Qadin.NET / Həyat eşqini artıran hallar

Həyat eşqini artıran hallar

 

Yüzlərlə iş-güc və məişət qayğılarının içində o qədər itib batırıq ki, fərqində olmadan gerçək arzu və istəklərimizin səsini beşiyindəcə boğmağa çalışırıq.

Həyat eşqini artıran hallar

1-ci gün - Şüurlu nəfəs texnikası

 

Nə ilə məşğul olmağınızdan asılı olmayaraq yerinizdə donub qalın, nəfəs alıb-verin və bütün diqqəti bu texnikaya yönəldin. Belinizi dik saxlayıb dərindən nəfəs alın, sonra isə 3 dəfə nəfəs verin.

 

2-cü gün - Qucaqlaşmaq

Kimisə ürəkdən qucaqlayın və bu anın sizdə yaratdığı təəssüratlara köklənin.

 

3-cü gün - Sizi əhatə edən səslər

Bir neçə dəqiqə sizi əhatə edən səslərə qulaq verin, xüsusilə təbiətin nəfəsini dinləyin.

 

4-cü gün - Düşüncələri tanımaq

Düşüncələri hazırkı məşğuliyyətə kökləyin. Başqa fikirlərin işinizə müdaxilə etməsinə yol verməyin.

 

5-ci gün - Qiymətsiz iştirak

 

Elə bu dəqiqə emosiyaların dərinliyini dərk edin. Onları qiymətləndirməyin və tənqid etməyin, sadəcə dünyanın bir reallığı kimi qəbul edin.

 

6-cü gün - Bədənin nəzərdən keçirilməsi

 

Bədəninizin hər zərrəsini hiss edin. Öz hissiyatınızı bir neçə dəqiqə gözdən keçirin.

 

7-ci gün - Nəfəs konsentrasiyası

 

İş fasilələrində nəfəs ritminə nəzarət edin. Elə indi başlayın.

 

8-ci gün - Sığal və toxunuş

 

Sol əlinizin ovcu ilə sağ əlinizin barmaqlarına toxunun. Toxunuşu hiss etmək üçün bir neçə dəqiqə bu ana köklənin.

 

9-cu gün - Dərin nəfəs

 

Dərindən nəfəs alın, ağciyərlərin genişləndiyini hiss edin. Qəfildən nəfəsi saxlayın. Bu məşqi bir neçə dəqiqə təkrar edin.

 

10-cu gün - Predmetə çevrilmə

 

Təsəvvür üçün hər hansı bir predmet seçin, daha sonra ona çevrildiyinizi təsvir edin, onun nə hiss etdiyini düşünün. Predmetlə kimlik yerdəyişməsi sizdə hansı duyğular oyadır?

 

11-ci gün - Rahatlaşma

 

Düz dayanın, 3 dəfə düzgün şəkildə nəfəs alıb-verin. Bədəninizdə gərginləşmiş yerləri sakitləşdirin.

 

12-ci gün - İşdən yayınma

 

Bir neçə dəqiqəlik işdən yayınmağa çalışın. Düşüncələrin izi ilə gedin, mümkün olduqca onları qeydə alın.

 

13-cü gün - Sevgi

 

Sevdiyiniz adamı fikirləşin. Yaddaşınızda sevgilinizlə bağlı olan hər anı gözdən keçirin.

 

14-cü gün - Əsinti

 

Gözlərinizi yumun. Dodaqlarınıza yaxınlaşdırdığınız ovcunuza yüngülcə üfürün. Bu zaman bütün diqqəti yaranmış hiss və emosiyalara yönəldin.

 

15-ci gün - Nəfəsi tutmaq

 

Nəfəs alıb onu bacardığınız qədər saxlayın. Nəfəsi buraxmadığınız müddətdə sizdə hansı düşüncə və təəssüratlar baş qaldırır?

 

16-cü gün - Gülümsəyin

 

Bədəndə gülüşdən doğan fikirlərin, emosiyaların yaratdığı dəyişikliklərə fokuslanın.

 

17-ci gün - Daxili mən

 

Gözləriniz bağlı halda daxili balansı hiss edin, daxili mənə yönəlin. Hansı fikirlər sizi müşayiət edir?

 

18-cü gün - Xatırlatma

 

Gün ərzində nəfəs texnikalarına nəzarət etmək barədə özünüzə xatırlatma edin.

 

19-cu gün - Dərk edilmiş cəlbedicilik

 

Kitab, yemək, geyim və s. hər hansı əşyanı qoxulayın. Gözlərinizi yumub, bütün fikri qoxuya istiqamətləndirin.

 

20-ci gün - Yüngül ağrı

 

Özünüzü yüngülcə çimdikləyin. Sızıltıya cavab olaraq yaranmış yüngül ağrını öyrənin.

 

21-ci gün - Bir səsə fokuslanmaq

 

Səslərə qulaq verin. Onlardan birini seçib gözləriniz bağlı halda ona fokuslanın. Fikrinizin başqa yerə yayılmasına icazə verməyin, bir istiqamətə köklənin.

 

22-ci gün - Vaxt

 

Saatda saniyə əqrəbinin hərəkət istiqamətini izləyin, diqqətlə vaxtın necə sürətlə axıb getməsinə baxın.

 

23-cü gün - Ağlınızda yaranan təəssüratlar

 

Gözlərinizi yumub bütün diqqəti ağlınızda gedən proseslərə kökləyin. Ağırlıq, yoxsa yüngüllük hiss edirsiniz?

 

24-cü gün - Düşüncə və emosiyalar

 

Gözləri yumub bütün diqqəti daxili mənin vəziyyətinə nəzər salın. Heç bir müdaxilə olmadan və qarışmadan onu kənardan izləyin.

 

25-ci gün - Xoş olmayan xatirələr

 

Xoşunuza gəlməyən adamı yada salın. Bu zaman meydana çıxan düşüncə və hisslərə nəzər salın.

 

26-cı gün - Heyvana çevrilmə

 

Özünüzü hansısa heyvan təsəvvür edin. Ürəkdən bu heyvanın səsini çıxardın. Daha sonra yaranmış duyğuları analiz edin.

 

27-ci gün - Səslərin bərpası

 

Ağzınız yumulu halda uğultulu səsi bərpa etməyə çalışın. Boğazınızdan dodağınıza, daha sonra başınıza doğru gedən vibrasiyanı hiss edin.

 

28-ci gün - Başqa insana çevrilmə

 

Yanınızda dayanan insana çevrildiyinizi təsəvvür edin. Özünüzü onun yerinə qoyun. Bu zaman nə hiss edirsinizsə, o duyğular üzərindən analiz edin.

 

29-cu gün - Hadisələrə başqa baxış bucağı

 

Tanış əşyalara elə baxın ki, onları sanki ilk dəfə görürsünüz. Onu diqqətlə, dərindən və xırdalıqlarına qədər süzün.

 

30-cu gün - Toxunuş

 

Nəyəsə və kiməsə toxunun. Bu toxunuşun sizdə oyatdığı təəssüratları izləyin. Daha sonra diqqəti təəssüratları necə izlədiyinizi izləyin.

 

Sübut olunub ki, şüurun təliminin yaratdığı effekt antidepressant təsiri ilə müqayisə edilə bilər. Hətta bir günlük təlim yorğunluq və gərginliyi azaltmağa qadirdir.

 

Aytən Məftun(publika.az)

 

19 aprel 2020
GO BACK