Hər birimizin depressiyada olduğu vaxtlar olur. Fəsillərin təsiriylə depressiya hər kəsin ortaq problemi halına gəlir.
Stəkanın dolu tərəfini görməyə çalışmaq bir kənara qalsın, stəkanı görmək belə mümkün olmaya bilir. Kimiləri depressiyasını görməməzlikdən gəlir, kimiləri də yemək yeməklə bundan çıxmağa çalışır. Depressiyaya düşənlərin çoxu da çarəni yeməkdə tapır.
Depressiya dövründə ilk çarə şokolad yemək hesab olunur. Cips yeyənlər, xəmir yeməkləri... Ancaq həqiqətən bir şeylər yeyərək, özünüzü yaxşı hiss etmək istəyirsinizsə, doğru seçimlər tapmanız lazımdır. Səhv yeməklər psixoloji baxımdan mənfiliklərə yol aça bildiyi kimi, doğru seçimlər, depressiyanın mənfi təsirlərindən sizi qoruya bilər.
Yaxşı, nələr yemək lazımdır?
1 - Yumurta
Yumurtada B vitamini və zülal var. Yumurta sarısı yemək olduqca faydalıdır. Bunun xaricində yağsız mal əti, buğda toxumu, balıq və toyuq yeyə bilərsiniz.
B6 və B12 vitaminləri qəbul etmək lazımdır. Çünki bu halda beyinə əhvalımızı yüksəldici mesajlar gedir. B vitamini əskikliyi ilə depressiya arasında bir bağ olduğu məlum olmuşdur.
Yumurtadakı zülal uzun müddət toxluq hissi verir və qan şəkərini tənzimləyir.
2 - Fındıq və badam
Bu yeməklərdə maqnezium var. Badam, balqabaq tumu, fındıq, qoz yesəniz, maqnezium cəhətdən bəslənərsiniz. Bu yeməklər serotonin hormonunun ifraz olunmasını təmin edir. Bu da insanın yaxşı hiss etməsini təmin edən, beyinin ifraz etdiyi bir maddədir. Eyni zamanda maqnezium güclü bir enerji qaynağıdır.
3 - Balıq
Balıq Omeqa 3 tipli yağ turşuları cəhətdən zəngindir. Balıqlar bu istiqamətdə ən zəngin qida qaynaqlarıdır. Həftədə üç dəfə balıq yeyə bilməyənlərə praktik bir həll olaraq isə Omeqa 3 həblərinin qəbulu təklif edilir. Balıq beyin yeməyi olaraq xarakterizə edilir. Balıq beyinə təsir edir və əhvalı yüksəldir.
4 - Buğda
Qara çörək kimi, fərqli növdəki bitkilərdən əldə edilmiş un məhsulları seçilməlidir. Bu şəkildə həm qan şəkəri tarazlanır, həm də serotonin səviyyəsi yüksəlir.
5 - Yaşıl çay
Yaşıl çayda L-theanine adlı amin turşusu var. Bu amin turşusu beyindəki alfa dalğalarını canlandırır. Yaşıl çay təsiri səkkiz saata qədər sürən rahatlaşdırıcı bir xüsusiyyətə sahibdir.
Əhvalınızın düşdüyünü hiss etdiyinizdə, lazımsız yemək yerinə bir fincan yaşıl çay içə bilərsiniz, ya da bir ovuc fındıq yeyə bilərsiniz. Günorta yeməyində balıq, səhər naharında yumurtanı seçsəniz və yediklərinizə diqqət yetirsəniz, depressiyaya qarşı qoruyucu tədbir də alarsınız.