Evliliklərində xoşbəxt olan ər arvad xoşbəxtliklərini gücləndirmək üçün bəzi davranışlara diqqət göstərərlər. Siz də yoldaşınızla xoşbəxt olmaq və bu xoşbəxtliyi davam etdirmək istəyirsinizsə bu xəbərdarlıqlarımıza qulaq asın:
Hər şeydən əvvəl evlilikdəki xoşbəxtliyin sevgi, hörmət və etibardan keçdiyini bildikləri üçün o nöqtələrə çox diqqət yetirərlər.
Həyatlarının birinci planına özlərini xoşbəxt etməyi deyil yoldaşlarıyla birlikdə xoşbəxt olmağı qoyarlar.
Birlikdə olduqları zamanları gözəl keçirməyə diqqət göstərərlər.
Müsbət düşünərlər.
Eqoist deyildirlər.
Gözəl və yumşaq xasiyyətli, xoşgörüşlü və bağışlayıcıdırlar. Kin tutmaz, intiqam arxasında qaçmazlar.
Yoldaşlarının yerinə qərar verməz; qərarları birlikdə alarlar.
Yoldaşlarının kiçik xətalarını böyütməzlər.
Yoldaşlarının nələrdən xoşu gəldiyini, nələrdən gəlmədiyini bilər, ona görə davranarlar.
Evlilikdəki xoşbəxtlik yolunun fədakarlıqdan keçdiyini bilərlər.
Ailələrinə zaman ayırar, həftə sonları birlikdə olmağa diqqət göstərərlər.
Evə gəldiklərində işyerinin çətinliklərini qapının qarşısında buraxıb içəriyə təbəssümlə girərlər.
Yoldaşlarında səhv axtarmazlar.
Öz məsuliyyətlərini dərk edirlər. "Aman canım mən etməsəm də olar, evdə edən biri var" deyərək yoldaşlarının fədakarlıqlarını istismar etməzlər.
Evlilik həyatlarını monotonluqdan qurtarmaq üçün səy sərf edərlər.
Bədən dillərini istifadə etməsini bilərlər. Yoldaşlarının sevgi dillərini yaxşı anlarlar.
Yoldaşlarını tənqid etməzlər. Tənqid etmək məcburiyyətində qalsalar diqqətli olarlar. Evdəki çatlayan divarı düzəldəcəyəm deyə evin təməl dirəklərini yıxmaz, çatlağı nəzakətli təmir edərlər.
Yoldaşlarının hər dediyinə etiraz etməzlər.
Yoldaşlarının xoşbəxtliyi üçün bəzi zövqlərindən imtina edərlər.
Yaxşı belə bir yoldaş varmı desəniz?
Niyə ilk siz olmayasınız?