Qadin.NET / İkinci evliliklər və uşaq psixologiyası

İkinci evliliklər və uşaq psixologiyası

İkinci evliliklər və uşaq psixologiyası

İkinci dəfə evlilik valideynlərin ümidlə girdikləri, müsbət, şən bir ailə mühitinə duyulan ehtiyacı aradan qaldırmağın bir yoludur. Bu vəziyyət istər təkliyi aradan götürmə ehtiyacından, istərsə də təkbaşına məsuliyyətlərin altından qalxmaqda işin çətinliyindən qaynaqlanır. Bir çox yetkin insan boşandıqdan sonra həyatını yenidən tənzimləmə və yeni bir əlaqəyə başlama meylindədir. Bu təbii dövrdə yetkinlər bir çox yeni birlikdəliklər yaşaya bilərlər. Ancaq uşaqların yalnız ciddi əlaqə olacağı düşünülən kəslərlə tanış edilmələri məsləhətdir. Araşdırmalar zamanı boşanan cütlüklərin 3-5 il sonra yenidən evləndikləri sübut edilib. Kişilərin yenidən evlənmə nisbəti qadınlara görə daha çox və daha tezdir. Bir çox kişi və qadın ilk evliliklərində təcrübəsiz olduqlarına görə səhvlər etdiklərini və bu səhvlərdən dərs alaraq artıq gerçək sevgiyə və ortaq gözəl əlaqəyə hazır olduqlarını hiss edir və yenidən evlənirlər. İkinci evlilik əvvəlki evliliyə bənzəyə bilər, ancaq ailə mühiti qətiliklə birinci evliliyin bənzəri ola bilməz. İkinci evliliklərdə qarşılaşılan ən böyük problemlərdən biri uşaqlardan gələn cavabalardır. Yeni və xoşbəxt bir ailə qurma mərhələsində uşaqların bir çoxu yeni adamı qəbul edir. Bu xəbər uşaqlara diqqətlə verilməlidir. Evlilik qərarı böyüklərin öz həyatları ilə əlaqədar olan qərardır. Valideynlərin aldığı bu qərarı uşaqla birlikdə olduğu zaman, sakit bir mühitdə söyləməsi uşağın rahat reaksiya göstərməsinə kömək edər. Ancaq evlənmək üçün uşaqdan icazə istəmək həm uşağın böyüklərin həyatını idarə etməsinə, həm də üzərlərinə yaşına uyğun olmayan məsuliyyətlər düşməsinə gətirib çıxarır. Uşağın sevəcəyi yerlərə ikinci həyat yoldaşı seçəcəyiniz şəxslə birlikdə etdiyiniz qısa gəzintilər tanış olma və həmin insana alışmağa kömək edər. Şişirdilmədən aparılan danışıqlar uşaqlara daha çox inam verir. İnsanı sevdirmək üçün istiqamətli səylər isə məcburedici ola bilər. Uşaq və ikinci həyat yoldaşının bir-birlərini tanıması, inanması və sevməsi üçün səbrli olmaq lazımdır. Uşaqlar yeni evliliyə nə qədər hazır olsalar və bu evliliyə nə qədər xoş münasibət bəsləsələr də, bir sıra problemlərin yaşanması qaçılmazdır. Çünki uşaqlar uzun müddət öz ana və atasının təkrar bir yerdə olmasına ümid edir. Yeni evlilik xəbəri uşağın bu ümidini itirməsinə səbəb olur. Evlənən cütlüklər də, uşaq da əvvəllər bəzi çətinliklər yaşayacaqlar. Xüsusilə ilk zamanlarda uşaqlardan yeni gələn valideyinlərə "ana" və "ata" deyə xitab etməsi istənməməlidir. Onsuz da uşaqlar bu adama "bacı", "qardaş", "xala", "əmi" deyə xitab edərək reaksiyalarını dilə gətirəcəklər. Ögey valideynlərin yaşayacağı bir sıra çətinliklər var. Xüsusilə uşağa qarşı duyduğu yaxınlıq, uşaqla əlaqədar qərar vermək haqqı və məsuliyyəti, uşağa göstərəcəyi intizamın doğruluğu və maliyyə məsuliyyətləri mövzusunda çətinliklər yaşaya bilərlər.

İkinci evliliklər və uşaq psixologiyası

Yenidən evlənmə hallarında böyük yaşlı uşaqlar kiçik uşaqlara görə daha az təsirlənirlər. Bu vəziyyət böyük yaşdakı uşaqların daha məntiqli düşünə və özlərini daha müstəqil idarə edə bildikləri ilə açıqlana bilər. İkinci evlilik uşaq kiçikkən, ya da yetkinlik dövrü sonrasında reallaşdığı zaman daha az çətinlik yaşandığı müşahidə edilir.Xüsusilə yetkinlik dövründə uyğunlaşmaq çətin olur. Uşağın ikinci həyat yoldaşınızla yaşayıb-yaşamayacağı da əhəmiyyətlidir. Atası ilə yaşayan uşağın anasının evlənməsi, ya da anası ila yaşayan uşağın atasının evlənməsi fərqli anlaşılmaya yol açar. Ana ilə yaşayan qız, ana ilə yaşayan oğlan, ata ilə yaşayan qız, ata ilə yaşayan oğlan olmaq da ikinci yoldaşa baxışa təsir edər. Anaları ilə yaşayan oğlanlar və ataları ilə yaşayan qız uşaqları özlərini evin kişisi və ya qadını kimi görə bilər. Bu vəziyyətdə evə yeni gələn adam onun rolunu də əlindən alacaq. Gerçəkdə heç bir uşaq ana, ya da atasını qarşı cinsdən biriylə paylaşmaq istəməz. Bu səbəbdən ögey ana və ya atanı düşmən, öz ana və ya da atasının sevgisinə bir rəqib, dəvətsiz qonaq kimi görə bilər və yeni gələn adama yaxınlaşmaya bilər. Uşaq öz anasını və ya atasını hər zaman istəməkdədir. Artıq öz valideynlərindən biri yanında olmayacaq. Bu səbəblə inamsızlıq yaşayacaq və yanında qaldığı valideyinlə daha da yaxın olacaqdır. Uşaq gedən valideynlərə qarşı düşmən duyğusu bəsləyəcək, çünki onu buraxıb getmişdir. Bütün ümidlərini ikinci valideynə bağlayır, həmin valideyn də bir gün evlənmək istədikdə onu ikinci plana itələmiş olur. Bu mövzuda uşağın ağlında dəyişik və kompleks suallar yaranır. "Görəsən, məni bu yeni həyat yoldaşının gəlməsinə baxmayaraq, əvvəlki qədər sevəcəkmi?" kimi düşüncələr uşağın zehnini məşğul edəcək. Ögey valideyn isə yaxşı niyyətinə baxmayaraq, uşaqların yaratdığı davamlı çətinliklər qarşısında ümidini itirməyə başlayır.

