İşgüzar görüşlər zamanı ilk görünüşdən deyərdim ki, çox şey asılıdır. Bunun üçün də görüşə getməzdən əvvəl nə geyinəcəyinizə yaxşı-yaxşı qərar verməlisiniz. Hər kəsin qarderobunda iş geyimlərinin olması heç də vacib sayılmır. Amma buna baxmayaraq dolabımızda hər an geyinə biləcəyimiz və bizə yaraşan bir geyim mütləq olmalıdır. Ciddi görkəmli kostyum, rahat bir ayaqabı,onlara uyğun aksesuarlar və s.
Heç vaxt özünüzü "Belə geyinməliyəm" deyə bir məcburiyyət qarşısında buraxmayın. Bəzi xanımlar bəzən özlərini hündür göstərməkdən ötrü hündürdaban ayaqqabıya üstünlük verirlər. İş görüşməsində belə bir görkəmə heç ehtiyac yoxdur.
Gəlin iş görüşmələrində yol verdiyimiz səhvlərlə yaxından tanış olaq:
1. Çox şux və gözəl geyim
2. Qədərindən artıq makiyaj və ətir iyi
3. Rəng və stil cəhətdən uygun seçilməyən geyim
4. Təmiz olmayan ayaqqabı ( ayaqqabılar kohnə ola bilər, lakin mütləq təmiz olmalıdır)
5. Yorğun və xoş təsir bağışlamayan bir üz ifadəsi. Təbii heç kim hər gün qarşısında belə birini görmək istəməz.
İşgüzar görüşlərdə uğur qazanmaq üçün geyiminizə və davranışlarınızdakı bəzi mənfiliklərə xüsusi diqqət etməniz vacibdir.
Əziz xanımlar, hamınıza iş həyatınızda zirvələr fəth etmənizi arzulayıram!