Qadin.NET / Rahat yatmaq üçün 4 qayda

Rahat yatmaq üçün 4 qayda


1. Yeni rejim yaradın

Rejiminiz karantin günlərində pozulmuş ola bilər. Rahat yuxu üçün yenidən rejimə ehtiyacınız olacaq. Yeni rejim yaradın. Gündəlik ən az 7-9 saat yatmalısınız. Yuxu sağlamlıq üçün çox vacibdir.

2. Yataq otağınızı ofis kimi istifadə etməyin

Yatma vaxtı gələndə elektronik cihazları söndürün, otağı qaranlıq və səssiz yerə çevirin. Yataq otağınızı ofis kimi istifadə etməyin. Beyinin yuxuya rahat keçməsi üçün otaq sizə sakitləşdirici təsir bağışlamalıdır. Yuxu rejiminizi pozacaq elektronik işləri söndürün.


3. Günortadan sonra kafein qəbul etməyin

Kafeinə fərqli reaksiyalar veririk. Kafein yuxu sistemini poza bilir. Kafeinin yuxunuzu pozmağını istəmirsinizsə, günortadan sonra kafein qəbul etməyin.


4. İdman etməyə çalışın

Yatmadan 1 saat əvvəl edilən ağır idmanlar yuxu keyfiyyətini azalda bilər. Yuxudan əvvəl yoqa kimi qısa və bədəni rahatladan hərəkətlərə üstünlük verin.



19 may 2020
GO BACK