İkinci evliliklər və uşaq psixologiyası

Bu vəziyyətdə ögey valideyn ilə uşaq arasındakı problemləri həll etməkdə öz valideyinlərinə daha çox vəzifə düşür. Bu mühitdə qəti mühakimə etmək olmaz. Bəzən valideyn evləndiyi adamla uşağının yaşadığı çətinliklər üzündən özünü günahkar hiss edir, hətta evləndiyinə peşman belə olur. Evlənən kəslər hər şeydən əvvəl uşaqlı biriylə evlənmiş olduqları həqiqətini qəbul etməlidirlər. Daha sonra uşağı tanımağa, anlamağa çalışmalı, ona zaman verməli və səbrli olmalıdırlar. Evə yeni gələn birinin "Səndən məni dərhal sevməyini və qəbul etməyini gözləmirəm, çünki məni kifayət qədər tanımırsan. Ancaq mən də səni kifayət qədər tanımıram. İstəsən əvvəl bir-birimizi tanımağa çalışaq" kimi sözlər hər şeydən əvvəl uşaqda qarşısındakı adamın onu anladığı fikirinin yaranmasına səbəb olacaq. Uşaqların yeni evlilik reallaşmadan əvvəl ailə həyatlarında bəzi vərdişləri və dəyərləri daşıdıqları unudulmamalıdır. Əgər valideynlərdən biri vəfat edibsə, o dövrdə yaşanan çətinliklərin uşaq üzərindəki təsiri asanlıqla keçməyəcək, dünyasını dəyişən valideyn onun gözündə ideallaşacaqdır. Vəfat edən valideyn utopik bir şəkildə xatırlandığında ona bərabər valideynlik etmək çox çətin olur. Ya da boşanma nəticəsində valideynlərdən biri getmişsə yenə uşağın üzərindəki təsiri əhəmiyyət daşımaqdadır. Boşanma əvvəli ailədə yaşanan gərgin günlər uşağın günahkarlıq hissi duymasına, dəyərsizlik duyğusuna qapılmasına səbəb olar. Uşaqların bir hissəsi boşanma hadisəsində özlərini günahkar hiss edir, dəcəllik etdiyi, ya da ana-atasını incitdiyi üçün onların ayrıldığı duyğusuna qapıla bilər. Oğlan atasının ayrılmasında özünü günahkar hissi edər. Evdən ayrılan adam anadırsa, bənzər duyğular qız uşağı üçün də etibarlıdır. Boşanma hadisəsini tərk edilmə olaraq yaşayan uşaq özünün dəyərsiz olduğuna inanır. Valideynlərin bu mövzuda diqqətli olmaları lazımdır. Ögey ana uşaqlarla rahat ünsiyyət qura bilməyin yollarını axtarmalıdır. Yaşanan problemləri təhlil etməli, problem yaratmamalıdır. Uşaqların analarına qarşı duyduqları sevgiyə hörmət göstərməli, analarından bəhs etmələrinə icazə verilməlidir.

İkinci evliliklər və uşaq psixologiyası

Əgər anaları yaşayırsa, onu ziyarət etmələrinə icazə verməlidır. Əgər istəyirlərsə, uşaqların otaqlarına analarının şəklini asmalarına icazə verməli, anaları mövzusunda yaşadıqları duyğuları uşaqlarla paylaşmalıdır. Bütün bunları etmək başlanğıcda çətin ola bilər. Ancaq uşağı ögey anaya yaxınlaşdırmaqda son dərəcə təsirli bir yanaşmadır. Eyni vəziyyət ögey ata üçün də etibarlıdır. Çünki evə gələn ögey atanın da yaşayacağı bir çox problemlər olacaq. Hər nə qədər aparılan araşdırmalarda ataların daha az problemlə qarşılaşdığı fikri söylənsə də, yenə də ögey ata olmaq asan deyil. Nəticə olaraq yuxarıda göstərilən çətin vəziyyətlərdən xilas olmaq hər kəsin öz əlindədir. Yaşanan çətin günləri minimuma endirmək tərəflərin anlayış, mehriban və səmimiliyi ilə mümkün olacaq. Ailədaxili nizamın qorunmasında əhəmiyyətli və lazımlıdır. Ən çox təsirlənən və gələcəkdə bu təsirlərin yaratdığı problemləri yaşayacaq olanın uşaq olduğu düşünülsə ən çox vəzifə valideynlərə düşür.

 

 

6 dekabr 2013
GO BACK