Qadin.NET / Özünüzə yaxşı baxmaq üçün...

Özünüzə yaxşı baxmaq üçün...

 

Məsulliyyətli olmağımızı tələb edən nə çox şey var bu həyatda… Bayırda iş həyatı, iş yoldaşları, evdə həyat yoldaşı, uşaqlar, qohumlar… Bunlar arasında tarazlıq qurmağa çalışmaqdan yoruldunuzmu? Yaxşı, bəs özünüz? Özünüzə nə qədər zaman ayırırsınız?

Tükənmişlik sindromundan xilas olub, enerjinizi qazanmanız üçün ən yeni 10 təklif təqdim edirik. Buyurun, oxuyun smile


1. Qonşularınızla, yoldaşlarınızla səhər qaçışlarına başlayın. Qrup fəaliyyəti motivasiyanızı artırar. Bunu günə başlarkən etdikdə günün geridə qalan hissəsində özünüzü yaxşı hiss edəcəksiniz.

 

 

2. Fitnessi bir ailə fəaliyyətinə çevirin. Birlikdə qaçma yarışı təşkil edin, ip atlayın, oyunlar oynayın… Bunlar eyni zamanda ailənizlə keyfiyyətli və maraqlı zaman keçirməyinizi də təmin edər.

 

 

3. Dəbli  olan hər pəhriz arıqlatmır! Çox pəhrizlər özünüzü yorğun və əsəbi hiss etməyinizə yol aça bilər. Sağlam bir qidalanma planı tətbiq edərək, nizamlı məşq etmək yaxşı hiss etməyin və sağlam görünməyin ən yaxşı yoludur.

 

 

4. Təzə yeməklərlə qidalanın.


 

 

5. Yüksək kalorili içkilər içməyin. Bunun üçün, məsələn, qəhvənizin qaymaqlı olmamasına diqqət edin.

Çayınızı və qəhvənizi şəkərsiz olaraq içməyə çalışın.

 

 

6. Yuxunuzu alın. Hər gecə yeddi saat yatmaq, ruh halınızın yaxşılaşmasına, nizamlı qidalanmanıza, başqa sözlə çəkinizə nəzarət etmənizə kömək edər.

 

 

7. Yataqda çox uzun müddət qalmayın. Yuxuya getməkdə çətinlik çəkirsinizsə, 20-ci dəqiqədən sonra qalxın və sizi rahatlaşdıracaq başqa şeylər edin.

Məsələn, jurnal oxuyun, ya da çobanyastığı çayı için.


 
8. Yataq otağınızı yuxu bölgəsi olaraq qoruyun və televizor izləmək, pul və ya digər problemli mövzuları müzakirə etmək üçün istifadə etməyin.

 

9. İctimailəşin. Bu dostlarınızla və ailənizlə bağınızı qoruyar, enerji səviyyənizi yüksəldər. Tez-tez görüşlər təşkil edin, bunu edə bilmirsinizsə, heç olmasa hal-xətir soruşmaq üçün yaxınlarınıza zəng edin. Nəticədə özünüzü yaxşı hiss edəcəksiniz.

 

 

10. Yeni dostluqlar yaradın və köhnə dostlarınızla ünsiyyətinizi yeniləyin. Yeni bir fəaliyyətə, kursa qatılaraq yeni mühitlərə girin və yeni insanlarla tanış olun. Eyni zamanda uzun zamandır görüşmədiyiniz dostlarınıza zəng edin. Yoldaşlar mövzusunda yenilik, yeni bir dünyagörüşü inkişaf etdirməyinizə şərait yaradar, fikirlərinizi təzələyər və beləcə özünüzü xoşbəxt hiss edərsiniz.

 

 

 

20 mart 2013
GO BACK