Uzun illər birlikdə olan cütlüklərin "bir sirri mütləq vardır" deyə düşündük və onlara soruşduq: Əlaqənizi qorumaq və sevdiyiniz adamla birlikdə xoşbəxtliyi qazanmaq üçün nə edirsiniz? Ortaya ortaq 5 maddə çıxdı.
1. Gündə ən az 10 dəqiqə fərqli bir dialoq
Görünür ki, xoşbəxt cütlüklərin təxminən 99%-i yoldaşlarını çox yaxşı tanıyır və həqiqətən anlayır. Böyük bir əksəriyyəti həyatının detallarını, xəyallarını, çətinliklərini, dəyərlərini və hədəflərini yoldaşıyla paylaşır. Buna nəzərən gündə ən az 10 dəqiqə yoldaşınızla oturub danışmaq sizin xeyrinizədir. Amma bu söhbətdə mövzu işiniz, ailə, dostlarla olan əlaqələriniz olmamasına diqqət edin! Daha ümumi şəkildə desək- zehni çalışdıran, yaradıcı mövzulardan söhbət açın. Məsələn: Lotoreyadan pul çıxsa hara, niyə xərcləyərsən? Harada doğulmuş olmaq istəyərdin və niyə? İş həyatına yenidən başlamalı olsaydın nə olmaq istəyərdin? və s. bu kimi suaalar. Məqsəd bir-birinizin xəyallarını, keçmiş çətinliklərini, gələcəyə dair qayğılarını öyrənmək, bir-birinizin fikirlərini dinləməyə vaxt ayırmaq olmalıdır.
2. Qarşınızdakının duyğularını öyrənməyə çalışın
Bir çox cütlük ixtilaf düşəndə, yoldaşlarının fikrilə razılaşmasalar da onların dünyagörüşünü anlamağa çalışırlar. Məhz bu özünü qarşısındakının yerinə qoymaq mənasını verir.
3. Jest edin
Xoşbəxt cütlərin ən böyük sirlərindən biri də bu kiçik jestlərdir. Böyük sürprizlərə ehtiyac yoxdur. Əslində həyat yoldaşınızı kiçik jestlərlə xoşbəxt etmək kafidir. Xoşbəxt cütlər bunu həmişə edir. Yoldaşı üçün qəhvə içmək, ev işlərində kömək, yoldaşının çox istədiyi bir paltarı, ya da kitabı sürpriz bir şəkildə alıb ona təqdim etmək və s. Hamısı və daha çoxu əlaqənin möhkəmliyiniqoruya bilən hərəkətlərdir. Özünə həyat yoldaşı tərəfindən jest gördüyü qədər qarşı tərəfə də jest edəndə sevdiyi insanın xoşlandığı bir işi edərkən onun qazandığı xoşbəxtlikdən o da pay alır. Kiçik bir jest qarşılıqlı qazanma vəziyyəti yaradır.
4. Birlikdə vaxt keçirin
Şəxsi təklikdən deyil, cüt olaraq təklikdən söhbət gedir. Xoşbəxt cütlüklər ailə dəstəyi, yoldaşlarla və ya bir birliyə daxil olaraq özlərini daha yaxşı hiss edirlər. Baş-başa qalanda problemlərini özləri həll etmək məcburiyyətində olan cütlüklər bir-birlərini nə qədər sevsələr də vaxt ötdükcə problemlər sevginin önünə keçir və bədbəxtlik baş verirr. Bunda məsləhətləşdiyiniz, birlikdə zaman keçirdiyiniz yoldaşlarınızın öz yoldaşlarıyla əlaqəsini qoparma mərhələsində olması sizə də mənfi təsir edə bilər. Nümunəvi ailəsi olduğunu bildiyiniz cütlərlə daha çox zaman keçirib, onlardan dəstək almaq, ictimailəşdirmək sizə yoldaşınızla birlikdə özünüzü daha yaxşı hiss etdirər. Çünki problemlərdən danışmaq yerinə birlikdə əyləncəli fəaliyyətlərlə məşğul ola bilərsiniz.
5. Qəhqəhə çəkmək
Xoşbəxt cütlüklər sevinclərini birlikdə yaşayırlar. Bu onların birlikdə yaxşı zaman keçirdiklərinə işarə edir. Xoşbəxt paylaşımlar mənasını verir. Yaxşı bir birlik üçün komediya və zarafat anlayışlarının bir-biriylə uyğun olması da axtarılan xüsusiyyətlər arasındadır. Oxşar filmə, eyni zarafata, eyni vəziyyətə gülə bilmək, cütlərin xoşbəxtliklərini davam etdirmələri üçün dəstəkləyici olur.