Qadin.NET / Həyatınızın açarı olun

Həyatınızın açarı olun


Hər bir ailədə problem, söz söhbət olur. Bu problemlər daha çox tərəflərin bir-birini yaxşı tanımamasından, ya da az tanımalarından irəli gəlir. Bəs, necə etmək lazımdır ki, bu problemlər olmasın. Yeganə yol hər bir probleminizin səbəbini aydınlaşdırmaqdır. Çünki bir yerdə qıfıl yoxdursa, açara da ehtiyac yoxdur. Əgər sizin iradənizdən asılı olmadan hansısa bir problem baş vermişsə, ilk növbədə həllini tapmaq lazımdır.  Unutmaq lazım deyil ki, ailəni dağıtmaq daha asandır, nəinki qurmaq. 

 Bəzən mübahisə ortasında "mən belə də bilirdim", "necə demişdim elə də oldu" və.s kimi cümlələrlə məsələni dərindən öyrənmədən addım atmayın. Qarşınızdakının qəlbini qırmayın. Mübahisələrdə işlətdiyiniz "məni düşünmürsən", "mənə baxmırsan", "sən bunu səhv etdin, onu nahaq yerə aldın" və. s kimi "sən"-"mən" kəlmələrini cümlələrinizdən çıxardın. Çünki artıq "Biz" olmalıdır ki, problemləri həll etməyə ilk addım atasınız. 

"Kaş ki"-lərdən də uzaq olun. Yerli-yersiz ittihamlarla yoldaşınızı bezdirməyin. Sonra da kaş ki, elə etməyəydim. Kaş ki, indiki ağlım o vaxt olaydı. və.s bu sözləri demək məcburiyyətində qalmayın. Hər zaman özünüzü müdafiə etməyin. Bəzən də yoldaşınızın səhvlərini üzünə vurmayın. Güzgüyə baxsanız, o anlarda cinayətkarı ittiham edən polisə bənzədiyinizi görərsiniz. "Onun yaxşılığı üçün deyirəm, onu düşündüyüm üçün gözünü açıram" deyəndə bir an düşünün ki, hər zaman haqlı olmaya bilərsiniz. Hər zaman həqiqəti bilməyə də bilərsiniz.  güzəştə getməyi də öyrənin.

Həyatınızın açarı olun

Təsəvvür edin ki, şagird deyir, "mən bu məsələni həll etməyəcəm, qoy müəlliməyə dərs olsun". Sizcə, həmin şagird gec- tez sinifdə qalmayacaqmi? Belə olmasın deyə ailədə ortaq məxrəcə gəlməyi bacarmaq lazımdır. Bir-birinizlə ziddiyyətə getməkdənsə, sakit başla bir yol, bir çarə tapmağa çalışın.

 Kin saxlamaq da tərəflər arasındakı problemləri artırır. Düşünün, bir ay əvvəl hansısa bir məsələdə mübahisə etmisiz,  tərəflərdən biri digərinə nəsə söz deyir və bunu zaman keçdikcə unudur. Lakin siz unutmursuz, başqa mübahisənizdə o sözü niyə dediyini soruşursuz. və bu da mübahisələriniz artırır. Bağışlamağı bacarın. Hər bir insan səhv edə bilər. Bəli, bu insan sizin yoldaşınız da ola bilər, axı o da insandır. Səhvlərinizə görə üzr istəməyi də bacarın. Unutmayın, həmişə bağışlayanlar qazanarlar.  

 Ailənizin qıfılı yoldaşınızdırsa, açarı siz olun...Təbəssüm güllərini üzünüzdən əskik etməyin. Eviniz səadət sarayı, siz isə bu sarayın şahzadəsi olun... 

9 fevral 2012
GO BACK