Dəyərli oxucular,nəhayət ki,yenidən sizlərləyik.
Cətinliklər bizi daha da möhkəm edir.
İtkilər, xəyanətlər, məğlubiyyətlər insanı sındırmırsa-
Onun daxili gucünü artırır...
Bəzən bele anlar olur ki, insan özünü tükənmiş hiss edir.
Yaşamağa güc tapa bilmir, və hətta həyatı davam etdirməyin mənasını görmür...
Halbuki yaşamaq - yaşatmaq ücün lazımdır.
* Əgər yaxın insanın itkisinin sızıltısı Sizə əzab verirsə - onun xatirəsini yaşatmaq ücün yaşamalısınız. Onun ruhu Sizin xatirələrinizdə yaşayır...
* Əgər son həddə catdığınızı hiss edirsiniz, əsəbləriniz tarıma çəkilibsə - bir anlıq düşünün ...
- axı Siz Sizdən asılı olan insanlar ücün Siz məsuliyyət daşıyırsız...
* Siz pis niyyətli insanların, Sizə xəyanət edənlərin acığına Yaşamalısınız. Qoy başqalarıda görsün ki, yamanlıq hec bir zaman HƏYATA qalib gələ bilməz...
İnsanın ruhunu cətinliklər bərkidir, möhkəmlədir, yaşamağa güc verir...
Unutmayın: Heyat Sizi daha da güclü etmək üçün sinağa cekir...
Möhkəm olun...
Heyat yolunda büdrəsəniz də - calışın yıxılmayın...
P.s. Dəyərli oxucularimiz!
Əgər Sizi də Həyat sınağa cəkibsə - və bu dərsdən Siz qalib cıxmısınızsa –
Fikirlərinizi gözəyirik...
Ola bilsin bu düşüncələr kimisə yaşamağa təkan verər...