Qadin.NET / Xoşbəxt evliliyin sirləri

Xoşbəxt evliliyin sirləri

Xoşbəxt evliliyin sirləri

Hər əlaqədə olduğu kimi evlilikdə də davamlılıq əhəmiyyətlidir. Bağçadan dərdiyiniz bir çiçəyi evə gətirərsiniz bir neçə gün sonra solar. Evliliyi də iki insanın ortaq  aldığı  bir çiçək kimi düşünün; qulluq edilməzsə solar  gedər, hər iki tərəf evliliyi davam etdirmək niyyətində olmalı, bu çiçəyin günəşini, kölgəsini nizamlamalı, suyunu verməlidir ki, evlilik  ömürlük  davam  etsin.

Evliliyi davam etdirmək üçün bəzi vacib ünsiyyət bacarıqları vardır ki, bunlar sonradan öyrənilə bilən şeylər olduğundan hər kəs bunları öyrənə bilər.

Ünsiyyət uzun-uzadı danışmaqdırmı?

Xeyr, ünsiyyət əvvəlcə dinləmək deməkdir. Ünsiyyət yalnız düşüncə paylaşması da deyil. Həm düşüncə, həm duyğu paylaşmasının birlikdə olduğu vəziyyətlərdə sağlam ünsiyyət vardır deyə bilərik. Ünsiyyət bacarıqlarına dürüstlük,  qarşı tərəfi şəxsiyyət kimi qəbul etmə,fikirlərinə və seçimlərinə hörmət etmə kimi xüsusiyyətlər daxildir.

Xoşbəxt evliliyin sirləri

 Hiss-həyəcanlarınızı gizlətməyin.

Duyğularınızı içinizdə basdırmayın. İçə atmaq demək əslində ürəyə atmaq deyil, yaddaşa, beynə həkk etmək deməkdir. Bu da bütün sinir sistemimizi pozar. Siz duyğularınızı paylaşdıqca, o da sizdən öyrənər, sizi nümunə götürər. Duyğuları deyərkən sevincinizi, həsrətinizi, kədərinizi, hirsinizi qarşı tərəfə izah edin; amma ‘mən' kəlməsini  istifadə  edərək.

 Münasibətlərdə bağlılıq-asılılıq problemi.

Bağlılıq - həyat yoldaşına  bağlı olmaq, onu sevmək, qorumaqdır. Digər tərəfdən asılılıq- onun qulu köləsi olmaq, "sən olmasan mən yaşaya bilmərəm" deməkdir. Evlilikdə tərəflərin ən böyük şikayəti, həyat  yoldaşlarından asılı olmaqdır. Başqa bir insandan asılı olmaq nə qədər etibarlı ola bilər ki? İnsanın ən çox etibar edəcəyi şəxs özüdür. Əvvəl özünüzü sevin, özünüzə güvənin.

 Sevgi və hörməti unutmayın.

Sevgini qarşı tərəfə çatdırmaq çox əhəmiyyətlidir. Qadın və ya kişi deyir; "Mən həyat yoldaşımı çox sevirəm, amma qarşı tərəf bunu anlamır, hiss etmir."

Qarşınızdakı adama hörmət nümayişiniz: "Sən varsan  və əhəmiyyətlisən." kimi  olmalıdır. Bəzən əlaqələrdə inadçılıq edirik, "o edirmi ki, mən də edim və ya əvvəl o etsin" kimi.

Siz  bir sınaqdan  keçirin, o duyğunu ona bir hiss etdirin, baxın, sonra nələr olacaq...

 

 Ailələrlə əlaqələr

Ailələrin  təsirindən uzaq,  müstəqil  yaşaya  bilmək vacib amildir. Mən artıq evləndim, mənim sərhədlərim var deyə bilməliyik. Gəlin, baldız, qayınana ilə problemlər olar, ola bilər, amma problemlər harada həll edilər; evinizdə həyat  yoldaşınızla birlikdə. 

Mübahisəli müzakirələrdən uzaq durun.

Gördünüz  ki  ikiniz də çox əsəbisiniz, "Mən bir  çay  dəmləyim içək, yatmadan əvvəl təkrar danışarıq bu mövzunu, ya da sabah" deyə bilməliyik. Əks halda bir-birinizə sonradan peşman olacağınız incidici şeylər söyləyərsiniz; hörmət, sevgi aradan qalxar, yox olar.

 

Həyat yoldaşınızı olduğu kimi qəbul edin.

Qarşımızdakı insanı dəyişdirməyə çalışmaqdansa , özümüzü dəyişdirməyi sınayaq. Adam ancaq özü istəsə dəyişər. İnsan özünü dəyişdirə bilər, amma həyat yoldaşını dəyişdirmək o qədər asan deyil. Həyat yoldaşınızı da onun içinə sığa bilməyəcəyi qəliblərin içinə soxmağa  çalışmayın. Çox doğru bir söz vardır; "Tanrım mənə dəyişdirə biləcəyim şeyləri dəyişdirmək üçün güc ver, dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün səbir , ən əhəmiyyətlisi bu ikisi arasındakı fərqi görə bilmək üçün ağıl ver."

6 fevral 2013
GO BACK