Qadin.NET / Temperamentimiz davranışımızı diktə edir

Temperamentimiz davranışımızı diktə edir

 

Temperamentimiz davranışımızı diktə edir

 

Uğurlu ailə həyatı üçün insan temperamentlərinin uyğun gəlməsi,çox vacib bir amildir.İlk tanışlıqda buna önəm verilməsə də sonradan özümüz də görürük ki,temperamentimiz davranışımızı diktə edir.İndi isə gəlin onlarla tanış olaq.
Melanxolik
Həmişə nədən isə incik və hədsiz dərəcədə həssasdır.Ona elə gəlir ki,kimlər isə daima onu alçaltmaq və incitmək istəyirlər.Həyatında baş verən ən kiçik anlaşılmazlıqlar onlar üçün faciədir.Danışanda çox sakit səslə danışırlar.Keçmişlərini çox düşünərlər və onlara elə gəlir keçmişləri indiki vəziyyətlərindən qat-qat yaxşı olub.Gələcəkləri onlara ümidsiz görünür.Həyatlarından və sağlamlıqlarından daimi şikayətçi olurlar.Ailədə olan ən xırda anlaşılmazlıqları çox ağrılı qarşılayar,uzun müddət bunun əziyyətini çəkirlər.Çünki zənn edirlər ki,qəsdən onu incidib təhqir etdilər.
Fleqmatik.
Ən çətin anlarında belə oz sakitliyini və təmkinini qoruyub saxlamağı bacarırlar.Üzdə heç nəyi hiss etdirməsələr də ürəklərində bu barədə çox düşünərlər.Çoxlu sayda dost-tanışı olmaz,çünki ünsiyyət qurmaqda çətinlik çəkərlər.Bununla belə çox sadiq olub,nadir hallarda xəyanət edirlər.Vərdişlərini dəyişməzlər.Zəhmətsevən və məqsədlərinə çatmaq uğrunda qətiyyətlidirlər.Ailədə baş verən hər cür anlaşılmazlıqların həlli yollarını tapar,lakin yaşananları uzun müddət unutmazlar.


Xolerik.
Xoleriklər dəyişkən xasiyyətli,aktiv və qərarlı olurlar.Səbirsiz ,hövsələsizdirlər.Özlərini ələ almaqda çətinlik çəkirlər.Əhval-ruhiyyələri tez-tez və qəfil dəyişir.Onların 1-5 dəqiqədən sonra necə olacaqları haqqında söz demək çətindir.Ola bilər ki,qəfildən kobudluq edib sizi təhqir etsinlər,sonra isə bu xasiyyətlərinə görə əzab çəkdikləri üçün,   peşman olub sizdən üzr istəsinlər.Bu tip insanların evində daimi münaqişələr olur.

Temperamentimiz davranışımızı diktə edir


Sanqvinik.
Sanqviniklərlə bir evdə yaşamaq xoşbəxtlikdir.Çünki onlar şən və təmkinli olurlar.Əməksevər və mülayim olduqlarından əməklə məşğul olmaqdan usanmazlar.Cəmiyyətdə özlərini inamlı və sakit aparar,hamı ilə ünsiyyət qurmağı bacarar,yumoru sevər,xırdaçılıqdan qaçarlar.Sanqviniklər öz keçmişlərində "itib-batmır",gələcəkləri haqqında da çox xəyallar qurmurlar.Bu günkü günlə yaşamağa üstünlük verirlər.Ailə münaqişələrində öz təmkinini qoruyub saxlayar və qarşısındakını incitməməyə çalışarlar.Yeni mühitə tez alışırlar.


Ailə həyatında  ən uyğun gələnlər bunlardır:sanqvinik və melanxolik,fleqmatik və xolerik,sanqvinik və xolerik.

Yuxarıda oxuduqlarımıza rəğmən bilməliyik ki,dünyada yalnız bir tipin xüsusiyyətini özündə birləşdirən insan yoxdur.Sadəcə bir tipin xüsusiyyətləri daha qabarıq və nəzərəçarpan olur.Hər temperamentdən olan çox məşhur insanlar var.Çox çətin də olsa, insan özü istəsə sevdiklərinə görə yaxşı tərəfə dəyişə bilər.Deyirlər ki,yaxşı ailə -alpinistləri birləşdirən,qoruyan kəndir kimidir:əgər biri yıxılarsa o biri var gücü ilə onu saxlamağa çalışar.Pis ailədə isə bir az ayağın büdrəməyi kifayətdir ki,o biri yıxılmağına köməkçi olsun.
Gəlin bir-birimizə yardımçı olaq."O pisdir!"-deyib üstündən xətt çəkməyək. Kömək edək,yaxşı tərəfə dəyişilməyi üçün kömək edək.

21 dekabr 2012
GO BACK