Qadin.NET / Qadınlığını qoru

Qadınlığını qoru

İnsanlar cinsi ayrı-seçkiliklə ilə bağlı məsələlərə həmişə həssas yanaşıblar, kişilik və ya qadınlıqdan söhbət gedəndə kiminsə açıq yarasına duz  səpmiş olursan.   

Əziz oxucu, əgər səni bu problem maraqlandırırsa, aşağıda yazılanları mütləq oxu. Əgər özünü əsl qadın kimi hiss etmək istəyirsənsə, bu məsləhətlər sənin üçündür.

Qadınlığını qoru

1. Əyləş və düşün.

Yaddaşını bir daha vərəqlə,son dəfə Qadın olduğunu nə zaman hiss etmisən.

Hər bir xırdalıqları yadına sal: o gün necə idin,nə edirdin,hansı libasda idin? Bu ən vacib olan olan nüansdır,bununla belə sən özünü həmin atmosferdə hiss edəcəksən,həmin duyğularını yenidən yaşayacaqsan.

2. Qadınlıq sözünün əsl mənasını dərk et.

 Vacib deyil özünü 16 yaşlı bir gənc qıza bənzəyəsən. Bəlkə də ,70 yaşlı qadın olsan belə,sevimli ətirdən istifadə et, sevimli ipək xalatını geyin, sevdiyin işlə məşqul ol.Qadınlığını hiss et. 

3. Bədəninin hər santimetrini sev.

Qadın bədənində,kişi bədəninə nisbətən piy qatı daha tez əmələ gəlir. Bədənini sevmək,ona qayğı göstərmək, onu xolesterinlə yükləməmək,idman etmək ,gigiyena qaydalarına riayət etmək vacibdir. Şərt deyil ki,model kimi olasan,əsası odur ki,qadını Qadın edən onun sağlamlığıdır. 

Qadınlığını qoru

4. Zərif, incə ol.

Qadına incəlik məxsusdur. Kişinin xəyalında həmişə incə, zərif qadın ön planda durur. Əlbəttə, elə qayda yoxdur ki, sutkanın 24 saatını incə olasan. Sən tirdə və ya basketbol oynayarkən aqressiv ol,yataqda isə incəlik vacibdir.

5. Rəqs et

Rəqs edərkən,öz bədənini hiss edib,qadınlığınıbiruzə verirsən.Göbək rəqsi də buna səbəb ola bilər.Qoşa rəqslər vals,salsa adətənkişi və qadın fərqliliyi üzərində qurulmuş rəqsdir. Kişi -lider,aparıcı qüvvə,qadın isə ekstravaqant,dağlardan gələn təmiz ,saf bulaq suyuna bənzəyir.

6. Dəlisov ol

Əgər sən həyatı ciddi qəbul edənlərdənsənsə ,bu,heç də sənin xeyrinə deyil. Oyna,gülümsə,zarafatlaş,sev! Qadınlığını tənhalıqda da qoruyub saxla. Dəlisov olmağa çalış.

 

Qadın olmaq zəiflik yox- zəriflik deməkdir. Hamıya sübut et- sən Qadınsan,sən güclü varlıqsan!


2 avqust 2012
GO BACK