Qadin.NET / Beyin fəaliyyətini gücləndirmək üçün 12 məsləhət

Beyin fəaliyyətini gücləndirmək üçün 12 məsləhət



1. Siqaret çəkməyənlər üçün - kofe və ponçik (içi mürəbbəli və ya şirnili kömbə qoğal). Qlükoza və kofein kombinasiyası diqqəti artırır.

2. Saqqız kofeinə nisbətən daha güclü şəkildə diqqəti bir yerə cəmləməyi artırır, düzdür, bunun təsiri cəmi 20 dəqiqə davam edir.

3. (Rəsm, şəkil) çəkin və (xətt, cızıq) cızın. Əgər problem barədə düşünməklə yanaşı nəsə bir şey çəkdikdə bu, diqqəti cəm etməyi artırır və yaddaşı gücləndirir.
 
4. Ağıllı insanlar - məşhur alimlər, sahibkarlar (qərar qəbul edənlər) haqqında düşünün. Ağıllı insanlar haqqında düşüncədən assosiasiyalar ("dahi", "istedadlı", "zəkalı" ) axını əmələ gətirir ki, bu da  öz növbəsində düzgün mental kökləmə yaradır. Təsir 15 dəqiqə davam edir.

5. (Özünüzdən) Başqa insanlarla ünsiyyət qurun, onların həyatı ilə maraqlanın, tənhalıq hissinin sizin üzərinizdə qələbə qazanmasına imkan verməyin. Tənhalıq yalnız idrak bacarıqlarına zərbə endirmir, o həm də vaxtından əvvəl ölümə də gətirib çıxarır.

6. Fiziki məşq.

7. Klassik musiqiyə qulaq asın. İstənilən başqa bir musiqi neytral və mənfi təsir göstərir.

8. (Ətrafa) Səpilməyin. Multitaskinq (çoxtərəflilik, çoxtapşırıqlıq) - pisdir (bəladır).

9. Kişilər, baxış sahənizdə gözəl qadınların olmamasına çalışın. Hətta onlar haqqında düşünməməyə çalışın. Bu qayda qadınlar üçün şamil edilmir.

10. Kifayət qədər yatın. Ayrı-ayrı insanlar üçün müxtəlif yuxu müddəti var. Yatmayan (yuxusuz, az yatan) elitanı yamsılamaq lazım deyil.

11. Aydınlatma üzrə məsələni həll edirsizsə, üfüqi vəziyyət alın. Uzanmış halda noradrenalin və dərin ləkənin aktivliyinin dərəcəsini azaldırsız ki, bu da zəifliyə, kreativliyin artmasına və son hesabda, həllə gətirib çıxarır.

12. Özünüzə inanın. Əminlik idrak bacarıqlarına təsir edir. Hətta sadə bir ağ xalat dəqiqiqlik və sərrastlığı artırır.

Tərcümə: Fərid Abdullah
7 iyun 2020
GO BACK