Sevdiyi tərəfindən tərk edilmiş qadınlar cavabsız suallarla üz-üzə qalır.Nə üçün tərk etdi? Axı hər şey yaxşı idi?
Nə oldu birdən-birə? və s.
Bu suallara cavab vermək üçün,sizə 4 səbəb göstərəcəm.Tərk edilmək istəmirsinizsə,diqqətli olun:
1.Ona görə tərk edir ki-dava-dalaş,mənasız səbəblər,küsülülük nəticəsində,sizdən qazanmaq istədiyini qazanmayıb.
2.Tərk etdi-çünki,sizin verə bilməyəcəyinizi başqasından ala bilir.
3.Tərk edir-axı onu heç qiymətləndirmirsiniz.
4.Üzərinə qoyduğunuz cavabdehliklərdən bezərək gedir.
Əlbbətdə ki,əvvəlki 2 bənd üzündən gedən kişinin gedişi ilə bir şey dəyişməz .Onu qaytarmaq istəyirsiniz elə deyilmi? Bunun üçün getməzdən əvvəl ona hansısa siqnallar verin.Məsələn:daha dava-dalaş olmayacaq,çalışaram sakitliyimi qoruyum,mənasız səbəb axtarıb küsmərəm və s.
Unutmayın,hələ əlinizdə şans var,istifadə etməyi bacarın.Dərindən düşünün,lazımdırsa psixoloqlardan məsləhət alın. Elm və texnikanın inkişafı ilə əlaqadar siz "online psixoloqlar"la belə məsləhətləşə bilərsiniz.
Əgər sizi tərk etmənin səbəbi başqadırsa,fikirləşin ''belə biri mənim nəyimə lazımdır?''.Sağlam nəticə çıxartmaq üçün fikirləşin. Bu cür hallarda qadınlar kişinin geri qayıtmasını ''ondan qisasını almaq'' xətrinə istəyir.Üzə vurmadan yalnız qisas haqqında düşünür ''geri dönsün və ona bunu yaşadıb,onu tərk edib qisasımı alım''. Amma bu çox yanlış düşüncədir və bu cür anlarda ziyan çəkən yenə qadının özü olur.
Son 2 səbəb üzündən kişi gedirsə,deməli özünu qiymətli bildiyiniz kimi,onu qiymətləndirməyi bacarmırsınız.Unutmayın, bunu sizdən daha yaxşı edən biri tapılar.Düşünün...Hər işi onun çiyinlərinə yıxmayın.Lazım gələrsə ona yardım edin,hər atdığı addımda ona dəstək olun.Axı o da bir insandır,köməyə və sizə ehtiyacı olan, dəstəyinizi istəyən insan...
Sonda onu qeyd edim ki, xarici görünüşünüzdə həmişə dəyişikliklər edin.Sizə qarşı marağı soyumasın deyə.İnanın,qarşısında yeni,dəyişkən birini gördükdə ozü də dəyişiləcək.Məşhur aforizmdə deyildiyi kimi:"Qadın həyatın bütün mərhələlərində kişinin xilaskarıdır".