Qadin.NET / Emosional zəka

Emosional zəka

Emosional zəka

Son illərdə emosional zəka anlayışı üzərində çox danışılmış və mübahisələr edilmişdir. Bunun səbəbi həyatda müvəffəqiyyət və xoşbəxtliyin təmin edilə bilməsində müəyyən bir IQ səviyyəsi ilə yanaşı, fərdlərin emosional zəkaya da sahib olmalarının lazımlılığıdır. Araşdırmalara görə, emosional zəkası yüksək olan fərdlər, ailə və ictimai ətraflarında yaxşı əlaqələr qura bilən, müvəffəqiyyəti daha asan tuta bilən, daha çox istehsal edən, iş həyatında sevilib sayılan və karyeralarında daha sürətlə yüksələ bilən kəslərdir. Emosional zəka fərdlərin əvvəlcə öz duyğularını anlamalarını və idarə edə bilmələrini təmin edən, bununla yanaşı başqalarının duyğularını anlaya bilmə, simpatiya qura bilmə və özünə inam duyğusunu inkişaf etdirmə imkanı verən bir anlayışdır. Buna görə də, bu gün emosional zəkanın inkişaf etdirilməsi mövzusuna verilən əhəmiyyət artmaqdadır.

"Emosional zəka" bir qabiliyyətdir, yəni xam zəka daxil olmaqla, var olan digər qabiliyyətlərimizi nə qədər yaxşı istifadə edə biləcəyimizin təyinedicisidir. Emosional zəka beş ana başlıq altında toplana bilər: Özünü tanıma, duyğuları idarə edə bilmə, özünü hərəkətə keçirmə, başqalarının duyğularını anlamaq (empatiya), əlaqələri idarə edə bilmək.

Emosional zəka

Özünü tanıma

Bu, bir duyğunu meydana gətirərkən fərq edə bilmə, emosional zəkanın təməlidir. Gerçək duyğularımızı bilməmək bizi onların insafına buraxır. Duyğularını tanıyan kəslər, həyatlarını daha yaxşı idarə edərkən, kiminlə evlənəcəyindən hansı işə girəcəyinə qədər, fərdi qərar tələb edən mövzularda nə düşündüklərindən əmindirlər.

Duyğuları idarə edə bilmək

Duyğuları uyğun şəkildə idarə etmək qabiliyyəti özünü tanıma təməli üstündə inkişaf edər. Özünü sakitləşdirmək, qayğılardan, pessimizmdən, küsəyənlikdən xilas olma qabiliyyəti bu anlayış içində qiymətləndirilir. Bu qabiliyyəti zəif olan kəslər davamlı narahatlıqla mübarizə edərkən, qüvvətli olanlar həyatın dadsız sürprizləri və tərslikləriylə qarşılaşdıqdan sonra özlərini daha asan toplaya bilirlər. Müvəffəqiyyətli lider müvəffəqiyyətsizliklə qarşılaşdığı zaman məntiqli və soyuqqanlı davranaraq, həll yolu tapa biləndir. Çin atalar sözü: "Çox şən anınızda kimsəyə bir şey vəd etməyin. Çünki peşmanlıq duya bilərsiniz. Çox hirsli anınızda kimsəyə cavab verməyin, dərhal reaksiya verməyin. Sonradan kədərlənə bilərsiniz".

Emosional zəka

Özünü hərəkətə keçirmək (motivasiya)

