmsə, onda necə?" Bütün variantların üstünlüklərini və mənfiliklərini təhlil edin. Hansı plan həqiqətən yaxşı olacaq?

Hər ikinizi təmin edəcək güzəştli variant fikirləşin. Məsələn, Yeni ilə qədər Taylanda getmək olar, amma bayram evdə qarşılanmalıdır. Və ya əksinə, yanvarın 2-dən etibarən bir həftəlik çimərliyə getmək olar.

Hər kəsin könlünün istədiyi kimi ruzili, bərəkətli xoş və şən bayram arzu edirəm!

"İlin sonu" sindromu
16 dekabr 2013
GO BACK