Qadin.NET / Həyatın hər dəqiqəsinin qədrini bilməliyik

Həyatın hər dəqiqəsinin qədrini bilməliyik

 Həyatın hər dəqiqəsinin qədrini bilməliyik

Psixoloqlar həyata yüksək əhval-ruhiyyə ilə baxmaq üçün bunu tövsiyə edirlər: "Həyatın hər dəqiqəsinin qədrini bilək". Amma sadəcə bilmək bəs etmir, həyata keçirməyə gəlincə nədənsə gülməyi bacaranların sayı azalır. Əslində özümüzü sevməyə və həmişə yüksək yaşamaq istəyimizi qarşımıza məqsəd qoymalıyıq. Hətta bu fikir bizi həyatımızda kölgə kimi izləməlidir. Əgər tez-tez təkrar etsək ,daha çox fikirləşsək, daha böyük bir şəkildə həyatımıza daxil etsək, gün gələcək o az insan olan "sinfə" daxil olacağınızdan şübhəniz olmasın. 

Gözəl fikirləşən gözəl şeylərlə qarşılaşar. Həyatımızdan qərarsızlığı atmalıyıq ,pis düşüncəyə sahib və narahat olan insanları həyatımızdan çıxardın, onları boş yerə yanınızda gəzdirməməlisiniz, hətta yaxınlığınıza bıraxmamalısınız. Sizə də pis enerji verməyə icazə verməməlisiniz. Xəstə olanda "Gələn gün keçən gündən daha gözəl olacaq" deyə fikirləşməlisiz. "Nəyə görə xəstələndim?", "Görəsən sonunda daha pis şeylər məni gözləyir?" kimi yersiz fikirlərdən, narahatçılıqlardan tez bir şəkildə azad olmalıyıq. Yersiz fikirlər özü ilə birlikdə bütün pislikləri gətirəcək.

Həyatın hər dəqiqəsinin qədrini bilməliyik

Səhər oyananda, gözlərinizi açanda sağlamsınızsa və nəfəs ala bilirsinzsə, bunun üçün şükür eləməyi bacarmalısınız, yatağınızdan sevinclə durmalısınız, aynada özünüzə gülümsəyib və özünüzə “Mən özümü sevirəm” deməlisiniz. "Bu gün gözəl bir gün olacaq" deyə düşünməliyik, elə niyyət eləməliyik ki, günümüzə pozitiv əhval-ruhiyyə bəxş edək.
Sizə "Necəsən?" deyənlərə sadəcə "Yaxşıyam" demək əvəzinə "Mükəmmələm, özümü möhtəşəm hiss edirəm" demək nə qədər gözəldi, elə deyilmi?! Ən çox lazım olan şey özümüzü gözəl enerjinin gücü ilə "görüşdürmək", öz hiss və düşüncələrimizi, həyat enerjimizi bu güclə bacardığınız qədər doldurmaqdı. Bunu bacarmağın, daha çox həyat enerjisi sərf etməyin ən asan yolu isə daha çox sevməkdən keçir, sərhədsiz, qarşılıqsız, sərbəstcə sevmək və sevilmək. Beləliklə, heç dayanmadan sevgini var gücümüzlə yükləməyə başlayaq ruhumuza, hisslərimizə. Sevginin cəlbedici gücü ilə ətrafımıza, yaxınlarımıza, sevdiklərimizə daha faydalı ola bilərik, eyni enerjini onlara da ötürə bilərik və ətrafımızdakı insanlar bizim yüksək pozitiv sevgi gücümüzdən avtomatik şəkildə faydalanacaqlar. Amma özümüzü fikirləşmədən yalnız başqalarını fikirləşib onlar üçün yaşamaq, özümüzü ikinci, üçüncü plana atmaq da düzgün deyil. Bu özünüzə qarşı sevgisiz olmağa, özünüzə inanmamağa gətirib çıxaracaq.
 

Həyatın hər dəqiqəsinin qədrini bilməliyik

 Üstəlik fədakarlığı qurban vermək ifadəsi ilə səhv salmaq olmaz. Bunu da bilin ki bir insan, fərqi yoxdu, ağıllı ya da ağılsız, öz daxilindəki bütün çatışmazlıqları başqalarının ehtiyaclarını qarşılamaqla, nələrisə başqalarına qurban verməklə yox etməyə çalışır adətən. Amma bir qədər sonra fədakarlıq etdiyi insanlar tərəfindən sevilmir, ətrafındakı insanlar ona olan hörməti itirirlər. Çünki bir insana hörmət etmək üçün o adamın özünə dəyər verdiyini, özünü sevdiyini hiss etmək lazımdır. Bir insana olan hörmət onun maraq dairəsi, xəyalları, arzuları ilə artır. Ona görə də həmişə qurban verən insanlar bu dəyərlərdən məhrum olurlar və həmişə itirməyə məhkumdurlar. Bunu düzəltməyin ən gözəl yolu isə fikirləri doğru şeylərə yönləndirməkdi. Çünki fikirlər lazımsız şeylərlə nə qədər məşğul olarsa, "lazımsız lazımsızı dəvət edir, sonra da içindən çıxmaq mümkün olmur".
Daha maraqlı bir həyat, gözəlliklər, xoşbəxtliklər yaşamaq üçün əvvəlcə öz daxili gücümüzü kəşf etməyə, öz ruhumuzu yeni doğulan bir uşaq kimi böyüdüb əzizləməyə çalışmalıyıq. Qabığımızdan çıxıb özümüzlə barışdığımız anda, passivlikdən çıxıb həyatın içində aktiv olaraq rol almağa başladığımızı təəccüblə görəcəyik və bu, bizi xöşbəxt edəcək və pozitiv gücdə olmağımıza şərait yaradacaq. Artıq problemlərlə qarşılaşmaq daha asan olacaq. Çünki varlığımızı hər bir şeylə qəbul edib bunu öz daxilimizdə mənimsəməyi bacaracayıq, bəlkə də artıq bacardıq.
 

Həyatın hər dəqiqəsinin qədrini bilməliyik

Belə bir yolda olmağımız, qarşımızdakı insanların bizim haqqımızda düşüncələri, yəni bizim pozitiv enerjimiz, lazımlı düşüncələrimiz, özümüzü sevməyimiz bizə xeyir, həm də ətrafımızdakıların bizə gözəl yanaşmalarını təşkil edir. Bu hər iki tərəfdən sevinc və həzz verən bir vəziyyətdir.
İndi növbə ətrafımızda, sevdiklərimizdədir. Öz pozitiv enerjimizi onlarla bölüşməliyik. Unutmayaq ki, bir insan əgər özünü sevməsə, özünə dəyər verməsə, bunların heç birini bacarmaz, başqalarını sevməz, onlara lazım olan qədər dəyər verməz. Əvvəlcə özümüzü sevib daxili dünyamızı kəşf edib bütün bacardıqlarımızı ortaya çıxartmalıyıq.

Qəbul edirəm, o qədər də asan deyil bunu bacarmaq, amma həyat küləyinə özümüzü tam təslim etmək, heç bir mübarizə aparmadan o tərəfə getmək düzgün olmazdı, çünki küləyin bizi hara aparacağını bilmirik axı!!! 

21 aprel 2013
GO BACK