Duyğuları bir məqsəd istiqamətində yığa bilmə, diqqət edə bilmə, özünü hərəkətə keçirə bilmə, özünə hakim ola bilmə və yaradıcılıq üçün lazımlıdır. Emosional təcrübə, doyumu təxirə sala bilmə və həddi aşan davranışları zəbt edə bilmə, hər müvəffəqiyyətin altında yatan xüsusiyyətdir. Duyğularımız düşünmək və planlamaq, uzaq bir hədəfə hazırlanmağı davam etdirmək, problemləri həll etmək kimi qabiliyyətlərimizə mane olduğuna ya da doğuşdan gələn zehni bacarıqlarımızı istifadə etmə tutumumuzun sərhədlərini çəkərək həyatda nələr edə biləcəyimizi təyin edər. Etdiyimiz işə həvəs və keflə və hətta uyğun səviyyədə bir qayğıyla, motivasiya olduğumuz ölçüdə də bizi müvəffəqiyyətə çatdırar. Bax, emosional zəka bu mənada təməl bir qabiliyyətdir və digər bütün qabiliyyətlərimizi, dərindən təsir edən bir gücdür. Motivasiyanın təməlində ümid bəsləmək, əhvalı pozmamaq, səbirlə səy göstərmək yatır. Edison kəşfini 1000 təcrübə sonunda tapıb. Edison 999 müvəffəqiyyətsiz təcrübəni 1000-ci təcrübənin təlimi olaraq xarakterizə etmişdir. İnsanın özünü və birlikdə çalışdığı insanları müvəffəqiyyətə cəmləyərək motivasiya edə bilməsi romantik zəkaya sahib liderlərə aid xüsusiyyətdir. Müvəffəqiyyəti hədəfləyən bir motivasiya liderin hədəfi böyütməsini və müvəffəqiyyətsizliklərdə həvəsdən düşməsinə mane olmağı özü ilə gətirər.

Emosional zəka

Başqalarının duyğularını anlamaq (empatiya)

Emosional özünü tanıma təməli üzərində inkişaf edən digər bir qabiliyyət olan empatiya insanlarla əlaqədə təməl bacarıqdır. Empatiyanın mənşəyi özünü tanımaqdır. Duyğularımıza nə qədər açıq isək, hissləri oxumağı da o qədər yaxşı bacararıq. Özünün nə hiss etdiyi haqqında heç bir fikri olmayanlar, ətraflarındakı kəslərin nə hiss etdiyini anlamaqdan tamamilə acizdirlər. Bu kəslər tonlara qarşı kardır. İnsanların söz və hərəkətlərinin toxumasını meydana gətirən emosional notlar və səs tonunun, duruş dəyişikliyinin, çox şey ifadə edən səssizliklərin, hər şeyi aşkar edən bir titrəmənin fərqinə çata bilməzlər. Özlərinin nə hiss etdikləri mövzusunda başları qarışıq olanlar, başqaları hisslərini onlarla paylaşdığında da eyni şəkildə bir qarışıqlıq yaşayarlar. Başqalarının nə hiss etdiyini yaza bilməmək romantik zəka baxımından böyük bir əskiklik, insan olmaq mənasında da faciəvi bir müvəffəqiyyətsizlikdir. Çünki marağın, şəfqətin kökü olan emosional ahəng, empati (başqasının duyğularını paylaşa bilmə) bacarığından qaynaqlanar.

Başqalarının duyğularını anlamaq, onları idarə edə bilmək ancaq empati yoluyla mümkün ola bilər. Başqasını anlaya bilmək, ön mühakiməsiz və tərəfkeşlik etmədən dinləməkdən keçər. Dinlədiyimiz insanla həmfikir olmaq problemi həll etmək də lazımdır. Qarşı tərəfin, duyğularını anladığımızı hiss etməsi, inanması kifayətdir. Empati, başqalarının fikir və duyğularını anlamağa, rəftarlarını onların ruhi vəziyyətlərinə görə nizamlaya bilmə bacarığıdır. Qrup işinin gedərək əhəmiyyət qazandığı indiki vaxtda, empatinin yaxşı bir lider üçün imtina edilməz bir xüsusiyyət olduğu açıqdır. Birlikdə çalışdığı insanların fikirlərini hiss edən və anlayan lider bu fikirləri diqqətə alaraq həm insanlara təşkilatın təsirli bir işçisi olduqlarını hiss etdirər, həm də bu fikirlərdən quruluşçu tənqidlər alaraq faydalanar. Beləcə çalışanların fərdi məhsuldarlıqlarını yüksəldər və liderlik gücünü gücləndirər.

