Diqqət etməli olduğunuz stress simptomları
1. Sıx baş ağrıları
Stress baş ağrısına səbəb olur. Araşdırmalara stressin baş və ya boyun bölgəsində ağrıya səbəb olduğunu göstərir. Stressin baş ağrısı əlaqəsi olduğu sübut olunmuşdur.
2. Yuxusuzluq
Stresli hallarda rahat yuxuya getmədə problemlər baş verir. Stress səbəbilə yuxu çatışmazlığı həmişə yorğun hiss etməyinizə səbəb ola bilir. Stress və zəif yuxu xroniki yorğunluğa səbəb ola bilər.
3. İştah dəyişikliyi
Bir çox insan stresli olanda şəkərli qidalara üz tutur. Bəzi insanların iştahı azalır. Stresli olanda çox kaloriya qəbulu çəki artımına səbəb ola bilər. Bu halda mütəxəssis yardımına ehtiyac olduğunu unutmayın.
4. Təşviş
Bəzi insanlar artan stress səbəbilə təşviş halı keçirə bilər. Təşviş halı, eyni anda müxtəlif duyğular hiss etməyə səbəb ola bilər. Bu vəziyyətdə müalicəyə ehtiyac var.
Stressi idarə etməyin yolları
Sağlamlığınıza zərər vurmadan əvvəl stressinizi idarə etməyi öyrənməlisiniz. Gündəlik məşq edərək, sağlam pəhriz və özünüzə vaxt ayıraraq stressin zərərlərini azalda bilərsiniz. Dostlarınız, ailəniz və ya ev heyvanları ilə vaxt keçirmək sizə kömək edə bilər.