Eqoist insanlar öz ehtiyaclarını qarşısındakı insanın ehtiyaclarından daha vacib hesab edirlər. Birliyə ehtiyac olan mövzularda uyğunlaşmaqda çətinlik çəkirlər. Onlar necə yola getməli? Onlarla yola getmək üçün ilk əvvəl özünüzü yaxşı tanımalısınız. Öz düşüncələrinizi tanımalısınız ki, onlarla baş apara biləsiniz. Onlarla aranıza sərhədlər qoya bilərsiniz. Bu sərhədləri qoymaqda çətinlik çəkirsinizsə, özünüzə baxmağın tam vaxtıdır.
Eqoist insanlar öz düşüncələri və istəkləri olmadığı vaxt sizi günahlandıra və sizə əsəbləşə bilərlər. Belə hallarda öz fikirlərinizi açıqlamaqdan çəkinməməlisiniz. Davamlı görməzdən gələrək, özünüzü açıqlamırsınızsa, həmin insan haqlı olduğu düşünərək davranışına davam edəcək.
Eqoistlər istədikləri olmadığı halda sizin üstünüzə gələ bilər. Onların istifadə etdiyi dili istifadə etməlisiniz. Həmişə özünüz olun və narahat olduğunuz insanlardan uzaqlaşın.