Əlaqələri idarə edə bilmək

Əlaqə sənəti, böyük ölçüdə, başqalarının duyğularını idarə etmə bacarığıdır.

Emosional zəka necə inkişaf etdirilir?

Öyrənilə bilən bir sıra bacarıqlardan ibarət olan EQ fərdin yaşı irəlilədikcə inkişaf edə biər. İrəliləyən yaslarıyla birlikdə fərdlərin ictimai əlaqələri və ətraflarındakı hadisələri daha balanslı qiymətləndirməyə başladıqları, daha uyğun, daha idarəli və ümumiyyətlə təsirli ünsiyyət qura bildikləri ifadə edilir. Gündəlik həyatda və peşə sahəsində emosional zəka qabiliyyətlərinin inkişaf etdirilməsi üçün 7 qaydaya əməl edilməsi lazımdır: 

• Özünü tanımaq; fərdin kim olduğunu öyrənmək lazımdır. Emosional zəka fərdin güclü və zəif tərəflərini fərq edə bilməsini, ehtiyaclarının şüurunda olmasını, səhvlərini görə bilməsini, dəyər və məqsədlərini həqiqi olaraq qiymətləndirə bilməsini, yəni daxili olaraq özünü tanımasını tələb edir.

• Duyğulara nəzarət etməyi öyrənmək; fərd öz duyğularından və ya digər kəslərin duyğularından nə qədər az qorxsa, emosional vəziyyətlərlə və duyğularıyla baş çıxarması o qədər asan olacaq. Fərdin özünə tez-tez "Özümü necə hiss edirəm və bu duyğunu bədənimin ən çox harasında hiss edirəm? Belə hiss etməyimə səbəb olan nədir?" kimi suallar verməsində fayda vardır.

• Özünü və fərdi xüsusiyyətlərini başqalarına açıq saxlamaq; fərdlər bir-birlərindən fərqlidir. Fərqli olmaq, digərlərindən daha yaxşı ya da daha pis olmaq mənasını vermir. Fərdlər öz dünyagörüşləri ilə digərlərinin dünyagörüşlərinin fərqli olduğunu anladıqlarında, bir-birlərini tanımaları daha asan olacaq.

• Ünsiyyət qurma bacarığını inkişaf etdirmək; fərdin özünü ifadə etmə üsullarını inkişaf etdirməsi, söz xəzinəsini zənginləşdirməsi, hər an yeni sözlər öyrənməsi, özünü çox istiqamətli olaraq ifadə edə bilmə cəsarətinin olmasını təmin edəcək. Bəzən hal və hərəkətlər, sözlərdən daha çox məna verə bilər. Məsələn; şirin bir təbəssüm qarsıdakına bir təsəlli ola bilər.

• Problem həll edici olmaq; fərdin mümkün olduğu qədər müxtəlif hadisələr və problemlər üzərində düşünməsi, bunları həll etməyə çalışmasında fayda vardır. Fərd qarsısına çıxan problemləri ortadan qaldırılamayacak bir əngəl olaraq qiymətləndirmək yerinə, özünü sübut etmə fürsəti olaraq görsə, onları həll etməməsi üçün heç bir səbəbi qalmayacaq.

• Tənqidə açıq olmaq; emosional zəkada tənqid edə bilmək və tənqidə açıq olmaq da çox əhəmiyyətlidir. Bunun sayəsində fərd özündəki müsbət və mənfi istiqamətləri öyrənmə fürsətini əldə edə bilər.

• İnsanlar ilə maraqlanmaq; yeni insanlarla tanış olmaq, onların mədəniyyətlərini öyrənmək, müxtəlif insan psixologiyaları haqqında məlumat əldə etmək, fərdin özünü və digərlərini kəşf etməsini və qurduğu əlaqələrin təsirli olmasını təmin edəcək. 

Psixoloq İlkden Çetin

11 dekabr 2013
GO BACK