Mütəxəssislərə görə, ideal bir seks və cinsi həyat yalnız cinsi birlikdəlik zamanı ilə alınan zövqə mütənasib olmamalıdır. İdeal bir seks əslində, şəxslərin cinsi münasibətləri xaricində yataqda bir-birlərinə toxunmaları, möhkəm yapışmaları, hiss etmələri və öpməyi ilə olmalıdır. Buna görə ideal seksin müddəti yoxdur.
Yataqlarını müəyyən bir dövrdə hansısa bir problem, ya da çətinlik üzündən ayıran şəxslər zamanla həm seksdən, həm də bir-birlərinə hiss etdikləri istəkdən məhrum qalırlar.
Mütəxəssislərə görə, yaşları neçə olursa-olsun, evli şəxslərin ayrı yatması doğru deyil. Hətta cinsi münasibətlərin bitdiyi yaşa çatdıqda belə yataqları ayırmaq düzgün deyil.
Bir çox evli cütlüklər zaman-zaman ayrı yatsalar da, bunun davamlı hal alması onların bir-birlərinə hiss etdikləri ehtirasın azalmasına səbəb olacaq. Sağlam bir evlilik üçün bədənlərin təması olduqca vacibdir. Buna görə də xoşbəxt bir cinsi həyat yalnız edilən seksin verdiyi zövqə və müddətinə görə qazanıla bilməz.
Bu haqda siz nə düşünürsünüz, əziz Qadın.Netli xanımlar?