Qadin.NET / Stress və onun öhdəsindən gəlmə üsulları

Stress və onun öhdəsindən gəlmə üsulları

Stress və onun öhdəsindən gəlmə üsulları

Orqanizmdə gözlənilməz və qeyri-adi təsirlərin nəticəsində yaranan halətə (əhval və ruhiyyə) stress deyilir. Stress insanın adaptasiya mexanizmidir, yəni bu, yeni şərait və vəziyyətə uyğunlaşma bacarığının dərəcəsini açıqlayan vasitədir. Qısa müddətli stress insanın inkişafına xeyir gətirir. Lakin uzun sürən stress insan sağlamlığı üçün ciddi təhlükədir. Stress vəziyyətində olanda biz həyəcanlı, narahat, hirsli, qəmgin oluruq. Əslində ən adi həyati situasiyalar stressə səbəb ola bilər. Bunlardan:

1. Üzərimizə həddindən artiq məsuliyyət düşməsi (indi yükün anaya düşməsi dəbdədir);

2. Ətrafdakılarla münasibətdə yaranan problem;

3. Zorakılıq və kobudluq;

4. Yaxın və əziz adamın ölümü və ya xəstəliyi;

5. Ailə münaqişələri;

6. Ailənin dağılması və s...

Lakin nəinki mənfi hallar, həmçinin sevinc gətirən hallar da stressə səbəb ola bilir: övladlarımızın gözlənilməz uğuru, yaxın adamın uzaq səfərdən qayıtması və s. Beləliklə, stress orqanizmin normal müdafiə reaksiyasıdır.

 

Stress və onun öhdəsindən gəlmə üsulları

 

Stressin öhdəsindən necə gəlmək olar?

-Stress vəziyyətinə gətirən hadisəni müəyyən edin.

-Əmələ gələn gərginliyi aradan qaldırmağa çalışın.

-Stress vəziyyətinə necə reaksiya verdiyinizi izləyin.

-Başqasının sizə münasibətinin necə dəyişə biləcəyini fikirləşin.

-İnsanın uğuru ilə yanaşı məğlubiyyət də qazana biləcəyini qəbul edin.

-Həyatınızın mürəkkəb dövründə sizə düzgün yol göstərəcək, düzgün məsləhət verəcək dostlar tapın (məsələn Qadin.Net-də).

-Maraqlı məşğuliyyət tapın (burda mövzularda "gəzmək" olar).

-Narkotik (Allah qorusun), alkoqol və siqaretdən uzaq olun.

-Daha nikbin və enerjili insanlarla tanış olun.

-Gün rejimi tərtib edin və müntəzəm əməl  edin.

-Başqası ilə yaranan münaqişəli vəziyyəti aradan qaldırmaq üçün təmkinli insanlar cəlb edin.

-İnsanlar arasında, kollektivdə olmağa çalışın, müxtəlif görüş və qonaqlıqda, ailə və qrupların tədbirində iştirak edin.

Stress və onun öhdəsindən gəlmə üsulları

Münaqişənin ən yaxşı həlli yolunun tapılması: 

İlk növbədə belə bir sual verin: "Situasiyani bu yolla həll etməklə mən özümü rahat hiss edəcəm, ya yox?"

Və yaxud "Bu problemin həlli üçün daha gözəl üsul varmi?"

Düzgün seçim aparmaq üçün tək, sakit bir guşəyə çəkilin. Öz daxili dünyanızda özünüzü tapacaqsınız...

Sonda, əziz xanımlar, bəs siz necə çıxardınız belə vəziyyətdən? Buyurun, sizin məsləhətləriniz mənə maraqlıdır...

25 may 2013
GO BACK