Münasibət insanlar arasında qurulan əlaqədir. Yaxşı və pis olmasından asılı olmayaraq, qadın-kişi, valideyn-uşaq, bacı-qardaş arasında müxtəlif münasibətlər qurulur. Əgər bu şəxslərin bir-birindən asılılığı varsa, onda münasibətin mövcüdluğu hiss olunur. Fikirlərimdən uzaq düşməyib günümüzün aktual mövzusu olan ər və arvad münasibətindən danışacam.
''Ailə'' dediyimiz,möhkəm bağları olan, kiçik cəmiyyətdir. Amma bəzi ailələrdə möhkəmlik əvəzində bir ''boşluq'' var. Kişi və qadında ''özünəqapanma'' gedir. Ayrı-ayrılıqda hərə öz dünyasını yaşayır. Bir ailə olduğunu unudurlar belə... Kişinin işi bütün günü işləmək, işdən gələndən sonra isə əmrlər verməkdir; yeməyimi qoy, çayımı gətir, yerimi düzəlt yorğunam yatım, səhər işim var...və s,və ilaxır.
Qadının işi; yemək bişirmək, yığıb yığışdırmaq, televizor və intenetdə vaxt keçirmək... Bu cür hallarda sizcə xoşbəxt ailə tablosu mümkündürmü? Əlbəttə ki, xeyr. Ailədəki münasibətlərdə xoşbəxt olmaq üçün, qarşılıqlı anlama olmalıdır. Ər və arvad bir-birini başa düşməlidir. Qadınlar bir şeyi həmişə unudur-həyat yoldaşınız sizdən əvvəl bir ananın sevimli oğlu olub, hansıki-yeməyi hazır, paltarları ütülü, 1 stəkan suyu belə qabağına əmrlə gətirilən oğlu... O indi durub sizə yardım edəcək? Amma edəcək -şirin dilinizi işə salsanız, işdən gələndə qabağına qaşqabaqlı və maskalı deyil, gülər üzlə çıxsanız, gəlişinə sevindiyinizi bildirsəniz..və s.
Xoşbəxt olmaq üçün qurduğumuz münasibət biz qadınlardan asılıdır. İdeal həyat yoldaşı istəyirsinizsə, onu siz ideallaşdırın. Onun əvəzolunmaz olduğunu deyin, nazını çəkin, sevdiyinizi deməkdən utanmayın, çəkinməyin, onunla gün keçirtmək istədiyinizi bildirin, lazım gələrsə bunu xaiş edin. Bütün bunları xoş rəftarla etsəniz, alınacaq və o sizlə vaxt keçirtmək üçün sizinlə olacaq. Bax o zaman ona elə gözəl istirahət yaşadınki, gələn dəfə gəzməyə çıxmağı o sizdən xaiş etsin...
Sonda Amerikalı general Tom Ceksonun qadınlar haqqındakı dahi kəlamı xatırladım: ''Bəzən bütün kartlar qadınlarin əlində olur, sadəcə, oynamağı bacarmayanlar uduzur"...