1. Gözlərimiz yeməyin dadını dəyişdirə bilər
Araşdırmalar, yeməklərin və boşqabların rənginin, yeməklərin dadını və qoxusunu dəyişdirə biləcəyini göstərir. İsti şokoladı narıncı və ya krem rəngi qabda daha ləzzətli görünür. Bir çox insanın ən sevdiyi stəkan və boşqabında yeməyinin səbəbi də budur.
- Sarı boşqablar limonlu qidaların daha kəskin qoxusunu büruzə verər.
- Soyuq içkilər daha soyuq rənglərdə stəkanlarda servis edilir.
- Çəhrayi boşqabda verilən yeməklər daha dadlı qəbul edilir.
2. Sağ əl sol əldən daha uzun görünür.
Araşdırmalar, sağ əlin ən az 2,54 sm daha uzun göründüyünü göstərir. Bu sağ əlinizlə əşyalara daha tez çata biləcəyinizi düşünmənizlə əlaqəlidir. Təbii ki, sağ əlini daha çox istifadə etməyə vərdiş etmiş insanlara aiddir.
3. Beyin, reallıqla fantaziya arasındakı fərqi bilməz
Beyin düşündüyünüzlə, etdiklərinizə eyni reaksiyanı verir. Bunu sübut edən bir neçə araşdırma var.
- Alimlər araşdırma iştirakçılarından piano çalmağı və digəq qrupdan piano çaldığını xəyal etməyi istədilər. 2 qrupun da beyin reaksiyası eyni idi.
- Bir başqa araşdırmada, alimlər bir qrupdan görünməz yeməkləri düşünüb və yediklərinin xəyalını qurmağını istədilər. İştirakçılar deyilənlərin xəyalı qurdular. Nətixədə daha az ac hiss etdilər.
- Düşüncələrimiz və necə hiss etdiyiminiz bir-birinə bağlıdır. Bu real və ya xəyali olsun, fərq etmir, bədənin kimyəvi reaksiyaları eynidir.