Qadin.NET / Qadınlar ideal olmaq istəyir (2-ci hissə)

Qadınlar ideal olmaq istəyir (2-ci hissə)

 

Stereotip 3.

Kişilər əsasən gənc qızlardan daha çox xoşlanırlar. Buna görə də yaş məsələsi qadınlar üçün ağrılı mövzudur. Yeri gəlmişkən, kişi həmyaşıdlarının yanında 30 yaşlı qadınlar cavan qızların ətrafında özlərini lazımsız və gərəksiz hesab edirlər. Sovet hakimiyyəti dövründə qadın 30 yaşa çatdısa, artıq yaşlı hesab olunurdu. Lakin sonralar Avropa ölkələrində olduğu kimi artıq 30 yaş böyük yaş kimi hesab olunmadı. Həqiqətən, kişilər də təsdiq edə bilərlər ki, onları əsasən 30 yaşa kimi qadınlar maraqlandırır. Lakin əksər kişilər belə düşünürlər ki, qadın nəinki 35 yaşında, hətta 40 yaşında da cazibədar olur. Bəli, 40 yaş həyatın sonu deyilmiş!

Bəzi kişilər bir az yaşı ötmüş qadınlardan uzaqlaşırlar. Bu da dünyagörüşünün darlığındandır.

Kişilərin rəyi:

"Mənim bir neçə 35 yaşdan 40 yaşa kim tanışlarım var, onlar gənc qızları ətrafında olanda heç də onlardan seçilmirlər.
Mənim 24 yaşım olanda 35 yaşlı qadınla görüşürdüm və sonra münasibətlərimizi kəsdim. Məlumdur ki, nə səbəbə. Mən qorxdum ki, onun gözündə cəlbedici deyiləm və onun tələblərini doğrulda bilmərəm.
Əgər nigahdan danışsaq, qadın kişidən 5-6 yaş kiçik olsa yaxşıdır".

Nə etmək olar?

Yaş haqqında düşünməyək.
Həyat istənilən halda gözəldir. Özünə qayğı göstər və hər şeyi özünə dərd etmə. 

Qadınlar ideal olmaq istəyir (2-ci hissə)

Stereotip 4.

Kişilərin xoşuna həyatın hər üzünü görmüş qadınlar gəlir.
Bir çox məqalələrdə belə yazırlar ki, qadınlar kişiləri razı salmaq üçün oral seksin texniki təlimatını və anal seksin idarə olunmasını gözəl bilməlidirlər. Çünki kişilər bundan daha çox zövq alırlar. Bu bir aksiomadır. Seksin cürbəcür formaları var, bu da kişiləri əldə saxlamaq üçün ən gözəl vasitədir. Təcrübələrdən belə məlum olur ki, qadınlar kişilərdən daha təcrübəlidirlər. Amma kişilər hər yerdə birinci olmaq istəyirlər.

Kişilərin rəyi:

"Qadınlar yataqda çox təcrübəlidir, amma bunu yaxşıca gizlədə də bilirlər. Məsələn, götürək hər hansı yenicə tanış olduğun bir qız yataqda tərəf müqabilinə qarşı özünü necə aparmağı, öpüşməyi, sənə necə toxunmağı, ümumiyyətlə, səni necə razı salacağını çox gözəl bilir. Və o zaman səndə sual yaranır: Bütün bunları o hardan bilir?"

 Nə etmək olar?

Qadınlar! Öz bacarığınızı kişilərə dərhal göstərməyin! Qoy, onlar özləri sizin eşq məharətinizi kəşf etsin. 

Qadınlar ideal olmaq istəyir (2-ci hissə)

Stereotip 5.

Qadın zəif olmalıdır.
Beləliklə, qadınlar həmişə zəif cinsin nümayəndəsi hesab olunurdular. Ancaq, axırıncı 10 illikdə böyük dəyişikliklər baş verdi. Məsələn, Böyük Britaniyada son illərdə aparılan təcrübələrin nəticəsində məlum olub ki, qadınlar heç də zəif deyil, əksinə onların 66%-i güclü və azad, 11%-i isə fiziki cəhətdən daha güclüdürlər. Onlar öz ayaqları üstündə möhkəm dayana bilirlər! Lakin bu da o demək deyil, mütləq karateyə gedib öz gücünü göstərəsən.

Odur ki, deyirəm, əziz qadınlar, əvvəlki kimi ailədə öz rolunuzu ənənəvi qaydada davam etdirmək istəyirsinizsə və özünüzü zəif hiss edirsinizsə... onda qəbul edin! 

Kişilərin rəyi:

"Əgər qadın özünü güclü hesab edirsə, onda gücünü kişinin yanında nümayiş etdirməsin! Şəxsən bu hərəkət məni narahat edir. "Hər şeyi mən özüm edərəm". Bu, normal deyil. Nə vaxt ki, qadın var gücü ilə başa salmağa çalışır ki, hamıdan güclü və azaddır, onda mənim başımda elə bil ki, qığılcım yanır - aha, o, güclüdür, hər şeyi bacarır. Ona kömək lazım deyil və nəyə görə də kömək edəsən".

Nə etmək olar?

Özündə ol! Kişilərin əsl kişi olmağına imkan yarat!  

Qadınlar ideal olmaq istəyir (2-ci hissə)

Stereotip 6.

Kişilər yüngülbeyin qadınları sevir.
Doğrudan da belədir. Bunlara şahidik edənlər də vardır. Ən dəhşətlisi odur ki, bir çox belə qadın və qızlar kişilərə inanır və çalışırlar ki, onlara daha da yüngülbeyin görünsünlər. Bu taktika çox da uzun sürmür.

Kişilərin rəyi:

"Yüngülbeyindir, amma çox seksualdır, bu da kişini cəlb edir və gec-tez bu əlaqələr son həddə çatır. Belə insanların bir yerdə yaşaması mümkünsüz olur. Səni eşitmir, başa düşmür. Yeri gəlmişkən, maraqlıdır ki, 20 yaşdan 45 yaşa olan kişilər ağıllı qadınları daha cəlbedici hesab edirlər. Burda ağıllı olmaq nəinki onun təhsilli olmasını, həmçinin onun həmsöhbətinin dinləmək və eşitmək bacarığını göstərir. Yüngülbeyin qadınlar yüngülbeyin kişiləri sevir. Normal kişilər normal qadınları xoşlayır və belə qadınlar kişilərin ağıllı olmasını yüksək qiymətləndirir. Çox ağıllı qadınlar öz ağılları ilə, əksinə, axmaq kişiləri özlərindən qaçırır. Əgər qadın mübahisədə məni alçaltmağa çalışırsa, onda ona münasibət dərəcəsi aşağı düşür".

Nə etmək olar?

Özündə ol! Ağlını və bacarığını gizlətməyə çalışma. 

5 mart 2013
GO BACK